Akutaqava Rünoske (1892-1927) - 1892-ci il iyuldə Yaponiyanın paytaxtı Tokio şəhərində anadan olmuşdur. Akutaqava Rünoske əjdaha ilində, əjdaha ayında və əjdaha saatında anadan olmuşdur. Rünoske sözündə ilk ieroqlif də əjdaha mənasını verir..
1915-ci ildə "Rasyamon darvazası" və "Burun" hekayələri işıq üzü görüb. 1920-1923-cü illərdə "Magiya möcüzələri", "Bisey necə inanırdı", "Bir qisasın tarixçəsi", "Susanoo-no-mikoto, "Susanoo-no-mikoto ahıl çağlarında", "Tanrı Aqni", "Qəribə hekayət", "Xanım Rokunomiya", 1924-1927-ci illərdə "Sanemonun cinayəti", "Məktub parçası", "Momotaro", "At ayaqları", "Ölümdən sonra", "Karmen", "Suadamları ölkəsində", "Tanekonun kədəri", "Yuxu" və s. novellalar yazıb. Yazıçının 1927-ci ildə yazdığı "İlğım" və "Dişli çarxlar" hekayələrində və "Səfehin həyatı" povestində özünə qəsd etmək meylləri aydın duyulur. Bu əsərlər müəllifin o vaxtkı psixi vəziyyətini hər şeydən yaxşı əks etdirir.
A.Rünoske 1927-ci il iyul ayının 24-də yüksək dozada yuxu dərmanı içərək özünə qəsd edib. 1935-ci ildə ədəbiyyat sahəsində Akutaqava Rünoske mükafatı yaradılmışdır.Yaradıcılığı
Ən məşhur hekayələri: «Rasyomon darvazası» (1915), «Burun» (1916), «Cəhənnəm əzabları» (1918) və «Sıx meşədə» (1922).
1950-ci ildə Rünoskenin «Rasyomon darvazası» (1915) və «Sıx meşədə» (1922) hekayələri əsassında Akira Kurosavanın «Rasyomon» filmi ekrana çıxmışdır.