Sən gördüyün yuxunu mən də görmüşəm

Sən gördüyün yuxunu mən də görmüşəm

Günlərin bir günü xəlifə Harun ər-Rəşid yuxuda misli-bərabəri olmayan bir saray görür. Sarayın kimə məxsus olduğunu soruşduqda deyirlər: «Bu saray Bəhlulun sarayıdır».

Xəlifə saraya heyran qalır. Onu Bəhluldan almaq istəyir. Elə bu vaxt hökmdar yuxudan oyanır. Tez Bəhlulu axtarır, onu çölün düzündə tapır. Görür ki, Bəhlul palçıqdan oyuncaq evciklər düzəldir.

Harun ər-Rəşid Bəhluldan soruşur :
– Bunlar nədir?
Bəhlul cavab verib deyir :
– Xəlifə sağ olsun, saraydır.
– Düzəltdiyin bu sarayı mənə satarsanmı?

Bəhlul gülərək deyir :
– Xeyr ?
– Niyə ?
– Ona görə ki, sən gördüyün yuxunu mən də görmüşəm.
Top