Hər birimiz yatanda müəyyən yuxular görürük. Bəzilərimiz hər gün, bəzilərimizsə nadir hallarda, amma mütləq nə zamansa yuxu görürük.Bəs yuxu haqqında hər şeyi bilirikmi? Yəqin ki, çoxunuz YOX deyəcəksiniz. O zaman yuxu ilə bağlı bəzi həqiqətləri diqqətinizə çatdırıram.
- Oyandıqdan 5 dəqiqə sonra yuxumuzun yarısını, 10 dəqiqə sonra isə 90 faizini unuduruq.
- Korlar da yuxu görürlər.
- Hər gecə 4-7 yuxu görürük.
- İfrat psixoloji gərginlik keçirənlərdən başqa hamı yuxu görür.
- Elə insanlar var ki, yuxu görmədiklərini düşünürlər. Buna səbəb onların yuxularını yadda saxlaya bilməmələridir.
- Ancaq gördüyümüz üzlər yuxumuza girə bilər. Hamımız həyatımız boyu minlərlə üz gördüyümüz üçün yuxuda da istənilən qədər üz görə bilərik.
- Hamı rəngli yuxu görə bilməz. Gözləri görən insanların 12 faizi yuxularını ağ-qara rəngdə görürlər.
- İnsanlar 1915-50-ci illərdə daha çox ağ-qara yuxular gördükləri halda, 50-ci illərdən sonra bu «tendensiya» dəyişməyə başladı. Mütəxəssislər bunun səbəbini rəngli televizorların istehsalı ilə əlaqələndirirlər.
- Yuxu simvolik xarakter daşıyır. Müəyyən bir əşya və hadisə barədə bəhs edən yuxu adətən birbaşa həmin əşya və ya hadisə ilə bağlı olmaya da bilər.
- Yuxuda ən çox hiss edilən hiss həyəcandır.
- Yuxular arasındakı fasilə orta hesabla 1-2 saatdır.
- Heyvanlar da yuxu görürlər.
- Yuxunun real həyatla əlaqəsi var. Belə ki, radioda musiqi səsləndirilərkən yuxuda konsertdə olduğunuzu görə bilərsiniz.
- Kişilər və qadınlar fərqli yuxular görürlər. Kişilər qadınlara nisbətən yuxularında daha aqressiv hisslər keçirirlər.
- Xoruldayarkən yuxu görmək mümkün deyil.
- Araşdırmalara görə, yuxuların 18-38 faizi gələcəklə bağlıdır.
- Ən uzun oyaq qalma rekordu 18 gün 21 saat 40 dəqiqədir.
- İnsanlar heyvanlarla müqayisədə 3 saat az yatırlar.
- Yuxu ilə bağlı bildiyimiz hər şey son 25 ilin nəticəsidir.
- Alma qəhvədən daha çox yuxusuzluq gətirir.