Günlərin birində Bəhlul Danəndə yoxa çıxır. Qardaşı xəlifə Harun ər-Rəşid hər yeri ələk-vələk etsə də, onu tapa bilmir. Bir müddət sonra Bəhlul Danəndə tapılır. Harun ər-Rəşid onu yanına çağıtdıraraq soruşur: «Ey Bəhlul, haralarda idin? Səni axtarmaqdan yorulduq».
Bəhlul cavab verir: «Evdə odunum qurtardığı üçün Cəhənnəmə odun gətirməyə getmişdim». Qardaşının xasiyyətinə yaxşı bələd olan Harun ər-Rəşid soruşur: «Bəs nə oldu? Odun gətirdin?».
Bəhlul kefini pozmadan cavab verir: «Yox, gətirə bilmədim. Orada odun da, alov da yoxdur. Hər kəs dünyadan gedərkən öz atəşini özü ilə aparırmış».