Hamiləlik qadınları daha ağıllı edir.
Mayami Universitetinin alimlərinin apardıqları araşdırma bu fikirləri deməyə əsas verir. Araşdırmalar nəticəsində bəlli olub ki, uşaq dünyaya gətirmiş qadınlar digər qadınlara nisbətən daha çox informasiya yadda saxlaya bilirlər.
Hamiləlikdən sonra qadınların yaddaşının zəifləməsi barədə sözlər şayiədən başqa bir şey deyil.
Təcrübələrdə 10 aylıqdan tutmuş 2 yaşa qədər uşağı olan 35 nəfər qadın iştirak edib. Həmin qadınlara 10 saniyə ərzində üzərində simvollar olan şəkil göstərilib. Sonra qadınlardan xahiş olunub ki, yadda saxladıqları simvolları yazsınlar.
Sonra üzərində əvvəlki simvolların da yer aldığı başqa kağız göstərilib. Qadınlardan xahiş olunub ki, əvvəlki vərəqdə olan simvolları da desinlər. Qadınlar bu tapşırıqların öhdəsindən uğurla gəliblər.
Qeyd edək ki, hamiləlik dövründə qadınların orqanizmində bir sıra dəyişikliklər olur. Həmin vaxt baş beynin həcmi 5%-ə qədər azala bilər. Lakin doğuşdan 6 ay sonra hər şey dəyişir.