- Həkim ,düzünü deyin, sizin bu müalicəvi dərmanların hər hansı bir xeyri olurmu?
- Əlbəttə, bu yaxınlarda oğluma villa aldım, qızıma da ev tikdirirəm...
***
Ərlə arvad boşanır. Anasının evinə yığışan arvad deyir:
- Anacan, mən çıxan kimi partlayış səsi gəldi!
Necə fikirləşirsən, o özünü öldürdü?
- Məncə bu şampanın açılış səsi olub.
***
Oğlanla qız rəqs edirler, oğlan qızı fırladır...
Qız: canım, məni sevirsən?
Oğlan: yox, görmürsən firladıram.
***
Ata oğlunu 2 aldığına görə danlayır:
- Mən başa düşə bilmirəm sən belə "tupoy" olmaqda kimə oxşamısan?! - deyir və əlini stolun üstünə döyür.
Uşaq sıçrayaraq:
- Ata, qapı döyülür!
- Otur, özüm gedib açaram!
***
- Qaqaş, sən yaponsan?
- Yox.
- Sən canın yaponsan?
- Yox dedim!!
- Burda nə varee yaponsansa denən dəə..
- Hə, yaponam!!
- Qaqaş, öz aramızdı, nəsə heç oxşamırsanee...
***
Bir gün maşın qəzaya düşür. Maşında olan 2 qadın hərəsi yolun bir tərəfinə ölümcül halda düşüb qalır. Biri birtəhər sürünüb o birinin yanına gəlib deyir:
- Hə, onu deyirdim axı..
***
Dəlixanada dəlinin biri ağacın altında şaqqanaq çəkib gülür. Dostu yaxınlaşıb soruşur:
- Nəyə gülürsən?
- Heç! Mən həmişə öz-özümə lətifə deyib gülürəm. Ama bu dəfəkini heç eşitməmişdim.
***
Cavan şeyx doğum evinin pəncərəsindən yenicə doğulmuş körpələrə baxır. Tibb bacısı ondan soruşur:
- Əlahəzrət, sizin uşaq hansıdır?
- Birinci iki cərgə...
***
Uşaq:
- Ana can, yadındadır, sən demişdin ki, əgerə mən 4 alsam bütün günü gəzəcəyəm?
Ana:
- Əlbəttə, yadımdadır.
Uşaq:
- Onda mən yarım gün gəzə bilərəm?