Henrix Teodor Böll — alman yazıçı, tərcüməçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1972).
Məşhur alman prozaiki və novellisti Henrix Teodor Böll (almanca Heinrich Theodor Böll) Reyn vadisinin ən böyük şəhəri olan Kölndə, ağac ustası Viktor Böllün və Mari (Xermanns) Böllün çoxuşaqlı ailəsində dünyaya göz açıb. Böllün ulu babaları XIII Henrixin dövründə İngiltərədən qaçmışdılar. Bütün fanatik katolikllər kimi, onlar da protestant anqlikan kilsəsi tərəfindən təqiblərə məruz qalmışdılar.
Hələ uşaqlıq dövründən şeirlər və hekayələr yazan Böll orta məktəbi bitirəndən sonra Hitleryuqendə üzv olmayan tək-tük yeniyetmələrdən olur. Buna baxmayaraq, orta təhsilini başa vurandan bir il sonra onu məcburi əmək işlərinə cəlb edirlər. 1939-cu ildə isə Böll hərbi xidmətə çağırılır. O, şərq və qərb cəbhələrində kapral çinində xidmət edir, bir neçə dəfə yaralanır, 1945-ci ildə Amerika hərbi hissələri tərəfindən əsir götürülür və bir neçə ay Fransanın cənubundakı hərbi əsir düşərgələrindən birində saxlanılır.
Doğma şəhərinə qayıdandan sonra Böll bir neçə müddət Köln universitetində təhsil alır, bir müddət atasının emalatxanasında, sonra isə demoqrafik statistika üzrə şəhər bürosunda işləyir və bütün bu müddət ərzində yaradıcılıqla məşğul olmağına davam edir. Henrix Böll 67 yaşında Bonn yaxınlığında, oğlanlarından birinin evində qonaq qalarkən, gözlənilmədən vəfat edir. 1949-cu ildə onun ilk əsəri olan «Qatar vaxtında gəlib» povesti kitab halında dərc olunur və ədəbi mühitin rəğbətini qazanır. Əsər - müharibədən qayıdıb yenidən ölüm təhlükəsiylə üzləşmək məcburiyyətində qalan bir əsgərdən bəhs edir. «Qatar vaxtında gəldi» əsəri Böllün, mənasız müharibə, müharibədən sonrakı illərin ağrı-acılarından bəhs edən kitablar seriyasından olan ilk əsəridir. Bunların içində ən tanınmışları -«Yolçu, nə vaxt gələcəksən…», «Hardaydın, Adam?», «Erkən illərin çörəyi» əsərləridir. Henrix Böllün müəllif üslubu nasizm pafosundan azad olan sadə, aydın alman dilini bərpa etmək məqsədi güdürdü. İlk romanı olan «Onun yarısında oynanılan bilyard»da yazıçı Trummer literatur (Xarabalıqlar ədəbiyyatı) manerasından uzaqlaşaraq məşhur Köln arxitektorlarının ailəsindən bəhs edir. Əsər ailənin bir gününün təsviri ilə məhdudlaşsa da, reminsensiyalar və xatirələr vasitəsilə Böll üç nəslin həyatını təsvir edir. Roman Kayzer Vilhelmin hakimiyyətinin son illərindən tutmuş 50-ci illərin «çiçəklənən Almaniya»sına qədər, böyük bir dövrü əhatə edir. «Onun yarısında oynanılan bilyard» Böllün əvvəlki əsərlərindən təkcə miqyasına görə yox, həm də forma baxımından mürəkkəbliyi ilə seçilir. Alman tənqidçisi Henri Plard yazırdı:«Bu kitab insan məhəbbətinin bötövlüyünü, tamlığını göstərdiyinə görə oxucuda böyük ruhi rahatlıq yaradır». XX yüzilin 60-cı illərdə Böllün əsərləri kompozisiya baxımından daha da mürəkkəbləşir. Yazıçının 1963-cü ildə yazdığı «Klounun gözləriylə» povestində baş verən hadisələr də bir gündə cərəyan edir. Povestin mərkəzində, telefonla danışan gənc oğlan durur və hadisələr də məhz onun dilindən danışılır: Qəhrəman müharibədən sonrakı Almaniya cəmiyyətinin riyakarlığına tabe olmamaqçün təlxək rolunu oynamağı qərarlaşdırır. Tənqidçi Diter Xanike bu əsər barədə yazmışdı: «Bu povestdə biz yenə də Böllün əsas mövzularından bir neçəsi ilə rastlaşırıq - müasir Almaniyanın sükanı arxasında duran insanların nasist keçmişi və müharibədən sonrakı Almaniya cəmiyyətində katolik kilsəsinin rolu». «İcazəsiz məzuniyyət» (1964) və «Bir ezamiyyətin sonu» (1966) əsərlərinin mövzusu da rəsmi dövlət orqanlarına qarşı mübarizədir. Əvvvəlki əsərlərlə müqayisədə daha böyük həcmli və daha mürəkkəb struktura malik olan «Xanımla birgə çəkilmiş portret» romanı Leni Pfeyferin intervüsü və onun sənədləri əsasında qurulmuş reportaj formasında yazılsa da, burada baş qəhrəmanla bərabər daha altmış adamın taleyi işıqlanır. Amerika tənqidçisi Riçard Lokk yazırdı; «Alman tarixinin altmış ili boyu Leni Pfeyferin taleyini izləyən Böll ümumbəşəri dəyərləri təbliğ edən bir roman yaratmağa nail olub». Bu roman, 1972-ci ildə Böllə Nobel mükafatı təqdim olunan zaman xüsusi qeyd olunmuşdu. «Alman ədəbiyyatının intibahına xidmət edən və reallığı geniş şəkildə əhatə etməklə bərabər insan xarakterlərini yüksək ustalıqla açan əsərlər yaratdığına görə» Böll 1972-ci ildə İsveç Akademiyasının adıçəkilən mükafatına layiq görülür. Akademiyanın nümayəndəsi Karl Raqner Qirov öz nitqində belə demişdi; «Bu intibah hamının fikrincə artıq məhvə məhkum olan, lakin təəccübümüzə rəğmən dirilib yeni bəhrələr verən bir mədəniyyətin küldən döğulub, alova çevrilməsiylə müqayisə oluna bilər». Hələ Nobel mükafatı almamışdan əvvəl Böllün əsərləri nəinki Qərbi, hətta Şərqi Almaniyada, SSRİ də daxil olmaqla bütün sosialist ölkələrində məşhurlaşmışdı və milyonlarla tirajla satılırdı. Soljenitsına yardım etdiyi ildə Böll «Katerina Blümün tapdalanmış namusu» adlı publisistik povestini yazır və satqın jurnalistikanı kəskin şəkildə tənqid edir. Bu əsərdə, haqsız olaraq təzyiqlərə məruz qalan qadın nəhayətdə bezib, namusunu tapdalamış reportyoru öldürür. Həmin 1985-ci ildə Böllün 1947-ci ildə yazdığı, lakin heç vaxt dərc etmədiyi «Əsgər mirası» romanı çap olunur. Bu əsərdə ikinci dünya müharibəsi zamanı Şərq və Atlantika cəbhələrində baş verən faciəvi hadisələr təsvir olunur. Amerika tənqidçisi Uilyam Boyd yazırdı: «Bu romanda müəyyən qədər özünü zora salma hiss olunsa da, ümumiyyətlə əsər yetkin və sanballı hesab oluna bilər. Ondan, yaşanmış iztirab və bundan doğan müdrikliyin qoxusu gəlir…»
İngilis tənidçisi U.E.Yuill yazırdı: «Böll həmişə geniş miqyaslı yazıçı olub. Onu bütöv bir nəslin taleyi ilə bərabər, qarışqa yuvasına bənzər müasir şəhərlərdə yaşamağa məcbur olan ayrı-ayrı şəxslərin taleyi də narahat edir. Yaradıcılığı
Bununla bərabər Henrix Böll yazıçıların beynəlxalq təşkilatı olan PEN-klubun, rejimlərin təzyiqlərinə məruz qalan yazıçılara hüquqlarının qorunması sahəsində gördüyü işlərə fəal şəkildə yardım edirdi. 1974-cü ildə SSRİ-dən sürgün olunan kommunist Aleksandr Soljenitsın Parisə köçməzdən əvvəl uzun müddət Henrix Böllün evində yaşamışdı.
1972-ci ildə, mətbuatda Baader Meynhoffun terrorçu qrupu barədə geniş materiallar dərc olunan zaman isə Henrix Böll «Qayğı konvoyu» romanını yazır. Bu romanda kütləvi zorakılıq zamanı təhlükəsizlik tədbirlərinin ifrat gücləndirilməsindən doğan sosial narazılıqlar təsvir olunur.
1942-ci ildə Henrix Böll Anne Mari Çex adlı bir xanımla evlənir. Bir neçə il sonra isə yazıçı iki oğul atası olur. Böll xanımıyla birgə bir çox amerikan yazıçılarının -Bernard Malamudun, Selencerin və s. əsərlərini alman dilinə tərcümə edir.
Öz romanlarında, pyeslərində, esselərində, (bütünlükdə qırx cild) Henrix Böll Almaniyanın İkinci dünya müharibəsi zamanı və sonraki illərdə yaşadığı ictimai prosesləri, bir çox hallarda ironik-satirik üslubda təsvir edirdi.
Buna baxmayaraq, heçdə bütün tənqidçilər Böllün yaradıcılığını yüksək qiymətləndirmirdilər. Amerikan tənqidçisi Robert Konrad bu xüsusda qeyd edirdi ki, «Təəssüflər olsun, bir çox hallarda Böll həddən artıq sentimentallıqda, idealizmdə və öz fikirlərini adekvat ifadə edə bilməməkdə günahlandırılırdı».
Məsəlçün, Böllün müasir cəmiyyətin praktisizminə hücumları amerikan tənqidçisi Piter Demetsə sadəlövhlük əlaməti kimi görünürdü. «Əslində mənəvi imperativin arxasında gündəlik, praqmatik hərəkətlərə dərin bir nifrət durur. Ya hər şey, ya heç nə».
Amerikan tənqidçisi Teodor Siolkovskinin fikrincə isə Böll müharibədən sonrakı Almanıyada azsaylı yazıçılardan biridir ki, daimi mənəvi möizələrlə qidalanan uydurma bir dünya yaratmışdı.
Böllün Kölnünü Folknerin Yoknapatofası ilə müqayisə edən Siolkovski həm də qeyd edirdi: «Böll Almaniyanın xəritəsinə tamam yeni bir əyalət gətirməklə bərabər, həm də əsrin ortalarının alman məişətinin ən uğurlu təsvirçisi kimi tanınmışdı».Henrix Böllün əsərləri