Məzəli hekayələr

Məzəli hekayələr

Qadınlar ağıllıdır
Qadının biri bir gün meşədə gəzərkən tələyə düşmüş bir qurbağa görər.
Qurbağa ona, "Məni bu tələdən qurtarsan, sənə 3 dilək haqqı verəcəyəm". deyir.
Qadın onu xilas edir və qurbağa da:
- "Təşəkkür edirəm, amma sənə diləklərinlə əlaqədar bir şərti söyləməyi unutdum. Nə diləsən, diləyinin 10 qat yaxşısına və çoxuna ərin də sahib olacaq!"
Qadın: "Yaxşı" deyir.
İlk dilək olaraq;
- "Dünyanın ən gözəl qadını olmaq istəyirəm." deyir.
Qurbağa onu xəbərdar edərək:
- "Bu dilək, sənin ərini də dünyanın ən yaraşıqlı adamı edəcək və qadınlar onun başına yığışacaq." - deyir
Qadın:
- "Bu əhəmiyyətli deyil, çünki mən ən gözəl qadın olacağım üçün, onun gözü məndən başqasını görməyəcək".
Və ilk dilək reallaşır. Qadın dünyadakı ən gözəl qadın olur.
İkinci dilək olaraq;
- "Dünyadakı ən zəngin qadın olmaq istəyirəm." deyir
Qurbağada yenə xəbərdar edərək:
- "Bu ərini dünyadakı ən zəngin adam edəcək, səndən də 10 qat zəngin olacaq" deyir.
Qadın: "Bu da əhəmiyyətli deyil, çünki mənim olan onun, onun olan da mənimdir" deyir.
Dilək reallaşmış və dünyanın ən zəngin qadını olmuş.
Qurbağa, qadına üçüncü diləyini soruşduğunda, qadın son diləyini söyləmiş:
- "Yüngül bir infarkt ke çirmək istəyirəm" deyir...

Bu hekayədən çıxarılacaq dərs: Qadınlar ağıllıdır. Onlara dəyib dolaşmayın!))))

Futbol məsələsi
Adam oyuna getmiş. Aldığı bilet tribunanın ən uzaq küncündə imiş. Yerinə oturmuş birinci hissəni güc bəla seyr etmiş.
O vaxt ön tərəfdə tam ortada bir yerin boş olduğunu görmüş. Fasilə zamanı sıralar arasından keçib o boş yerə çatmış. Yan adamdan soruşmuş:
- "Bura boşmudur?"
- "Boş, - deyir adam..."
- "Necə olur bu dolu stadda boş yer qalmışdır..."
- "Ora mənim yoldaşımın yeridir, demiş adam, aylar əvvəl bu oyun üçün almışdıq. Amma yoldaşım vəfat etdi..."
- "Çox kədərləndim, deyə cavab verər adam, amma dost və qohumlarınızdan birinə niyə vermədiniz bileti?"
- "Onların hamısı bu anda cənazədədir, deyə- cavab verər adam...

Görən kimsə olmadı
Avtomobilini park edib restorana girən adam, çıxdığında avtomobilini tamamilə əzilmiş bir halda görür.
Şüşə siləcəyinin altında bir kağız vardır. Kağızı açdığında, bu sətirlərlə qarşılaşar :
- Ön çarxla geri çarxı səhv salıb avtomobilinizə sərt bir şəkildə dəydim. Avtomobilinizdə gördüyünüz kimi çox böyük ziyan var. Hadisəni görən kəslər də bu an, mən bu sətirləri yazarkən ətrafıma toplanmışdılar və bu kağıza adımı və ünvanımı yazdığımı düşünürlər.
- "Nə halın varsa gör, o qədər avam deyiləm!"

Həbs cəzası
Qadın, gecə yarısı yanından itən ərini tapmaq üçün qalxar.
Evdə tənhalıq içində, aşağıdan bir səs eşidər. Aşağı enər və təkrar dinləməyə başlar, amma ərini tapa bilməz.
Bir az daha axtarmaq üçün aşağı anbara enər, orada ərini dizləri üstünə çökmüş, divara dönmüş ağladığını görər...
Və maraqla soruşar: -
"Əzizim, nəyin var, nə oldu ?"
Əri:
- "Xatırlayırsanmı, Atan bizi birlikdə tutduğunda bir sual soruşmuşdu, ya evlənərsən ya da 20 il həbs çəkərsən."...
Qadın çaşaraq:
- "Həəə, nə oldu?"
Adam:
- "Bu gün, həbsdən çıxmış olacaqdımmm"


Səhv nömrə
Telefon çalar:
- "Alo buyurun"
- "Üzr istəyirəm deyəsən səhv nömrəni yığmışam"
- "Diqqət etdə geri zəkalı"
- "Geri zəkalı sənsən, üstünə birdə bit beyinlisən"
- "Nə? sən kiminlə danışdığını bilirsənmi?.."
- "Xeyr"
- "Mən ...POLİS Müdiriyəm"
(Bir az sesizlikten sonra)
- "Sən kiminlə danışdığını bilirsənm?i"
- "Xeyr"
- "Ohhh, çox şükür"



Top