Lalə Dövrü — 1718-ci ildə imzalanan Pasarofça Müqaviləsi ilə başlayan və 1730-ci ildə çıxan Xəlil üsyanı nəticəsində Padşah III Əhməd'in taxtdan endirilməsiylə sona çatan dövrə verilən addır.
Türkiyə Tarixində 1718-1730 illəri arasındakı dövrə Dövlət adamları daxil, istanbulluların baxçalarında lalə yetişdirib zövq almalarından dolayı ve tarixçilər tərəfindən bu illərə " Lalə dövrü " deyilmişdir. Elə məhz bu dovrdə lalə çiçəyi dünyaya yayılır ve çiçəyin soğani 500 qızıla satılırdı. Bu dönəmin padşahı III Əhməd (III Ahmet) və Ibrahim Paşadır. Sultan III Əhməd, Topkapı Sarayı ilə Yeni Câmi'də kitabxana, Ayasofya'da Sultan Üçüncü Əhməd Çeşməsi ve İstanbulun su ehtiyacını qarşılamaq məqsədiylə də Dəryayi Sim adlı bir su bəndi inşa etdirmiştir. İllərlə sürən hərblər və üsyanlardan bezmiş olan əhali, andlaşmalardan sonra qorxu və təhlükələrdən uzaq bir həyat sürməyə başladı.
Xalqın büyük bir qismi pis vəziyyətdə ikən İstanbulda bəzı dövlət böyüklərinin rahat bir həyat sürdürmələri, əyləncəyə düşkünlükləri narahatlığa səbəb olurdu. İran savaşı sırasında Sultanın pul qarşılığı alınan qalaları satması şayiələri insanları daha da incidirdi. III Əhməd və İbrahim Paşa bir səfər hazırlamağa başladılar. Axşam olunca qayıqlarla saraya getdilər. Üsyanda İbrahim Paşa edam edildi ve yaxınları öldürüldü. Padşah III Əhməd taxtdan endirildi və yərinə I Mahmud gətirildi. Bununla da 1730-cu ildə Lalə Dövrü sona çatdı. Lalə baxçaları yandırıldı.
Lalə dövrü – tarixdə rahatlıq, sükut, sənətkarların, mədəniyyətin dövrü hesab olunur. Bu dövrdə, on altıncı əsrdən bəri İstanbulda və digər Osmanlı şəhərlərində ərəb, Erməni, İvrit, Rumca kitab nəşr edən mətbəələr ardından, Şeyh'ül-İslam Abdullah Əfəndinin əmri ilə Osmanlıca kitab nəşri də sərbəst oldu. Kağiz Fabriki yaradıldı. Mətbəədə yayımlanan kitabların idarəsi üçün də alimlər vəzifələndirildi.
Mənbə: Lalə dövrünün tarixi
Müəllif: Jalə Orucova, http://azens.az elektron ensiklopediyasının yaradıcısı və layihə rəhbəri