Onlar da yeməz

Onlar da yeməz


Günlərin bir günü xəlifə Harun ər-Rəşid Bəhlul Danəndəyə şam yeməyi göndərir. Bəhlul yeməyi alıb itlərin qabağına qoyur.
Xörək gətirən :
– Xəlifənin sovqatını hansı əmirə aparsaydım sevinər və mənə hədiyə də verərdi. Amma sən onları itlərə verdin.
Bəhlul deyir :
– Astadan danış. İtlər eşitsələr ki, pay xəlifənin mətbəxindən gəlib onlar da yeməz.
Top