Ağ qoyun, yoxsa qara?

Ağ qoyun, yoxsa qara?

Bir nəfərin oğlu olur. Uşaq olmamışdan qabaq sən demə bu adam biri ağ rəngdə, digəri də qara rəngdə iki qoyun alıb qapısına bağlayıbmış ki, bəs övladı olsa bunları kəsəcək. Vaxt bitir, vədə çatır, qoyunları kəsmək zamanı yetişır. Kişi oturub fikirləşir ki, hansını birinci kəsim, axı qaranı birinci kəssəm ağ qoyun inciyəcək, yox əgər ağı birinci kəssəm qara inciyəcək. Çox fikirləşir, axırda kənd ağsaqqalının yanına gedir və əhvalatı ona danışır. Ağsaqqal bu işin çox qəliz məsələ olduğunu bildirib ona şəhər qazısına müraciət etməsini bildirir. Kişi kor-peşman 3 gün, 3 gecə yol gedib şəhər mərkəzinə çatır. Ancaq nə çarə??? Qazı da bu məsələyə bir əncam çəkə bilmir ki, bilmir. Nəhayət ki, bu kişiyə uzaq kəndlərdən birində qarlı dağların başında yaşayan 172 yaşlı dünyagörmüş qocaya müraciət etməsini bildirirlər.
   Nə isə, nə başınızı ağrıdım bu adam düz 10 gün yol gedəndən sonra yorğun argın halda gəlib qocanın yanına çatır. Əhvalatı ona ətraflı şəkildə danışır. Bəs övladı olub, iki qoyun alıb, hansını kəsəcəyini bilmir, kimlərin yanına getdiyini və sair və ilaxır.)))  Axırda qocaya təngənəfəs halda müraciət edərək:
  — Ay baba, indi hansı qoyunu kəsim?
  — Qara qoyunu kəs ay bala!
  — Axı ağ qoyun inciyəcək ki, niyə məni birinci kəsmədin...
  — Cəhənnəməkiiiii, inciyir, incisin dəəə))))))
Top