Bir gənc atasından soruşur: ”Ata evlənmək neçəyə başa gəlir?”
Ata cavab verir: ”Bilmirəm oğulum, mən hələ ödəyirəm.”
***
Bir dəvətdə bir qadın rəfiqəsindən soruşur:
”nişan üzüyünü səhv barmağına taxmısan?” Digər xanım cavab verir:
”Səhv barmağıma taxmamışam, səhv adamla evliyəm.”
***
Bir davadan sonra qadın ərinə qışqırır:
”Səninlə evləndiyim gün axmaq olmuşam.”
Kişi cavab verir: ”Düz deyirsən, əzizim, fərqinə varmamışam.”
***
Evliliyin ilk ilində kişi danışar qadın dinləyər,
Evliliyin ikinci ilində qadın danışar kişi dinləyər,
Evliliyin üçüncü ilində hər ikisi də danışar, qonşular dinləyər.