Şahmat terminləri

Şahmat terminləri

  • Debüt (şahmat) — görüşün ilk mərhələsi, oyunun başlanğıcı
    Görüşün ilk mərhələsi olan debütdə rəqiblər fiqurları irəli çıxararaq sonrakı mərhələyə hazırlıq görürlər. Debüt şahmat strategiyasının və nəzəriyyəsinin, ilk növbədə fiqurların və piyadaların qarşılıqlı əlaqəsinin strateji prinsiplərinin əsas qanunlarına tabedir.
    Debüt üç növə bölünür:
    * açıq (ağların birinci gedişi mütləq belə olur: 1. e4 və qaraların cavabı: 1... e5);
    * yarımaçıq (ağlar 1. e4 gedişi edirlər, qaralar isə 1... e5 gedişindən başqa istənilən gedişi edə bilərlər);
    * bağlı (ağlar 1. e4 gedişindən başqa istənilən gedişi edirlər).
  • Mittelşpil — Hər iki tərəfin əsas qüvvələrini hərəkət etdirərək, mübarizənin başlandığı mərhələsi
  • Endşpil — (almanca: oyunun sonu) Şahmat oyununun sonluq hissəsi belə adlanır. Başlıca xüsusiyyəti odur ki, taxta üzərində fiqurlar az olur
  • Mat — Müdafiəsi olmayan elan edilmiş şah
  • Suqsvanq — Hər hansı bir gedişi əlverişsiz nəticə ilə başa çatan mövqe
  • Seytnot — Düşünmək üçün vaxtın çatışmazlığı
  • Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.Ac3, 1.g4, 1.Ah3 və s.) ümumi adı
  • Vəzir piyadalarının debütü — Debüt sistemlərinin ümumi adı. Burada ağlar c2-c4 gedişindən imtina edirlər
  • Rus görüşü — şahmatda 1. e2-e4 e7-e5
    2. Ag1-f3 Ag8-f6. gedişləri ilə başlanan debüt.Bu debütü tətbiq edən A. Petrovun və təhlil edən K. Yanişin şərəfinə adlandırılmışdır
  • İngilis başlanğıcı (şahmat) (1. c4) —Bu debüt XIX əsrin ortalarında müvəffəqiyyətlə tətbiq etdiyi üçün ingilis şahmatçılarının şərəfinə belə adlandırılmışdır
  • Şotlandiya görüşü — Şahmatda
    1. e2-e4 e7-e5
    2. Ag1-f3 Ab8-c6
    3. d2-d4. gedişləri ilə başlayan debüt.1824-cü ildə Şotlandiyanın Edinburq şəhəri ilə London arasında yazışma ilə keçirilən matçın şərəfinə adlandırılmışdır

Şahmat müdafiələri

  • Alyoxin müdafiəsi — şahmatda debüt, e2-e4 Kg8-f6 gedişi ilə başlayır.
    Şahmat praktikasına dünya çempionu Aleksandr Alyoxin tərəfindən daxili edilib. O bu gedişi 1921-ci ildə Budapeştdə Layoş Şteynerə qarşı oynayarkən tətbiq edib.[1].Ancaq bu gediş əvvəl də məlum idi. Gedişin ideyası qara fiqurla oyun və ağ fiqurların piyada mərkəzinə əks-hücumdur. Ağlar bir çox halda üstünlüyə malikdirlər. Ancaq debüt maraq doğurur və yarışlarda tez-tez rast gəlinir. Bu debütün nəzəriyyəsinə Vladas Mikenas, İsaak Boleslavski, Vlastimil Qort, Vladimir Bağırov böyük töhvə vermişlər.
  • Fransız müdafiəsi — Şahmatda 1. e2-e4 e7-e6.gedişləri ilə başlayan debüt. 1834-1836-cı illərdə London şahmatçıları ilə yazışma oyununda müvəffəqiyyətlə yarışan parisli şahmatçıların şərəfinə adlandırılmışdır
  • Karo-Kann müdafiəsi — XIX əsrdə Vyana şahmatçısı M. Kann tərəfindən ixtira edilib. 1886-cı ildə almaniyalı usta Q. Karo bu müdafiənin bir neçə variantını təhlil etmişdir
  • Siciliya müdafiəsi — Şahmatda 1. e2-e4 c7-c5. gedişləri ilə başlayan debüt.XXVII əsr italyan şahmatçısı C. Qreko tərəfindən adlandırılmışdır
  • Qrünfeld müdafiəsi — 1922-ci ildə Avstriya qrossmeysteri tərəfindən praktikaya tətbiq edilmişdir

 

Qambit — Tərəflərdən birinin (daha çox ağlar) mərkəzdə piyadaların inkişafını sürətləndirmək və ya piyada üstünlüyünə nail olmaq üçün maddi üstünlüyü (adətən piyadalar hesabına) qurban verdikləri debütlərin adı

  • Latış qambiti — Şahmatda
    1. e2-e4 e7-e5
    2. Kg1-f3 f7-f5
    gedişləri ilə başlanan debüt. K. Betinşemin başlanğıcı altında bu debütü təhlil edən Riqa şahmatçılarının şərəfinə adlandırılıb
  • Evans qambiti — şahmatda
    1. e2-e4 e7-e5
    2. Ag1-f3 Ab8-c6
    3. Ff1-c4 Ff8-c5
    4. b2-b4. gedişləri ilə başlanan debütdür. 1824-cü ildə ingilis V. Evans kəşf edib
  • Staunton qambiti — XIX əsrdə bu debütü ixtira edən məşhur ingilis şahmatçısının şərəfinə adlandırılmışdır
  • Şah qambiti — Şahmatda
    1. e2-e4 e7-e5
    2. f2-f4.
    gedişləri ilə başlanan debüt.Birinci olaraq Lopesin oyunlarında təsadüf olunur
  • Vəzir qambiti — Şahmatda
    1. d2-d4 d7-d5
    2. c2-c4. gedişləri ilə başlanan debüt. Qambitin ilk təhlilləri gettin əlyazmalarında, həmçinin şahmatçılardan Polerianın, Salvionun və Stammın oyunlarında təhlil edilir

 

Top