Molla Nəsrəddin bir gün qatıra minibmiş.
Heyvan olduqca sürətli gedirmiş.
Molla da onu tuta bilmir, dayandıra bilmirmiş.
Bunu görən bir qonşusu soruşubmuş:
-Molla, deyib, belə tələsik-tələsik hara nə yana?
Molla güc bəla səslənib:
-Qatır haraya gedərsə o yana...