Bir kəndli eşşəyini itirir. O Anastratdinə deyir məsciddə elan eləsin ki, hər kim eşşəyi tapıb sahibinə qaytarsın. Ümumi ibadət qurtaran kim Anastratdin məscid əhlinə üz tutur:
-Müsəlmanlar, sizlərdən kim ömrü boyu qəhvə şərab içməyibsə, tütün çəkib, qumar oynamayıbsa, müxtəsəri heç nə ilə maraqlanmayıbsa çıxsın irəli, mən onu görüm.
Hamı susur. heç kim qabağa çıxmır. Düşünürlər ki, belə bir adam çətin ki, tapılsın. Ancaq bu vaxt birisi irəli gəlib Anastratdinə deyir:
-Mən ömrüm. boyu nə şərab, nə qəhvə içmişəm. Bir dəfə də olsun qumar oynamamışam. heç bir əyləncə də axtarmamışam.
Anastratdin ucadan qışqırır:
-hanı eşşəyini itirən o binəva? Gəlsin həqiqi eşşəyini aparsın. Bundan başqa eşşək tapammaz.
Bir nəfər köynək verir Anastratdinə ki, onu bazarda satsın. Köynək də oğurluq olur. Anastratdin də bunu bilir. həmin gün bazar adamla dolu imiş. Basırıqda birisi köynəyi ondan oğurlayır. Anastratdin bazardan qayıdır,. həmin adam yanına gəlib ondan xəbər alır görsün köynəyi neçəyə satdı. Anastratdin deyir:
-Alver bu gün çox pis idi. Onu neçəyə almışdınsa, o qiymətə də mən verdim.
Qeyd:Anastratdin yunanlarda Molla Nəsrəddinin adıdır.
Afandi uzun müddət evlənə bilmirdi. Səbəbi də bu idi ki, onun başlığa pulu çatmırdı.
Bir dəfə bir tanışı Afandiyə deyir ki, bir qıza(onun sevdiyinə) elçi göndərmişəm. Afandi bundan məyus olur və həyəcanlanır. Ancaq bunu büruzə vermir. Azacıq düşündükdən sonra tanışına deyir:
-Onu pisləyə bilmərəm. Qız olduqca gözəl və əxlaqlıdır. Ancaq onu deməliyəm ki, bir dəfə, and olsun ki, tamam təsadüfən, kişi olan məclisində onu üzü açıq görmüşəm.
Tanış dərhal dillənir:
-Allaha and olsun ki, belə qız mənə daha gərək deyildir!
O elçilərini geri çağırır və həmin qızla evlənmək istəmir. Bunun üstündən bir müddət keçir. həmin adam öyrənir ki, Afandi bu qıza evlənir. Gəlib ona kinayə ilə deyir:
-Məni sən aldatdın! Sənin andın nəyə dəyər!? Afandi deyir:
-Mən doğru and içmişəm. Bəli, mən qızı kişi olan məclisdə üzü açıq görmüşəm. Ancaq mən sənə deməyi unutmuşam ki, bu onun doğmaca atası idi. Sənsə bunu məndən xəbər almamısan.
Məktəbdə Afandi mollasına hiyləgər suallar verirmiş. Onların çoxuna molla cavab tapammırmış. Bir dəfə molla hirslənib deyir:
-Öz biliyinlə çox da öyünmə. Zehni iti uşaqlar ağıldan kəm böyüyürlər.
-Möhtərəm müəllim, uşaqlıqda siz də yəqin çox ağıllı olmusuz?
Qeyd: Apandi Molla Nəsrədddinin özbək variantıdır.