Bill Qeytsin ən qiymətli sərvəti

Bill Qeytsin ən qiymətli sərvəti

Lester kodeksi“Lester kodeksi” adını siz eşidəndə yəqin ki, cansıxan, darıxdırıcı bir hüquq kitabını təsəvvürünüzə gətirəcəksiniz. Əslində isə bu, planetimizin ən dəyərli əlyazmasıdır.

Ona görə ki, bu əlyazma Leonardo da Vinçinin şəxsi qeydlər dəftəridir. Dahi Leonardo XVI əsrdə Milanda yaşadığı dövrdə bu dəftərdə öz qeydlərini etmişdir. Dəftərdəki qeydlərində Leonardo dünyanın da insan orqanizmi kimi canlı bir orqanizm olduğunu qeyd edir və buna çoxlu dahiyanə misallar gətirir. Qeyd dəftərində  Leonardo dünyanın qanını – su, canını – torpaq,  ruhunu – hava kimi təsvir edir…

Bu dəftərdəki qeydlər yalnız  Leonardonun  fikir və baxışlarından, mülahizələrindən ibarət deyil. Dəftərdə — müxtəlif çertyojlar, şəkillər, dioqramlar, hətta təbiətdə olanların və baş verənlərin izahını verməyə çalışmışdır. Məsələn: suyun çayda axmasının, Ayın nə üçün gecələr işıq saçmasının və s. səbəbləri və izahını qeyd etmişdir. Dəftərin hər səhifəsinin sonunda alim özünün gündəlik fikirlərini də qeyd etmişdir. Bu dəftərin hər səhifəsinin sonundakı qeydləri oxuyan hər kəs, dahi alimin hər gün nə haqda fikirləşdiyinin şahidi ola bilər.

 Bu əlyazma (qeyd dəftəri) birbaşa Leonardo Da Vinçiyə məxsus olmasına baxmayaraq, “Lester kodeksi” adlandırılmışdır. Çünki bu dəftəri 1717-ci ildə qraf Lester almışdır və onun şərəfinə belə adlandırılmışdır. XX əsrin ikinci yarısında isə bu əlyazmanı  o zamanlar ən məşhur neft maqnatlarından olan Armand Hammer qrafın törəmələrindən çox baha qiymətə almışdır və əlyazma “Hammerin əlyazması” adlandırılmışdır.

1994-cü ildə isə bu sənət əsərini (yəni, L. Da Vinçinin qeydlər dəftərini) Hammerdən, məşhur milyarder Bill Qeyts satın alır. Bill Qeyts bu əlyazmanı satın aldıqdan sonra, onu “Bill Qeytsin kodeksi” adlandıra bilərdi. Amma o, alicənablıq göstərərək əlyazmaya öz tarixi adını qaytardı. Mikrosoftun sahibi sən demə, filantropiyapərəst imiş. Bill Qeyts bu sənət əsərini əldə etdikdən sonra onu dünyanın ən məşhur sərgi salonlarında və muzeylərində sərgiləmişdir.

 Ekspertlər bu antik əlyazmanın dəyərini 30 milyon dollar qiymətlərdirmişlər. Bu onu göstərir ki, hər şeyi qızıla çevirə bilən dahi Leonardo öz əlyazmasını da qızıla çevirmişdir.

Orucova Jalə
Mənbə:
azens.az 

Top