Təməl ölüm yatağında idi. Halallıq almaq üçün arvadı Fatiməni yanına çağırdı:
- Fatimə, xidmətçi qızla sevişib səni aldatmışam...Məni bağışla.
Fatimə cavabında:
- Bilirəm ay kişi, səni boşuna zəhərləmədim ki!
***
Cavan bir şahzadə gələn qonağları sarayın görkəmli yerləri ilə tanış edir. Birdən qonaqların arasındakı gənclərdən birinin ona çox oxşadığını görür. Sanki bir almanı iki bölmüsən. Şahzadə gənc oğlana yaxınlaşıb deyir:
- Bizim ailəmiz haqqında yəqinki, eşitmisiniz?
- Oh, əlbətdə...çox eşitmişəm.
- Mən elə bilirəm sizin ananınz burda xidmətçi işləyib, elə deyilmi?
- Xeyr. Atam burda bağban işləyib.
***
İki dost işdən evə qayıdırdı. Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.
***
Məşhur rejissor Pyer Brasseur qadınları belə xarakterizə edirdi: "Qadınlar avtobuslara bənzəyir.Ona gecikəndə dalınca qaçmağa dəyməz...Bir az gözləyin, o biri gələr..."
***
Molla bir gün başqa kənddə yaşayan bir qohumuna qonağ gedir. Həmin kəndə çatandan sonra üzünün çox tüklü olduğunu düşünüb qırxdırmaq qərarına gəlir. Yaxınlığda olan bir dəlləyin yanına gəlir və üzünü qırxmasını xaiş edir. Dəllək mollanı stula otuzdurub əlinə bir sabun götürür. Sabuna tüpürüb mollanın üzünə yaxmaq istəyəndə molla cəld ayağa qalxıb dəlləyin üstünə qışqırır:
- Sənin başın xarabdı, sabunada heç tüpürərlər?
Dəllək gülümsəyərək cavab verir:
- Sən hələ qonağsan sənə hörmət elədim, başqalarının üzünə tüpürüb sabun yaxıram.
***
Dörd kişiyə ərə gedən, onlar öldükdən sonra beşinci ərini də yatağa salan bir qadın dizinə vurub deyirdi:
- Məni kimə tapşırıb gedirsən əzizim!
Xəstə kişi yataqdan başını qaldırıb:
- Bədbəxt altıncı ərinə! - deyir.
***
Evdə ərlə arvad dava eləyirdilər. Çünki kişinin özgə arvadlarla bir az gəzməyi var idi. Arvadda buna dözə bilmirdi.
Kişi:
- Canım acıqlanma. Gəl bir-birimizi başa düşək. Bax, sənə bəsit bir misal çəkim. Fərz et ki, eşq bir qramafondur... İnsan ara-sıra qramafonun valını dəyişməlidir, yoxsa yox?
Arvadı güldü:
- Eləmi? Yaxşı. Oxut necə istəyirsən. Bundan sonra qoy eşq qramafon olsun... Səndə istədiyin qədər valları dəyişdir. Nolar, məndə hərdənbir iynəni dəyişdirərəm...
***
Bir gün azəri, rus və erməni bir kupedə yol gedirlər.Bekarçılıqdan qalırlar neyləsinlər. Erməni əlini cibinə salıb bir pomidor çıxardır.Pamidoru dişləyib atır vaqondan aşağı:
- bizdə pomidor çoxdur...
Rus cibindən bir butulka araq çıxardır, içir. İçəndən sonra vaqonun pəncərəsindən aşağı atır:
- bizdə də araq çoxdur...
Azərbaycanlı ciblərini yoxlayır, görür heçnə yoxdur.Qalır nə etsin.. Götürür ermənini atır pəncərdən aşağı:
- bizdə erməni çoxdur...
***
komandir rotaya hücüm əmri verir və əsgərlər "ura" deyib hücuma keçirlər. bir əsgər "ura" deyib geri qaçir.
komandir qışqırır:
- dayan qorxaq, hara qaçırsan?
yoldaş komandir mən qorxaq deyiləm.bu mənim taktiki manevrimdir.yer kürəsini dolanıb düşmənin arxasına keçəcəm.
***
bir şəxs həkimə sual verir:
- xəstənin dəli olduğunu necə bilirsiniz?
- vannanı su ilə doldururuq, xəstəyə bir qaşıq, bir fincan, bir də vedrə veririk və deyirik hansı ilə boşaldarsan?
- hə, anladım. normal şəxs vedrəni seçər.
- xeyr,normal şəxs vannanın tıxacını çıxardar.
***