Avqustun 1-dən müqəddəs Ramazan ayı başlayır. Qurani-Kərimin nazil olduğu Ramazanda bir əy müddətində oruc tutulur. Ramazan ayının orucu hər bir həddi-buluğa çatmış, xəstə olmayan müsəlman üçün vacib sayılır.
Oruc tutmağın həm də orqanizmə çox böyük faydası var. Xüsusilə son illər aparılan bir çox tədqiqatlarda canlıların uzunömürlülüyünün ən yaxşı metodlarından biri kimi kalorinin azaldılması göstərilir. Buna görə də kalorini azaltmaq birbaşa ömrümüzün uzanmasına xidmət edir və metobolik xəstəlikərə yaxlanmaq riskini azaldır. Unutmayaq ki, oruc tutmaq hər bir müsəlmanın borcu olmaqla yanaşı, sağlamlıq baxımından insanın gündəlik qəbul etdiyi kalori miqdarını azlatmağa xidmət etməlidir. Lakin təəssüf ki, çox vaxt bu belə olmur. Belə ki, səhər yuxudan durmağa tənbəllik edilir, iftarda isə həddindən çox qida qəbul edirik. Bu isə yolverilməzdir. Xüsusilə Ramazan ayı yay fəslinə təsadüf edirsə, daha diqqətli olmaq məsləhətdir. Çünki yayda günlər çox uzun və isti olduğundan lazım olan tədbirləri əvvəlcədən görməsək sağlamlığımızla bağlı ciddi problemlər yaşayaraq. Buna görə də Ramazan ayı başlamadan orucu daha sağlam tutmaq üçün mütəxəssislər orqanizmi hazırlamağı və qida təkibini aşağıdakı şəkildə dəyişməyi məsləhət görürlər:
- Hər gün səkkiz stəkan su içməyə çalışın. Suya təzə meyvə (çiyələk, alma, limon, nanə) dilimləri əlavə edərək də içə bilərsiniz. Suyu hər zaman görəbiləcəyiniz bir yerə qoyun ki, tez-tez yadınıza düşsün və orqanizminizi lazımi miqdarda maye ilə doyurun.
- Hər səhər mütləq yemək yeyin. Səhər yeməyində yağı az olan pendir, soyutma yumurta yeməyə və tərkibində suyun miqdarı çox olan tərəvəzlərə, məsələn, pomidor, bibər, xiyara üstünlük verməyə çalışın. Orucdan 1 həftə əvvəl bu rejimə keçsəniz Ramazan ayında tezdən durmağa çalışacaqsınız. Xüsusilə axşam yeməklərini oruca başlamazdan əvvəl az yeməyə çalışın. Axşam menyusunun şorba, tərəvəz yeməyi, qatıq və çörəkdən ibarət olması məsləhətdir. Ramazandan əvvəl axşam yeməklərinizi bu şəkildə yesəniz orqanizminiz belə qidaya öyrəşəcək və iftarda ağır yeməyəcəksiniz. Ətraflı: Ramazanda qidalanma
- Yatmazdan 3 saat əvvəl qida qəbulunu dayandırın. Buna əməl etsəniz, iftardan sonra da yemək vərdişiniz olmayacaq və daha rahat mədə ilə oruc tutacaqsınız.
- Çay və kofeni azaldın. Çünki çay və ya kofe orqanizmin suyunu azaldır.
- Hər gün 45-60 dəqiqə yerimək orqanizminizin müqavimətini artıracaq və özünüzü daha güclü və gümrah hiss edəcəksiniz. Ramazan ayında da hər gün piyada yol getməyə davam edin. İftardan 2 saat sonra ən azı yarım saatlıq gəzinti orqanizm üçün xeyirlidir. Sonda bildirmək istərdik ki, hələ bir neçə il isti yay günlərinə təsadüf edəcək Ramazan ayında hər bir müsəlmandan daha çox səbr və dözüm tələb olunur. Odur ki, bu sinaqdan uğurla çıxmağa çalışaq. Allah oruc və dualarınızı qəbul etsin!
Həmçinin bax: Ramazan ayı haqda bunu bilirsinizmi?
Mənbə: /İtv/