Çexiya Respublikası

Çexiya Respublikası

Çex Respublikası, Çexiya (çex. Česká republika, Česko) — Şərqi Avropada dövlət. 1 may 2004-cü ildən Avropa İttifaqının üzvüdür, Şengen zonasına daxildir. Ölkə tarixən 2 vilayətdən — Bohemiya və Moraviyadan ibarətdir. Sileziya torpaqlarının da bir hissəsi Çexiyanın ərazisinə düşür. Çex Respublikasının əhalisinin sayı 2010-cu ilin martın 31-nə olan məlumata əsasən 10 509 377 nəfərdir.Ölkənin paytaxtı Praqa şəhəridir. Praqa — 1 212 097 nəfər və Brno — 719 555 nəfər əhali ilə Çexiya Respublikasının ən böyük şəhərləridir.
Çexiyanın əsasını qoyan Çex və onun qızı Libuşenin nəslinin birbaşa davamçısı — çex hökmdarlarından biri, XIII əsrin sonlarında hökmdarlıq edən IV Karldır. Onun dövrünü Çexiyanın intibah dövrü hesab etmək olar. Karlın hökmdarlığı ərəfəsində müqəddəs Vita məbədi, Karlov körpüsü, saysız-hesabsız saraylar, qəsrlər tikilib. Məhz bu ərəfədə Çexiyada Avropanın ən yaşlı universitetlərindən biri açılır. Çexiya tarixində təbliğatçı və islahatçı Yan Qusun əməyi danılmazdır. O, katolik kilsəsinin ədalətsiz mövqeyini, kasıblara qarşı münasibətini açıq-aşkar göstərmişdir. Bu mövqeyinə görə, onu tonqalda yandırmışdılar.

Çexiyanın tarixi


Bohemiya bölgəsində yaşayan keltlər ölkənin tarixdə məlum olan ilk yerli əhalisidir. V əsrdə şərqdən slavyan qəbilələri gələrək Elba çayının vadisində yerləşmişlər. Altı əsr ərzində müntəzəm olaraq slavyan, alman və macarların işğallarına məruz qalmışdır. XIV əsrdə qurulan Alman İmperiyası uzun illər ölkəyə hakim olmuş, XVII əsrin əvvəllərində Avstriya-Macarıstan İmperiyasına məğlub olaraq bu torpaqları itirmişdir. Avstriya, Bohemya və Moraviyaya, Macarıstan isə Slovakiyaya hökm etməkdə idi. I Dünya müharibəsi nəticəsində Avstriya-Macarıstan İmperiyasının yıxılması ilə 1918-ci ilin oktyabrında Çexoslovakiya Respublikası adıyla müstəqilliklərini elan etdilər. Ölkədəki etnik qruplardan almanların qiyamları və Almaniyanın təzyiqi ilə Bohemya bölgəsi almanlara verildi (1938). Bir il sonra Hitlerin əmri ilə alman ordusu Çexoslovakiyanı işğal etdi.
İkinci Dünya Müharibəsi nəticəsində 1945-ci ildə ölkə bu səfər də Rusiya tərəfindən işğal edildi. Çexoslovakiyanın şərqdəki Rütenya əyalətini öz torpaqlarına qatan Rusiya, təzyiq nəticəsində Çək Kommunist Partiyasını iqtidara keçirərək sosialist bir rejim qurdurdu. Yeni rəhbərlik öz anlayışı gərəyi azadlıqları məhdudlaşdırdı. Azadlıq tərəfdarı olan kəsləri həbsxana və ağıl xəstəxanalarına dolduraraq ölkəni Rusiyanın peyki vəziyyətinə gətirdi. 1955-ci ildə Varşava Müqaviləsi Təşkilatı na daxil oldu. 1960 dan sonra əkinçilik kollektifleştirildi. Nəqliyyat ticarət və ağır sənaye dövlətləşdirildi. Mədəniyyət və dini inanclara təzyiq altına alındı. 1968-ci ildə Stalin tərəfdarlarının yerinə keçən Aleksandr Dubcek və Ludvik Suoboda ölkədə liberal bir siyasət izləyərək iqtisadiyyatda xaricə açılma istiqamətində müxtəlif islahatlar etdilər. Mətbuat və nəşr quruluşlarına azadlıq verildi. Kommunizmin diktatorluq rejimindən xilas olub insanca yaşamaq üçün səy sərf edən liderlər Rusiya idarəçiləri tərəfindən şiddətlə tənqid edildi. Çexoslovakiyadakı bu liberal islahatlar nəticəsində bir peykini itirmə qorxusu eşidən Rusiya ölkəni işğal etdi. Ölkələrə müstəqillik şüarları öyrədən Rusiya özünün etdiyi işğala qarşı gələn xalqı insafsızca tankların palitraları altında əzdi və ölkə idarəçilərini şiddətlə cəzalandırdı. Yüz minlərlə Çexoslovakiyalı, Rus zülmünə dözə bilməyərək Avstriya və Almaniyaya qaçdı.1989 da bütün şərq bloku ölkələrində olduğu kimi, Çexoslovakiyada da yumşalma siyasəti başladı. Çox partiyalı sistemə keçildi və 1990 da ilk sərbəst seçki kecirildi. Kommunistlər qazana bilmədilər. Milliyyətçi Partiyalar iqtidar oldular. 1992 İyununda Çexoslovakiyanı meydana gətirən Çex və Slovakiya respublikalarında ayrı-ayrı edilən seçkilərdən sonra iki respublikanın bir-birindən ayrılması gündəmə gəldi. Edilən görüşmələr nəticəsində 25 Noyabr 1992 günü edilən andlaşma ilə 31 dekabr 1992 tarixində iki respublika bir-birindən ayrıldı.

Çexiyanın iqlim və təbii ehtiyatları


Dənizdən uzaq Mərkəzi Avropa ölkəsi olan Çexiya, digər Mərkəzi Avropa ölkələrində olduğu kimi qışı sərt keçən quru iqlimə malikdir. Yayı sərin keçən ölkədə, illik orta temperatur ildən ilə fərqlənir. Qışda ölkədə hava hər zaman sıfır dərəcədən aşağı olur. İllik orta yağıntı bölgələrə görə 1000-1500 mm arasında dəyişir. Yüksəkliyi çox olmayan düzənlik bölgələrdə yağıntı miqdarı 1000 mm ətrafında olur, yüksək dağlıq ərazilərdə dağların yağış buludlarını tutması və sıxlaşdırıcılıq vəzifəsi görməsi, illik yağıntı miqdarının orta hesabla 1500 mm ətrafında olmasını təmin edir. Yağıntılar qışda ümumiyyətlə qar şəklində olur.
Çexiyanın 30%-i meşələrlə əhatələnmişdir. Xüsusilə Bohemya dağları və Karpatların yüksək bölgələrində iynəyarpaqlı meşə bölgələri, yüksəkliyi çox olmayan yerlərdə qayın, palıd və gürgen meşələri üstünlük təşkil edir. Meşəlik bölgələrdə yaşayan vəhşi heyvanlar — çöl donuzu, çöl pişiyi və dağ keçisidir. Yeraltı ehtiyatları məhduddur. Avropanın ən çox uran çıxaran ölkəsi olan Çexiyada kömür, stibium, maqnezit, civə, qrafit, kaolin və az miqdarda neft də çıxarılır. Çıxarılan uranın miqdarı, bu maddənin strateji əhəmiyyəti baxımından açıqlanmır.

Çexoslovakiya


II Dünya Müharibəsinin başa çatmasından sonra Sosialist blokuna qatılan Çexoslovakiya 1968-ci ildə Sovet qoşunlarının Praqa baharı adı ilə tarixə düşən, sosializmdən uzaqlaşma meyllərinin qarşısını hərbi müdaxilə yolu ilə almasından sonra 1990-cı ilə qədər kommunist rejimi ilə idarə olunmuşdur. Çexiya və Slovakiya Respublikası olmaqla iki federasiya subyektinin birləşməsindən yaranan Çexoslovakiya 350 üzvlü Federal Məclis tərəfindən idarə olunurdu. Federal Məclis bütün ölkədən seçilən 200 deputatlı Xalq Məclisindən və hər federasiya subyektindən 75 üzv olmaqla 150 deputatlı Millət Məclisindən ibarət idi. Dövlət başçısı, baş nazir və nazirlər Federal Məclis tərəfindən öz üzvləri arasından seçilirdi. 1989-cu ildə Şərqi Avropanın sosialist bloku ölkələrində baş qaldıran demokratikləşmə və çoxpartiyalı sistemə keçid, Çexiyada da müşahidə olundu. 1990-cı ildə ilk çoxpartiyalı seçkilər keçirildi. 1992-ci ilin iyununda Çexoslovakiyanı təşkil edən Çexiya və Slovakiya Respublikalarında ayrı-ayrı seçki keçirildi. Çexiyadakı seçkilərdə qalib gələn Vatslav Klaus baş nazir oldu. Bu seçkilərdən sonra aparılan danışıqlardan sonra 31 dekabr 1992-ci ildə iki respublika bir-birindən ayrıldı.

İqtisadiyyat


Çexiya sənayeyə arxalanan iqtisadiyyata malikdir. Sosializm idarəetmə üsulu zamanı torpaqlar dövlətinkiləşdirilərək kollektiv əkinçiliyə keçildi. Bu səmərəliliyi aşağı saldı və ölkə əvvəlkindən daha çox ərzaq məhsulu idxal etmək məcburiyyətində qaldı. Ən əhəmiyyətli əkinçilik məhsulları buğda, arpa, yulaf, çovdar, qarğıdalı, çuğundur, kartof və balqabaqdır. Heyvandarlıq geniş təşəkkül tapmışdır. Ən çox ev heyvanlarının yetişdirildiyi ölkədə böyük baş heyvanların sayı kiçik baş heyvanların sayından çoxdur. Meşələrdən əldə edilən məhsullar ehtiyacı ödəməklə yanaşı, ixrac da edilir. Yeraltı ehtiyatları ölkənin ehtiyacını ödəmədiyi üçün bu malları idxal etmək məcburiyyətindədir. Dəmir kondensatının əhəmiyyətli qisimini idxal etməsinə baxmayaraq dünyada polad istehsalında ilk on ölkə içinə girə bilməkdədir. Şərq bloku ölkələrin maşın, kimyəvi maddə, silah, tekstil məhsulu ehtiyaclarının böyük bir kımını Çex Respublikası qarşılamaqdadır.

Nəqliyyat


Çexiya inkişaf etmiş avtomobil və dəmir yolu şəbəkəsinə malikdir. Dəmiryollarının dörddə birində elektrikli qatarlar çalışmaqdadır. Praqa və ölkənin digər böyük şəhərləri hava nəqliyyatı ilə bir-birinə bağlıdır.

Köpüklü içkilər diyarı


Çexiyada pivə çəkmə sənəti geniş yayılıb. Çexlərdə pivə nəsilləri birləşdirən dəyər kimi qiymətləndirilir. Pivənin məşhur Budvar növü bir çox vitaminlərlə zəngindir. Bu pivənin suyu 300 metr dərinliyi olan artezian quyusundan çıxardılır. Çex pivəsinin dadından həzz almaq istəyirsiniszə xüsusi barlara gedin.
Top