Seçki kompaniyasının gedişində respublikaçılar partiyasının namizədi Teodor Ruzvelt kiçik şəhərləri gəzərək alovlu nitqlərlə çıxış edirmiş. Şəhərciklərin birində bir dəqiqədən bir - "Mən demokratam!" qışqırıb onun əsəblərinə toxunan adamdan soruşur:
-Deyə bilərsinizmi ki, siz nə üçün demokratsınız? -Çünki mənim babam demokrat olub, atam demokrat olub, indi də mən özüm demokratam. -Yaxşı... əgər sizing babanız uzunqulaq olsaydı, atanız uzunqulaq olsaydı, o vaxt siz nə olacaqdınız? -Onda mən respublikaçı olardım! -deyə Ruzveltin rəqibi söz altında qalmır.