Yaşanmış qorxu nəsildən nəslə keçir

Yaşanmış qorxu nəsildən nəslə keçir

Heyvanlar üzərində aparılmış tədqiqatlar göstərib ki, həyatın travmatik anları və hadisələrinin izi nəsildən nəslə genetik yaddaşın mexanizmi əsasında keçə bilir.

Tədqiqatların nəticəsinə görə, travma effekti sperma hüceyrələrinin DNT-də iz buraxa bilər və nəticədə növbəti nəsillərdə özünü biruzə verə bilər.

Nature Neuroscience jurnalında dərc olunmuş tədqiqatın nəticələri göstərib ki, müəyyən iydən, qoxudan qorxmağa vərdiş etmiş siçanların balalarında və növbəti törəmələrində də həmin reaksiya özünü biruzə verməkdədir.

Ekspertlərin qənaətincə, tədqiqatın nəticələri xof, əndişə və təşviş kimi hisslərin araşdırılması üçün mühümdür.

Heyvanlar tədqiqatlar zamanı albalı ağaçı çiçəklərinin iyindən xoflanmağa alışdırılıb.

Bu qoxu gələndə siçanlar o vaxtadək cərayanla vurulurdu kı, onlarda bu iyə qarşı qorxu refleksi yaransın.

Nəticədə həmin qoxunu duyan kimi siçanlar həmin yerdən sürətlə uzaqlaşıblar.

Bundan sonra tədqiqatçılar siçanların spermasını tədqiq edərək, müəyyən ediblər ki, DNT-də iy duymaya cavabdeh reseptor Olfr151, «qorxudulmuş» siçan törəmələrində olduqca fəal rejimdə işləyir və nəticədə müəyyən iyə həssas reseptorun da fəaliyyət əmsalı normadan yüksəkdir.

Bu araşdırrma ABŞ-ın Emory Universitetində aparılıb.

Elmi araşdırmalar genlərin DNT ilə yanaşı beyin strukturlarında da dəyişiklik aşkar edib.

Hesabatda vurğulanır kı, «valideynlərin mayalanmayadək təcrübəsi, hər iki struktura, o cümlədən, gələcək nəsillərin sinir sisteminin strukturuna da nəzərəçarpan dərəcədə təsir edir» .

Araşdırmanın nəticələri «epigenetic irsilik» nəzəriyyəsini təsdiqləyir, beləki mühitin canlı orqanizmlərin genlərinə təsir etməsi və həmin təsirin izlərinin gələcək nəsillərə keçməsi sübut edilib.

Tədqiqatçılardan biri — doktor Brian Dias BBC-ə deyib ki, «bu elə bir mexanizmdir ki, onun nəticəsində törəmələr özlərində əcdadlarının izlərini daşıyır».

«Heç bir şübhə yoxdur kı, sperma və yumurtada baş verən dəyişiklər gələcək nəsillərə keçir».

London University College-dən professor Marcus Pembrey deyib ki, əldə olunan nəticələr «fobia, həyacan və post-travmatik stres kimi xəstəliklərin müalicəsi üçün» vacibdir və yaddaş formasında nəsildən nəslə keçə bilməsini «birmənalı dəlillərlə» sübut edir.

Onun təbirincə, alimlər «insan genlərində dəyişiklərin təsiredici effektini ciddi tərzdə nəzərə almalıdırlar».

«Düşünürəm ki, sinir sistemi və beyin, neyro-psixiatriya, piylilik, şəkər və metabolizm xəstəlikləri kimi pozuntuları ümumilikdə nəsildən-nəsilə keçmə effekti nəzərə alınmadan anlamaq mümkün deyil».

Alimlərin qənaətincə, iydən xoflanma effektinin irsilikcə keçməsini qoxunun qan-damar sisteminə hopması və qan vasitəsilə sperma strukturuna təsir etməsilə və ya beyindən göndərilən sinir siqnalı vasitəsilə spermadakı DNT-ə təsirilə izah etmək mümkündür.

Top