ABŞ alimlər peyk vasitəsi ilə düyanın ən soyuq nöqtəsi müəyyənləşdirilib. Antarktida qitəsində 4 min metr yüksəklikdə yerləşən nöqtədə temperaturun mənfi 93.2C dərəcəyə endiyini bildiriblər.
2010-cu ildə peyk vasitəsilə qeydə alınan göstərici dağ ətəklərindəki soyuq hava yarğanlarında müşahidə olunub.
“Bu çox aşağı temperaturları təsəvvür etmək çətindir”, Kolorado ştatında mənzillənən qar və buz məlumatlar bazası üzrə ABŞ Milli Mərkəzindən Ted Scambos bildirib.
Onun sözlərinə görə, şaxtalar Alyaska və Sibirin ən soyuq yerlərindəki temperaturdan 50C dərəcə aşağıdır.
«Bu şaxtalarla müqayisədə Şimali Amerkanın bəzi yerlərində hazırda yaşanan soyuqlar mülayim görsənir», Ted Scambos əlavə edib.
Bundan öncəki şaxta rekordu da Antarktidaya məxsusdur.
1983-cü ildə Rusiyanın Vostok stansiyasında soyuqlar mənfi 89.2C dərəcəyə enib.
Müqayisə üçün dünyanın ən isti yeri İranın cənub şərqində yerləşir.
2005-ci ildə Daşt-e Lut səhrasında qeydə alınan ən isti hava 70.7C təşkil edib.