İngilislər haqqında lətifələr

İngilislər haqqında lətifələr

  1. Turnir. Bir qız dayanıb, başına alma qoyublar. Birinci oxatan almanı vurub deyir:
    - I am Robin Good!
    İkinci oxatan da almanı vurub deyir:
    - I am Richard Lions Heart!
    Üçüncü düz ata bilmir, qızı öldürür:
    - I am, I am... Sorry...
  2. Edinburq qəzetinin redaksiyasına məktub gəlir:
    - Əgər siz şotlandların xəsis olması barədə lətifələrin çapını təcili olaraq dayandırmasanız, mən günü sabahdan qəzetinizi qonşuma borc verməyəcəm.
  3. Centlmen qonşu xanıma deyir:
    - Madam, mən dünən Sizin mahnı oxumağınıza qulaq asdım.
    Qadın qızarır:
    - Nə danışırsınız! Mən sadəcə, vaxt öldürürdüm.
    - Siz çox dəhşətli silah seçmişdiniz, madam...
  4. Körpünün üstündə iki ingilis dayanıb çayda boğulanın harayına qulaq asır:
    - Kömək edin, üzə bilmirəm!!!
    Biri o birinə:
    - Conson...
    - Bəli..
    - Siz üzə bilirsiniz?
    - Təəssüf ki, yox.
    - Mən də. Amma biz qışqırıb bütün şəhəri başımıza götürmürük...
  5. Yazıçı xanım keşişlə Müqəddəs Kitabla bağlı mübahisə edir.
    - Razılaşın ki, Allah taala əvvəlcə kişini, sonra qadını yaradıb – deyir keşiş.
    - Sizinlə tamamilə razıyam. Mən də əvvəlcə qaralama yazıram.
  6. Londonda restoran sahibi ofisiantdan soruşur:
    - Bax o rus qırx dəqiqədir stolun arxasında yatıb. Niyə onu bayıra atmırsan?
    - Niyə atım ki? On dəqiqədə bir dəfə onu oyadıram və o hər dəfə hesabı yenidən ödəyir.
  7. Lord malikanəsində oturub. Qulluqçu gəlib deyir:
    - Evdə oğru var, ser.
    - Əla. Mənim tüfəngimi və ov paltarımı hazırla – dama-dama paltarımı.
  8. Ev qulluqçusu:
    - Madam, bir halda ki, Siz mənə etibar etmirsiniz, yaxşısı budu mən işləməyim.
    - Necə yəni etibar etmirəm? Mən hətta qiymətli daşlar saxlanan mücrünün açarını sənə vermişəm.
    - O açarlar mücrüyə düşmür...
  9. İki məhkum ingilis türməsində söhbət edir:
    - Bağışlayın cənab, Sizə çox iş veriblər?
    - 15 il. Bəs Sizə nə qədər?
    - Mənə on il.
    - Onda Siz qapıya yaxın çarpayıda yatın. Axı məndən tez çıxacaqsınız!
  10. Missis Smit psixiatrın yanına qaçır:
    - Ser, mənim ərim ağlını itirib! Tezliklə onu dəlixanaya salın.
    - Nə olub?
    - Dünən o mətbəxə girib taxta çəkiclə bifşteksi əzdi, sonra aşpaz qadının yanağından öpdü.
    - Burda müdaxilə üçün əsas görmürəm. Əgər o aşpaz qadını çəkiclə vurub, bifşteksi öpsəydi, başqa məsələ.
  11. İngilis lordu insan yaşamayan adaya düşür və üç ev tikir. Nəhayət, onu tapıb soruşurlar:
    - Ser, üç ev nəyinizə lazım idi?
    - Biri yaşamaq üçün, o biri getdiyim klub, üçüncüsü isə getmədiyim klub!
  12. Protokolda göstərilib ki, miss Braun, Siz son üç həftədə maşınla dörd nəfəri vurmusunuz.
    - Üş nəfəri...
    - Burda yazılıb ki, dördünü...!
    - Məsələ burasındadır ki, bu sarsaqların birini iki dəfə vurmuşam.
  13. Evin damında bir nəfər dayanıb. O, intihar etmək istəyir. Aşağıda camaat toplaşıb baxır. Birdən bir qadın səsi eşidilir:
    - İlahi, əgər o indi özünü atmasa, mən işə gecikəcəm!
  14. Qənnadı sexinə zəng olunur:
    - Alo, mən mister Smitəm. Arvadımın ad günü üçün tort hazırlayın.
    - Neçə şam qoyaq?
    - İyirmi doqquz. Həmişə olduğu kimi.
  15. Varlı lord Nyu-Yorkdan Londona evinə zəng edir. Dəstəyi qulluqçu götürür.
    -Arvadım nə edir?
    -Sizinlə yatır, ser.
    -Cim, kabinetimə gir, vinçesteri götür, ikisini də vur. Telefonda gözləyirəm.
    Beş dəqiqə sonra Cim məruzə edir:
    -Ser, arvadınızı yataqda güllələdim, Siz bağa qaçdınız. Mən Sizi bağda vurdum.
    -Cim, mənim bağım yoxdur.
    -Ser, Siz hara zəng etmisiniz?

Müəllif: Gülnarə Rəfiq

Top