İçkiyə alüdə olan bir çox məşhurlardan yazmaq olar. Amma bu dəfə sizə yazıçılardan danışacağıq. Sizə içki aludəçisi olan 8 dünya şöhrətli yazıçıları təqdim edirik:
8. Truman Kapot ― o, yazarlığa və içkiyə çox erkən yaşlarından başlamışdır. Ən sevdiyi içki martini idi. İçkidən asılılığını tərgitmək üçün xəstəxanada müalicə alsa da, xeyri olmayıb.
7. Dilan Tomas ― sevdiyi içkilər arasında viski ön planda idi. Tomas 39 yaşında 18 stəkan viskidən sonra həyatını itirmişdir.
6. Skot Fitscerald ― XX əsrin ən böyük Amerikan yazıçılarındandır. Məktəb yaşından içkiyə qurşanan yazıçı 44 yaşında həyatını itirdi. Ən sevdiyi içki tünd alkoqol içki sayılan “cin riki” idi.
5. Çarlz Bukovski ― alkol koması ilə dəfələrlə xəstəxanaya düşən şair bu vərdişini tərgidə bilmədi. Atası tərəfindən tez-tez döyülən yazıçı 13 yaşında içməyə başlayıb. Ən çox sevdiyi içkilər: pivə, vodka, viski…
4. Oskar Uayld ― homoseksual olan ingilis yazıçısının ən sevimli işçisi absentdir. Yazıçı ömrünün son günlərində ancaq içkiyə pul xərcləyirdi.
3. Uilyam Folkner ― çox təsirli uşaqlıq keçirmişdir. Gününün gecə saatlarını içkiyə sərf edən böyük yazıçının ən sevdiyi içki “Mint julep” və viski idi. 1955-ci ildə Pulitzer Mükafatı aldıqdan sonra 65 yaşında infarkt nəticəsində həyatını itirmişdir.
2. Con Steynbek ― işini bitirdikdən sonra ilk işi içki içmək idi. Yaxşı yazanda isə daha çox içən yazıçı içkinin təsirindən səhəri gün əlini belə qaldıra bilmirmiş. Onun səhəri isə özünü günahkar hiss etdiyi üçün iki günün əvəzinə işləyirmiş.
1. Ernest Heminquey ― o, Birinci Dünya Müharibəsinin dadını görmüş yazıçılardan idi. Heminquey tez-tez depressiyadan əziyyət çəkir, içkiylə dostlaşırdı. Yazıçı roman yazarkən içkidən istifadə etmirdi.
Yazıçı depressiya diaqnozu ilə xəstəxanaya yatırılmış, lakin düzgün müalicə aparılmamışdır. Bundan sonra heç vaхt yaza bilməyəcəyinə özünü inandıran Ernest Heminquey dərin ruhi sarsıntı içərisində ov tüfəngindən atəş açaraq intihar etmişdi. Maraqlıdır ki, yazıçının babası və atası da həyatlarına intiharla son qoymuşdular.