Ernest Heminquey

Ernest Heminquey

O qısa ömür yaşasa da, həyatı macəralarla dolu olub ,və özündən sonra çoxlu açılmamış sirrlər qoyub, bəziləri bu günəcən yazıçının ölümündən sonra sirr olaraq qalır.Düyünə dyşmüşmüş kimi nə yazıçının özündən ,nə qohumlarından yan keçib, onun bioqrafları tərəfindən sadəcə “lənətlənmiş Heminquyeylər” adlandrılmışlar.

İlk tüfəng


“Əlvida silah” romanının müəllifi öz ilk tüfəngini onun iyirmi yaşı olanda almışdır.Atası hələ uşaqkən çalışırdı ki, Ernestdə idmana, ovçuluğa və balıqçılığa məhəbbət yaratmağa çalişmışdır.
Ancaq vaxt keçdikcə idmana həvəsi azalmaqla yanaşı atası hiss edirdi ki, onun oğlu ədəbi istedadı ilə fəxr edə bilər.Hekayələri və şerləri hələ məktəb qəzetlərihdə çap olunmağa başlamışdı.
Təəccüblü deyildir ki,məktəbi qurtardıqdan sonra istedadlı gənci o saatca Kanzas qəzetlərindən birinə müxbir vəzifəsində işə gütürdülər.O burada çox işləmədi.: Əsasən yanğinlardan, hadisələrdən, ölüm hadisələrindən yazırdı.
Altı aydan sonra Xemihquey könüllü olaraq, müharibə edən Avropaya yollandı.İtaliyada o Amerikada Qırmızı Xaç dəstəsində sürücü işlədi. Tezliklə ön cəbhəyə dəyişilməsini tələb etdi.İlk ciddi yara aldıqdan sonra onu qospitala götürdülər, orada o bir tibb bacısıilə tanış oldu.
Sonra bu məhəbbət tarixçəsi, hərbi təcrübə yazıçının “Əlvida, silah” romanında öz əksini tapmışdır.

Ata və oğul


Heminquey evə qayıdanda tezliklə onun ağlına belə bir fikir gəlir ki ,Çikaqo, ətrafı macəra axtaran onun kimiləri üçün olduqca darıxdırıcıdır.Valideynləri onu universitetə daxil olmağa məcbur etməyə çalışırdılar,ancaq bunun əvəzində Ernest Avropaya,bu dəfə Parisə yola düşmək qərarına gəlir.
Yazıçı özü ilə birinci arvadı Xedli Riçardsonu aparır.İlk bir neçə ildə onların münasibəti demək olar ki,çox yaxşı idi.Ancaq yazıçı üçün Parisdə çıxan moda jurnalı “Vogue”nin əməkdaşı Polin Pfeyferlə görüşü ona bədbəxtlik gətirdi. Tezliklə Xeminqueyin dediyinə görə o ömrünün ən böyük günahını işlətmiş oldu.O Riçardsonla boşanıb,Pfeyferlə ailə qurdu.

O öz hekayələr kitabını valideylərinə göndərdi.Buna baxmayaraq,onlar gələcək Nobel mükafatının laureatının yaradıcılığı ilə tanış olduqdan sonra bir də belə yaramaz əsərləri öz evlərində görmək istəmirlər.Ernestin atası Klarensini o heyrətləndirirdi ki, onun oğlu ədəbi dildə yazmaq əvəzinə kobud və yöndəmsiz ifadələr işlədir.Bununla bərabər kitabdan aldıqları təəssüratı yazıçının süzənək xəstəliyinə tutulması pozdu.
Öz doğma şəhəri Klarensdə Heminqueyin tanış həkimi vardı, o xəstəlikləri- şəkər xəstəliyi və qanqrena barədə qohumlarına danışmaq istəmirdi.Yaxınları onun öz kabinetində saatlarla əyləşib hansı əzabları çəkdiyini bilmirdilər. Lakin bir qış günündə şəhəri dəhşətli bir xəbər-Klarens Heminquey özünə qəsd edib.
Atasının ölümünü Ernest heç kimlə müzakirə eləmədi.Yalnız iyirmi il sonra “Əlvida, silah” –ın girişində baş verənlərə o, öz qiymətini vermişdi.”Mənə həmişə eiə gəlirdi ki, atam həmişə tələsirdi, amma, ola bilərdi ki., lakin daha dözə bilmirdi.Mən atamı çox sevirdim.Ona görə də onun haqqında heç bir fikir söyləmək istəmirdim.”-O yazırdı.
Erhestin həyatı risklərlə dolu idi. O, çox səyahət edirdi,ova gedirdi, beş dəfə qəzaya, yeddi dəfə təyyarə qəzasına düşmüşdü.Bununla belə həmişə sağ qalmışdı.
Ernestin atasının ölümündən sonra atasından aldığı qəribə bağlama onda narahatlıq doğurmuşdu.Anası birdən onun şəkillərini, özünü güllələdiyi tüfəngini göndərmişdi. O vaxt heç kim bilmirdi ki, anası nə üçün belə etmişdi.

Son dərəcə maraqlı Marlen


Hər dəfə Heminquey birinə bərk vurulduqda onunla evlənməyi özünə borc bilirdi.Yalnız Marlen Ditrix istisna idi.Bir çox illər ərzində yazıçıilə aktrisanın münasibəti platonik səviyyədə idi. Onlar 1934-cü ildə fransız okean layneri “İl de Frans”təyyarəsində tanış olmuşdular.Və yazıçının sözlərinə görə bu ilk baxışdan məhəbbət idi.Bir neşə ildən sonra onların arasında yazışma başladı və 1961-ci ildə yazıçının özünü öldürməsinədək çəkdi.
“Marlen mən sizi o qədər ehtirasla sevirəm ki,bu məhəbbətim məni həmişə lənətləyəcək.-Heminquey 1950-ci ildə yazırdı.Ditrix də ona eyni məhəbbətlə cavab verirdi.”Mən düşünürəm ki,sənə sənin barəndə çox düşündüyüm haqda yazım.”Mən sizin məktublarınızı dönə-dönə oxuyur,və sizin barədə yalnız məhşur adamlarla söhbət edirəm”-sonra aktrisanın məktubundan sətirlər yazır.
Gərək onlar öz talelərini bir-birinə belə bərk bağlamıyardılar.Heminquey bunu belə izah edirdi:”Nə vaxt ki mənim qəlbim azad idi,Nemoçka romantik sıxıntılar keçirirdi.Amma Ditrix öz sehirli gözləri ilə göylərə dikiləndə mən dərin hallar keçirirdim.”Ditrix yazıçının qəlbində olan dörd arvaddan heç birinin yerini tuta bilmədi.

”Lənətlənmiş Heminquey”


Bütün ömrü boyu Heminquey çoxlu səyahətdə olmuşdur və bu ona həyatda ideal yer tapmaqda kömək etmişdir.Belə yerlərdən biri də Kuba idi.1928-ci ildə orada bir dəfə olaraq,xoşuna gəldiyi üçün Kuba yarımadasına qayıdırdı.İyirmi il ərzində Kubadakı villasında yaşadı.Məhz burada yazıçı öz məhşur “Qoca və dəniz “əsərini yazdı.
Kubada onun sonuncu arvadı yaşayırdı-“Tayms”jurnalının əməkdaşi Meri Yelş.Bu yazıçının ən uğurlu nigahı sayılırdı.
Kubada hakimiyyətə Fidel Kastro gələn zaman Heminquey öz sevimli fermasını qoyub Amerikada yaşamağa getdi.Bütün bunlardan sonra onun ağır xəstəlikləri başladı.

Özünə birinci sui-qəsti zamanı qarşısını yoldaşı alıb.Bundan sonra özünə o iki dəfə qəsd eləməyə çalışıb.Ernest Hemenquey həyatdan 2 iyul 1961-ci köçüb.O lənətlənmiş Hemenqueylərin ikinci qurbanı idi,yazıçının kiçik qardaşı Pester Hemenquey idi.
Yazıçı öldükdən bir il sonra o, Ernstə həsr olunmuş xatirələr kitabını yazır, 30 il sonra isə onun kimi özünə qəsd edir.
Bu qəzavü-qədər Hemenqueyin nəvəsi Marqoya da qismət olmuşdur. Marqo cavan yaşlarında evdən ayrılıb, dəb jurnalında çəkilişlərlə pul qazanıb. Marqonun aktrisa karyerası puça çıxdır, şəxsi həyatı da alınmır. 1990-cı ildə keçmiş model ölümcül dozada yuxu dərmanı qəbul edib.
Top