Əgər qadir Allah ömrümü biraz daha uzatsaydı......

Əgər qadir Allah ömrümü biraz daha uzatsaydı......

Dahi Kolumbiya yazıçısı Qabriel Qarsia Markes limfatik vəzilərin kəskin xərçəngi nəticəsində dünyasını dəyişib.Ölümünə çox az qalmış o,dünyadakı çoxsaylı dostlarına ünvanlanmış bir vida məktubu yazdı......Əgər Qadir Allah mənim əsgidən düzəldilmiş oyuncaq olduğumu bircə saniyədə unudub ömrümü bir qədər uzatsaydı,yəqin ki,düşündüklərimin hamısını deməzdim.Əksinə dediklərim barədə daha çox düşünərdim.
  • Mən dəyərlərə maddi baxımdan deyil,əhəmiyyətinə görə qiymət verərdim.
  • Mən daha az yatar,daha çox xəyala dalardım,başa düşərdim ki,gözləri yumulu vəziyyətdə yaşanan hər dəqiqə-dünya işığndan 60 saniyə özünü məhrum etməkdir.
  • Başqaları dincələndə mən piyada gəzərdim,başqaları yatanda mən yuxudan qlxardım,başqaları danışanda onlara qulaq asardım.Bir də çoxluca şokoladlı dondurma yeyib ləzzət alardım!
  • ...Əgər Qadir Allah mənə bir qədər də həyat bəxş etsəydi çox adi geyinərdim,günəş ilk şəfəqlərini aləmə saçanda mən yuxudan qalxar,təkcə bədənimi deyil,ruhumu da günəşin şüaları altında çılpaqlaşdırardım.
    İlahi,əgər mənim imkanım olsaydı,bütün nifrətimi boğar və günəşin nə vaxt üfüqdən boylanacağını gözləyərdim.
  • Ulduzlar işıq saçanda mən Van Qoq kimi şəkil çəkər,Benedettinin poeması barədə xəyala dalardım.Serrin mahnıları mənim Ay serenadama çevrilərdi.
  • Qızılgülün tikanlarının ağrısını,ləçəklərinin busəsini dadmaq üçün onu göz yaşlarımla yuyardım.
  • İlahi,əgər mənim ömrüm bir qədər də uzansaydı...sevdiyim adamlara onları sevdiyimi hər gün deyərdim.
  • Mən hər bir qadını,hər bir kişini inandırardım ki,onlar mənim sevdiyim insanlardır,mən usanmaq bilmədən sevər,sevilərdim.
  • Mən insanlara sübut edərdim ki,qocalmağa başlayanda sevməyi bacarmadıqlarını güman edənlər çox yanılırlar:əksinə onlar məhz sevmədiklərinə görə qocaliblar!
    Mən uşaqlara qanad bəxş edib onlara uçmağı öyrədərdim.Yaşlı adamlara öyrədərdim ki,ölüm qocalıığın nəticəsi yox,unutqanlığın nəticəsidir.
    • Ey insanlar,mən sizdən çox bilgi öyrənmişəm.
    Mən öyrənmişəm ki,hər kəs dağın zirvəsində yaşamaq istəyir,lakin heç ağlına gətirmir ki,ən böyük səadət onu yamacda gözləyir.
    Mən indi başa düşmüşəm ki,körpə öz kiçicik yumruğunda atasının barmağını ilk dəfə sıxanda ondan həmişəlik yapışir.
    • Mən indi anlamışam ki,insan yalnız başqasının ayağa qalxmasına kömək edən zaman həmin adama yuxarıdan aşağı baxçağa haqqı olur.
    • Mən sizdən çox şey öyrənmişəm,lakin sözün düzü indi bunun mənası yoxdur.Çünki öz könül sandığımı bu biliklərlə doldurandan sonra əfsus ki,sizi əbədi tərk edirəm...
Top