Qəribə müalicə üsulları

Qəribə müalicə üsulları

guluş də mualicədirİnsan yarandığı gündən etibarən ölümsüzlüyün yolunu və gənclik «eleksiri»nin repestini tapmağa çalışır. Sağlam yaşamaq və gənc qalamq üçün effektli müalicə üsulları axtarır.
Gənc və sağlam qalmaq həvəsi insanları qəribə və elmi cəhətdən təsdiq olunmamış təhlükəli addımlar atmağa sövq edir. Baxmayaraq ki, tibbdə və elmdə bəzi müalicə üsulları rədd edilir, dünyanın bir çox yerində hələ də istifadə edilir. 

Qurğuşun — Azərbaycanda və bir çox müsəlman ölkələrində qorxunu aradan qaldırmaq üçün qurğuşun əridilər. Bunun təkcə qorxunu deyil, bədəndə yığılan bütün stress və gərginliyi aradan qaldırdığdığına dair də inanclar olduqca yüksəkdir. 

Peruda hamilə qadın delfinlərlə müalicədən istifadə edir. Delfinlərin buraxdığı yüksək tezliklə səslər ana bətnindəki uşağın beyninə müsbət təsir göstərir.

Qanalma üçün zəli ilə müalicə üsulu 2500 ildir ki, istifadə olunur. Bu gün də zəli ilə müalicə geniş vüsət alıb. Zəlinin dişlədikdə bədənə buraxdığı kimyəvi maddələrin yaratdığı ağrıkəsicilik effekti bu müalicənin əsasını təşkil edir. Kliniki təcrübələr göstərir ki, zəli ilə müalicə artrit və digər xəstəliklərə effektli təsir göstərir.

Tibbi palçıq — Çilkadakı (Peru) minerallarla zəngin tibbi palçıq deyilənə görə, revmatizmadan tutmuş bir çox xəstəlikləri müalicə edir.

Arısancma müalicə üsulu Çində xalq təbabəti olaraq yaranıb və indiyə qədər bir çox xəstəliklərin (revmatizm, xroniki yorğunluq sindromu, fibromialgiya) müalicəsi üçün üçün alternativ üsul hesab olunur. 

Bankalarla müsəlman müalicə üsulu — “Hijama”nın əsasını qanalma və bankaqoyma təşkil edir. Bu müalicə üsulu Məhəmməd Peyğəmbərin vaxtından məlumdur və bir çox İslam ölkələrində xroniki xəstəliklərin, revmatizm, dəri və digər ciddi xəstəliklərin müalicəsində istifadə olunur.

Gülüş müalicəsi — həmçinin, “gülüş yoqası” kimi tanınan müalicə üsulu stressi azaldır, enerjini artırır. Xüsusilə, bu müalicə üsulu Hindistanda daha geniş yayılıb. 

Misirdə, Saxara səhrasında yerləşən klinika revmatizm xəstəliyi üçün ənənəvi müalicə üsulu təklif edir: bədənin aşağı hissəsinin isti quma basdırılması. Şəkildəki klinikanın pasienti müalicə zamanı üzünü günəşdən qoruması üçün çətirdən istifadə edir.

Sillə ilə müalicə — Taylandada masaj ilə məşğul olan bir qrup şillə vurmaqla qırışların müalicəsinin mümkün olduğunu iddia edir. Şillə müalicəsinin bir seansı 350 dollardır. Onlar üzə şillə vurmqla dərini masaj edir və dəridəki qan dövranı sürətlənir. Bu isə dərinin gənc qalmasına səbəb olur. Mütəxəssislər isə bu masajın qalıcı təsirə malik olmadığını deyib.
Top