- Kovboy əlində tapança gedir.
— İki kərə iki neçə edir?
— Bilmirəm.
— Part! Axmaqları sevmirəm!
— İki kərə iki neçə edir?
— Nəyinə gərək?
— Part! Kobudları sevmirəm!
— İki kərə iki neçə edir?
— Neçə lazımdır?
— Part! Yaltaqları sevmirəm!
— İki kərə iki neçə edir?
— Part! Hər şeylə maraqlananları sevmirəm! - Texasda opera premyerası.
— Ata, müğənni oxuyanda niyə yellənir?
— Hərəkət edən hədəfi vurmaq çətindi, oğlum! - Kovboylar yeməkxanada viski içir. Birdən oraya yaralı kovboy girir:
— Özünüzü qoruyun – deyir və ölür.
Heç kəs ona fikir vermir. Bu vaxt ikinci yaralı kovboy daxil olur:
— Özünüzü qoruyun, Ağ Bill gəlir – deyib ölür.
Yenə heç kəs fikir vermir. Bu vaxt üçüncü yaralı kovboy daxil olur:
— Özünüzü qoruyun, Ağ Bill gəlir. Hamını öldürür və qarət edir. Kovboylar ayağa qalxmaq istəyəndə kandarda ağ paltarlı, silahlı bir kovboy görürlər:
— Puularınız çıxarın, əllərinizi boynunuzun dalına qoyun – deyir o.
Nə etməli? Pulları qoyurlar. Ağ geyimli kovboy pulları kisəyə yığıb deyir:
— İndi özünüzü qoruyun, Ağ Bill gəlir.
- Co və Bill dağlarda gəzirlər. Billi ilan vurur. Co radiotelefonla həkimə zəng edir. Həkim deyir ki, zəhəri yaradan sormaq lazımdı. Bill soruşur:
— Həkim nə dedi?
— Dedi ki, öləcəksən! - Qoca kovboy ölür. Ətrafında qohumları, varisləri və həkim var.
— Oğrular, yirtıcılar, qaniçənlər… – deyə o zarıldayır.
Həkim deyir:
— Hər şey qaydasındadır. O, hələ özününküləri yaxşı tanıyır... - İki kovboy rastlaşır.
— İşlər necədi?
— Pis. Arvadım ayağını sındırıb.
— Axırı necə olacaq?
— Güllələməli oldum.... - -Təəccüblənirəm, Luiza. Neçə ildi, Billə yaşayırsan, bir dəfə də dalaşmayıbsınız.
— Toydan sonra Bill ilə rançodan qayıdırdıq. Birdən atın ayağı sürüşdü. Bill dedi: «Bir». At ikinci dəfə sürüşəndə Bill dedi: "İki". At üçüncü dəfə sürüşdü və Bill “üç” deyə qışqırdı və tapançanı çıxarıb atı öldürdü. Mən dedim: “Bill, sən nə etdin? Bizim ən yaxşı atımızı öldürdün!”. Bill dedi: «Bir». - Qoca kovboy gənc kovboyu həkimə göstərir:
— Doktor, kürəkənimə kömək et. Dünən onun qıçından güllə ilə vurmuşam.
— Bu, yaxşı deyil. Adam öz kürəkənini vurar?
— Mən onu vuranda hələ kürəkənim olmağa razı deyildi. - Kovboy bara girib 15 butulka pivə sifariş verir:
— Atım içmək istəyir!
At içir, kovboy pulu ödəyir. Təəccüblənmiş barmen soruşur:
— Bəs özünüz içmirsiniz?
— Nə danışırsız? Mən sükan arxasındayam! - Vəhşi Qərbdə.
— Ay yetim, al bu konfeti.
— Mən yetim-zad deyiləm, o dee atam dayanıb..
Kovboy tapançanı çıxarıb kişini vurur.
— Ay yetim, al bu konfeti . - Kovboyun atı ölür. O, düzün ortasında üç sutka piyada gedir. Bir də görür ki, bir bitulka var. Ordan bir cin çıxıb deyir:
— Nə arzun varsa de, yerinə yetirim.
— Evə getmək istəyirəm.
Cin onun əlindən tutub dartır:
-Getdik!
Kovboy acıqlanır:
— Mən evə tez çatmaq istəyirəm!
— Onda qaçdıq...
Həmçinin bax: Yəhudilər haqda anekdotlar
Mənbə: Gülnarə Rəfiqin tərcümələri