Seksuallıq hər bir qadının daxilində gizlənir.
Anam və atam mənə vaxt ayıra bilmirdi. Heç kimə lazım olmadığımı xatırlayıram və nə zamansa bu halın dəyişə biləcəyinə şübhə edirdim. Mənim yeganə sevgim şokolad idi. Bircə şokolad heç vaxt mənə xəyanət etmədi.
Uşaq olanda mənə insanların diqqətini çəkməyin ədəbsiz olduğunu öyrədirdilər. Özünü nümayiş etdirmək yaxşı əlamət sayılmırdı. Mən isə məhz bununla pul qazanıb yaşaya bilirəm.
Deyilənə görə, sevgi ən faydalı əmanətdir. Nə qədər çox investisiya yatırırsan, bir o qədər də fayda götürürsən.
Mən manikür, cəlbedici geyim, hətta çimərliyə belə, saç düzümü və qırmızı dodaq boyasında getməyə inanıram.
Mən çəhrayı rəng və xoşbəxt olan qadınların çox gözəl olmalarına inanıram. Mən inanıram ki, gülmək bədəndəki artıq yağları əridir. İnanıram ki, sabah yeni gün başlayacaq və… möcüzələrə inanıram.
Qadının xoşbəxtliyi gözlərindən bilinməlidir. Gözlər sevginin yaşadığı qəlbin qapısıdır.
Kişinin sizə hədiyyə etdiyi sırğadan onun sizə qarşı fikirlərini öyrənmək olar.
Qadınlığımı sübut etmək üçün mənə çarpayı gərək deyil. Mən ağacdan alma dərəndə də, yağış altında dayandıqda da seksual ola bilərəm.
Milad bayramında həmişə bir arzu tuturam: dünyada yaşayan bütün uşaqlar əmin-amanlıq içində olsun.
Gözəlliklər yaradıb insanların fikirlərini qəddar dünyadan yayındırmağımla fəxr edirəm.
Heç vaxt boşanmağımı istəməmişəm. Ümumiyyətlə, bu sözə tab gətirə bilmirəm. Mənim boşanmağım haqda danışanda hələ də, sıxılıram. Mənim arzum birdəfəlik ərə getmək idi.
Nikah-ömürlük müqavilədir. İnsan daxili arzularını dərk etməyənə kimi nikaha addım ata bilmir. Mən isə hələ də, özüm özümü kəşf edirəm.
Özüm haqqında çox şeyləri bilmirəm, lakin bir gün öyrənəcəm. Bax, ona görə də kiməsə və ya nəyəsə bağlı olmaq istəmirəm.
Məni güldürməyə qadir olan insanları sevirəm. Hərdən düşünürəm ki, bu dünyada ən çox sevdiyim şey gülüşdü. Gülüş bir çox xəstəlikləri müalicə edir. Bəlkə də, gülüş insanın ən gözəl bacarığıdır.
Qadının gözəlliyi onun yaşı ilə artır.
İnsanlar daha çox əşyalar kimidirlər. Onlar yerindən götürülüb təmir olunmağı və onlar üçün yer tapılıb oraya qoyulmasını istəyir; heç zaman heç kimi atmayın.
Hər gün yaxşı sözlər deyən dodaqlar gözəldir. İnsanlarda yalnız yaxşı keyfiyyətlər görən gözlər gözəldir. Öz yeməyini başqaları ilə bölənlərin daha yaxşı bədən forması olur. Hər gün uşağın saçlarını tumarlayan şəxsin öz saçları ipək kimi olur.
Əgər kömək əlinə ehtiyacın olsa bil ki, o əl səndə var: bu, sənin öz əlindir. Böyüdükdən sonra 2 əlinin olduğunu görəcəksən: bir əl özünə, digəri isə başqalarına yardım etmək üçün.
Göz yaşları gülüşdən daha çox güclüdür… Çünki biz hamı üçün gülə bilirik, lakin sevdiyimiz insanlar üçün ağlayırıq.
Həyatım nağıla bənzərdir. Həyatımda çətin anlar çox olub, lakin hər dəfə tunelin sonunda işıq üzü görmüşəm.
Vəhşi heyvanları sevməyin: onları nə qədər çox sevsəniz, onlar bir o qədər güclənəcək. Kifayət qədər güc topladıqdan sonra isə qaçacaqlar.
Qamətinizin düz qalması üçün özünüzdə elə bir təəssürat yaradın ki, sanki siz tənha deyilsiniz.
Qocalıq məni narahat etmir, daha çox tənhalıqdan qorxuram.
Elə bir dil yoxdur ki, mən onu asanlıqla danışa bilim. Bir dildən digərinə keçəndə yorğunluq hiss edirəm, çünki bu və ya digər dilə hələ də alışmamışam. Ona görə ki, mənim doğma dilim yoxdur. (Odri fransız, ingilis, ispan, italyan və holland dilini mükəmməl bilib — red.)
Anam deyərdi: “Pis olma, qızım. Sadəcə bununla barış”. Mən tez-tez depressiya keçirirəm və müəyyən vaxtlarda özümə nifrət edirəm. Mənim kök, hündür olduğum vaxtlar olub ki, özümü onda daha da çirkin hesab etmişəm. İnsanlarla isə asanlıqla ünsiyyət yarada bilmirəm...”
Odri Hepbern
Tərcümə: Nərmin