Bir gün Yanıq Kərəm dərdli-dərdli dağlar olan tərəfə gəlir. Sazını cınqıldadaraq deyir:
— Yaneeram, a dağlar!
Dağlardan səs gəlmir. Bir dəfə də deyir, yenə səs gəlmir. Bu minvalla bir-iki dəfə daha bu sözləri deyir. Daşdan səs çıxır, dağlardan Yanıq Kərəmin səsinə səs verən tapılmır. Bu dəfə lap bərkdən qışqırır:
-Yaneeraam, a dağlaaar!!!
Bir də eşidir ki, nə isə səs gəldi:
-Yanersan-yanersan, ə bə niyə eşşək kimi anqrersaan?