Əvvəllər şahmat çox asta bir oyun idi. Ancaq 1400-cü illərin sonlarında iki uzaqmənzilli fiqurun (fil və vəzir) kəşf edilməsi oyunun sürətini artırdı. Şahmatla bağlı ilk kitabın müəllifi Luçena isə bu kitabda (1497-ci il) şahmatın yeni qaydalarını elan etdi. O vaxtdan indiyə qədər bu qaydalar olduğu kimi qalır.
Şahmat iki tərəfin - ağ və qara fiqurlarla oynayan rəqiblərin mübarizəsidir. Hər tərəfin bir şah, bir vəzir, iki top, iki fil, iki at və səkkiz piyada olmaqla 16 fiquru olur. Şahmat lövhəsi 64 - 32 ağ və 32 qara xanadan ibarətdir.
İspaniyadan sonra İtaliya, Fransa, Almaniya, Amerika Birləşmiş Ştatları və Rusiyada da şahmat çox sürətlə yayılmağa başladı. 19-cu əsrin sonlarında isə artıq şahmatın ilk ulduzları məlum idi: Anderssen, Morfi, Rubinşteyn və Steynits. 1850-ci illərdən başlayaraq, ilk peşəkar turnirlər keçirilməyə başlandı. Nəticədə, 1886-cı ildə o dövrün ən güclü iki şahmatçısı Steynits və Sukertort arasında ilk dünya çempionatı keçirildi. Steynits bu çempionatda 10 qələbə, 5 heç-heçə və 5 məğlubiyyətlə qalib gəldi.
Şahmat üzrə ilk dünya çempionu Vilhelm Steyinitz olmuşdur. Sonradan dünya çempionları bu ardıcılıqla olmuşdur: Emanuel Lasker, Xose Raul Kapablanka, Aleksander Alyoxin, Maks Eyve, Mixail Botvinnik, Vasili Smıslov, Mixail Tal, Tiqran Petrosyan, Boris Spasski, Rober Fişer, Anatoli Karpov, Harri Kasparov, Vladimir Kramnik, Veselin Topalov. Sonuncu dünya çempionu hindistanlı Visvanathan Ananddır.Lakin qeyd etmək lazımdır ki,şahmat çempionlarının tanınmasında problemlər var.Çünki 90-cı illərin ortalarında dünya şahmat tacının sahibi uğrunda iki - FİDE xətti və Harri Kasparovun təşkilatçılığı ilə yaranan təşkilatın xətti ilə yarışlar keçirilirdi.Bu isə eyni zamanda dünyada iki şahmat çempionunun olmasına gətirib çıxarmışdı.Lakin 2005-ci ildən etibarən şahmat çempionları yalnız FİDE xətti ilə müəyyən olunur.
Azərbaycanda da şahmatın böyük inkişaf yolu var. Daha qədim zamanlarda Azərbaycanda böyük şahmatçılar olmuşdur.
Şahmat oyunu haqqında məşhur deyimlər
Şahmat beyin işgəncəsidir.
Kasparov
Şahmat haqqında deyirlər ki, həyat üçün çox uzundur, amma bu, şahmatın deyil, həyatın qüsurudur.
İrninq Çernyov
Şahmatın əsası onun nə olduğunu düşünməkdir.
Devid Bronşteyn
Şahmat taxtası insan zehninin gimnastika zalıdır.
Paskal
Şahmat taxtasında bütün dənizlərdən daha çox macəra var.
Pyer Mak Orlan
Uduzan həmişə səhvdir.
Panov
Şahmat bəşəriyyətin lənətidir.
H.G.Uells
Şahmat analiz sənətidir.
Botvinnik
Mənə qalib gələn hər kəsə nifrət edirəm.
Liza Leyn
Yaxşı oyunçunun həmişə yaxşı şansı olur.
Kapablanka
Yaşım artdıqca piyadalara daha çox dəyər verməyə başlayıram.
Keres
İçki-işləyənlərin lənətidir. Işləmək-içənlərin lənətidir. Şahmat isə düşünənlərin lənətidir.
C. Ross
Piyadamı verməkdənsə, barmağımı verərəm.
Ruben Fayn
Şahmatdakı peşmanlıqdan daha böyük peşmanlıq yoxdur.
H.G.Uells
Rəqib şahın kəlləsi üçün heç bir əvəz böyük deyil.
Koblentz
İki cür fəda var: doğru olanlar və mənimkilər.
Tal
Yumşaq qəlblisinizsə, şahmat oynaya bilməzsiniz.
Fransız atalar sözü
Ən yaxşısı rəqib daşlarını fəda etməkdir.
Tartakouer
Yaxşı gediş görəndə, gözləyin, daha yaxşısını axtarın.
Em. Lasker
Daş itirməmək üçün çox oyunlar itirilib.
Tartokouer
Səhvlər taxtanın hər yanında edilməyi gözləyirlər.
Tartakouer
Şahmat taxtasında yalan və ikiüzlülük çox yaşaya bilməz.
Em. Lasker
♜ | ♞ | ♝ | ♛ | ♚ | ♝ | ♞ | ♜ |
♟ | ♟ | ♟ | ♟ | ♟ | ♟ | ♟ | ♟ |
♙ | ♙ | ♙ | ♙ | ♙ | ♙ | ♙ | ♙ |
♖ | ♘ | ♗ | ♕ | ♔ | ♗ | ♘ | ♖ |