XIII əsrdə Cənubi Qafqazın başı üzərini iki böyük fəlakət almışdır ki, bunların hər ikisi monqol istilaların ilə bağlı idi. Monqolların Azərbaycana birinci (1220-1223) və ikinci (1228-1230) yürüşləri zamanı əhalinin sıx yaşadığı 7 Azərbaycan şəhəri – Marağa, Ərdəbil, Sərab, Beyləqan, Şamaxı, Gəncə və Şəmkir əsasən xarabalıqlara çevrilmişdi. Beyləqan şəhərinə elə amansız divan tutulmuşdu ki, şəhər bir daha özünü düzəldə bilməmişdi. İri şəhərlərdən yalnız Təbriz və Naxçıvan böyük xərac bahasına öz varlıqlarını qoruyub saxlaya bilmişdi.
Qızıl Orda xanları Azərbaycana 1262, 1265, 1290, 1318 və 1335-ci illərdə altı dəfə basqın etdilər. Müharibələr Azərbaycan torpağında getdiyindən, onun bütün ağırlığı xalqın üzərinə düşürdü. Qızıl Orda xanlarının basqınları həmişə məğlubiyyətlə qurtarsa da xalq kütlələrinin sosial-iqtisadi həyat şəraitinin daha da pisləşməsi ilə müşayət olunurdu. Ölkənin təsərrüfat həyatının dərin tənəzzül dövrünə daxil olması, sinfi mübarizənin kəskinləşməsi əlaməti kimi kəndlilər arasında sinifləri təşvişə salırdı. Yaranmış şəraitdə dövlətdə iqtisadi və siyasi islahatların həyata keçirilməsi son dərəcə vacib məsələ kimi ortaya çıxmışdı ki, həmin islahatlar Argün xanın oğlu Qazan xan (1295-1304) tərəfindən həyata keçirildi. XIII əsrin son rübündə başlanan feodal ara müharibələri Qazan xanın dövründə bir qədər zəifləsə də, XIV əsrin əvvəllərində Sultan Məhəmməd Xudabanənin (1304-1316) hakimiyyəti illərində yenidən güclənmişdi, (Qazan xanın vəsiyyətinə görə ölümündən sonra, qardaşı Olcaytu Məhəmməd Xudabənə adı ilə hakimiyyətə gəlmişdi) onun ölümündən sonra isə xeyli kəskinləşmişdi. Buna xeyli dərəcədə Əbu Səidin (13161335) azyaşlı olması (hakimiyyətə gələndə onun 12 yaşı var idi) və dövlət işlərinin suldusilərdən olan Əmir Çobanın əlində toplanması da səbəb olmuşdu. Müxtəlif feodal qrupları yaranmış vəziyyətdən istifadə edərək öz mövqeyini və siyasi qüdrətini yüksəltməyə, iqtisadi cəhətdən qüvvətlənərək Hülakülər dövlətinin təsirindən mümkün qədər daha çox uzaqlaşmağa can atırdılar. Bütün bunlar Hülakülər dövlətinin süqutunu şərtləndirirdi. Akademik Ə.Ə.ƏlizadəƏbu Səid hakimiyyətindən başlayaraq Hülakülər dövlətinin iqtisadi və siyasi tənəzzül dövrü keçirdiyini qeyd edərək yazırdı ki, köçəri aristokratiya arasında gedən müharibələr və daimi düşmənçilik Elxanilər dövlətinin əsasını daha da sarsıdır, onun siyasi birliyini qırır, ölkənin iqtisadiyyatına mənfi təsir göstərirdi. Müxtəlif vilayətlərin iqtisadi, etnik və mədəni cəhətdən əlaqəsizliyi, əmtəə istehsalının rolunun azalması və natural-təsərrüfat ənənəsinin üstün mövqe tutması, feodal pərakəndliyinin inkişafı və bununla əlaqədar olaraq Elxanilərin mərkəzi hakimiyyətinin zəiflətməsi - bütün bunlar birlikdə Hülakülər dövlətinin tənəzzülü hazırlayırdı. Hülakülər dövləti daxilində şiddətlələn feodal ara müharibələrində fəal iştirak edən Şeyx Həsən Çobani öz rəqiblərinə qalib gəldikdən sonra 1338-ci ildə Elxanilərin başəmiri oldu. Lakin onun əmirliyi uzun sürmədi, belə ki, 1343-cü il dekabrın 16-da öz arvadı İzzət Mələk tərəfindən öldürüldü. Onun ölümündən sonra hakimiyyəti qardaşı Məlik Əşrəf Çobanini (1344-1357) əlinə keçdi. Məlik Əşrəf rəqibləri Suğran və Yağı Basdı Manini aradan götürdükdən sonra Elxanilər dövlətinin idarəsini öz əlinə aldı. Teymurləngin Cənubi Qafqaza hücumu ərəfəsində Şirvanşahlar dövləti də ağır vəziyyətdə idi. Belə ki, Şirvanşahlar dövlətinin ərazilərini zəbt etmək istəyən Məlik Əşrəf 1345-1350-ci ilərdə dəfələrlə fitnəkarlığa əl atmışdı. Lakin Şirvanşahlar Arran və Qarabağ feodallarının, habelə Qızıl Orda qüvvələrinin yardımı ilə Çobanilərin hücümlarını dəf edə bilirdilər. Lakin 1348-ci ilin sonlarında Mlik Əşrəfin Qarabağdan Şirvana etdiyi yürüş gözlənilməz olduğu üçün Şirvanşah Kavus və atası Keyqubad müdafiəni təşkil edə bilmədikləri üçün Gülüstan qalasına çəkilməli olurlar. Çobani qoşunu ölkəni qarət edib dağıtsa da burada möhkəmlənə bilməyib geri çəkilməli olur. Hülakülər imperiyası parçalandıqdan sonra meydana gələn dövlətlərdən yalnız Şivanşahlar öz müstəqilliyini qoruyub saxlamağa müvəffəq olmuşdu. Şirvanşahlar dövləti Kür çayı sahillərindən Dərbəndə qədər olan əraziləri əhatə edirdi. Buraya Salyan, Şəki, Bakı, Quba, Dərbənd, Təbəristan, Kürə, Samur nahiyyəsi və İşsunun aşağı hissəsi daxil idi. Şirvanşahlar Hülakülər dövlətinin tənəzzülə başladığı dövrdən iqtisadi cəhətdən güclənələrk siyasi müstəqillik uğrunda mübarizə aparırdılar. Həmin mubarizə nəticəsindəŞirvanşahlar 1338-ci ildə müstəqillik qazandılar, lakin 1348-ci ildə Məlik Əşrəfin Şirvana hücumu nəticəsində ehtimali ki, Şirvanşahlar Elxanilərdən formal asılılığı qəbul etdilər. Şirvanşahlar –Kəsranilər sülaləsinin (1027-1382) son nümayəndəsi olan Huşəngin hakimiyyəti illərində ölkədə vəziyyət daha da pisləşdi. Sinfi ziddiyətlərin kəskinləşməsi, feodal ara müharibələri, iqtisadi pozğunluq, bir tərəfdən də Huşəngin qəddarlığı 1382-ci ildəŞirvanda güclü xalq hərəkatına səbəb oldu və Huşəngin öldrülməsi ilə başa çatdı. Bütün XIII əsr boyu gürcü çarı IV Qurucu Davidin xələfləri monqol istilasına, feodal ara müharibələrinə qarşı barışmaz mübarizə aparmışdı. Çariça Tamaranın (1184-1213) və onun varislərindən olan çariça Rüsudanın (1222-1245) hakimiyyəti illərində Gürcüstan əvvəlcə çiçəklənmiş, sonra isə monqolların istilası nəticəsində xarabazara çevrilmişdi. Azərbaycan və Gürcüstandan fərqli olaraq XIII-XIV əsrlərdə Ermənistanda feodal pərakəndliyi hökm sürürdü. Baqratilər sülaləsinin süqutundan sonra yaranmış yarımmüstəqil Vaspurakin, Taşir-Dzorakert, Taron və s. knyazlıqlar ölkəni birləşdirmək iqtidarında deyildi. XII əsrin sonu XIII əsrin əvvəllərində erməni knyazlıqlarının bir qismi gürcü çarlığına birləşdirilmişdi. Müəllif: A.N.Abbasbəyli, S.Z.Yusifzadə
XIII əsrin ikinci yarısında Azərbaycanın başı üzərini yeni fəlakət aldı. Belə ki, Çingiz xanın nəvəsi Hülakü xan 1254-cü ildə 120 minlik böyük bir ordu iləİrana və Cənubi Qafqaza doğru hərəkətə başladı. 12551256-cı illərdə bütün İran və Azərbaycan, az sonra Ön Asiya başdan-başa Hülakü xanın hakimiyyəti altına keçdi. 1258-ci ilin fevralında Hülakü xan və onun sərkərdəsi Bacu Bağdadı aldılar, şəhər 40 gün qarət olundu və xarabazara çevrildi. Beləliklə, Abbasilər sülaləsinin 508 ildən yuxarı davam edən hakimiyyətinə (750-1258) son qoyuldu.
Elxanilər dövlətinin yaranmasından Qızıl Orda Azərbaycan və Gürcüstandan keçən ticarət yollarından, habelə otlaqlardan sərbəst şəkildə istifadə edirdi. Lakin Elxanilər dövləti yarandıqdan sonra Azərbaycan hülakülərlə qızıl Orda arasında döyüş meydanına çevrildi.
Elxanilər dövləti çox keçmədən feodal zədəganları arasında gedən şiddətli mübarizə meydanına çevrilir. Hülakü xanın ölümündən sonra köçəri feodalar, maliyyə məmurları arasında başlanan daxili çəkişmələr getdikcə güclənir. Əgər hülakülər dövlətinin meydana çıxdığı ilk vaxtlarda köçəri feodallar arasında bir sıra məsələlrdə mənafe ümumiliyi mövcud idisə, Abağa xanın (1265-1282), Əhməd xanın (1282-1284), Argün xanın (12841291) və Keyxatu xanın 91291-1295) hakimiyyətinin sonlarında şahzadələrin və əmirlərin bir hissəsi onlara tapşırılan ərazidə öz mövqelərini və təsirlərini möhkəmlədə bildikdən sonra əvvəlki birlikdən əsər əlamət qalmamışdı. Artıq əmirlər bir-biri ilə düşmənçilik edən ayrı-ayrı qruplarda birləşir və hakimiyyət uğrunda mübarizə aparırdılar. Həmin mübarizənin başlıca səbəbləri içərisində əyanların əlində böyük torpaq sahələrinin toplanması, həmin torpaqlardan gələn gəlirlər və həmçinin əhalinin amansız istismarı nəticəsindəəldə olunan mədaxil hesabına iri feodalların iqtisadi və siyasi qüdrətinin artması da olmuşdur.
İran tarixiçisi Həmdullah Qəzvinin verdiyi məlumata görə XIV əsrdə Azərbaycanın cənub hissəsində Hülakülərin aldığı verginin miqdarı 210 tümənə (bir tümən 10 min dinara bərabərdir), Azərbaycanın şimal vilayətlərində isə 54 tümənə çatırdı.
Mənbələr XIII əsrin sonlarında 40-dək vergi və rüsumun olduğunu xəbər verir.1 Xüsusilə ağır olan torpaq vergisi-xərac kəndlinin əldə etdiyi məhsulun 70 faizə qədərini təşkil edirdi. Vergini verə bilməyən sənətkar və kəndlilər yaşadıqları yeri tərk edib gedirdilər. XIII əsrə dair salnamələrdən birində deyilirdi ki, suiistifadə və talançılıq nəticəsində rəiyyətin əksəriyyəti öz vətənini tərk edir və yad ölkələrdə yaşamağa başlayırdı. Şəhər və kəndlər isə bomboş qalırdı. Qaqçınlar silahlı dəstələr təşkil edir və istilaçılara qarşı partizan müharibəsi aparırdılar.
Qazan xan XIV əsrin əvvəllərində -1303-cü ildə torpaq sahibkarlığın, kəndlilərin vəziyyəti, vergi sistemi, çəki, ölçü, pul vahidi sistemi, islam dini sahəsində islahatlar keçirdi. İslahata qədər yerli əyanların torpaqların daima, həm də geniş miqdarda zəbt edilərək köçəri feodallar arasında bölüşdürüldü. İslahatdan sonra torpaq siyasəti divan torpaqlarından əkin sahələrini iri iqta hüququ əsasında paylanması ilə səciyyələnirdi. Qazan xan nəinki sərkərdələrə, həm də bütün qoşun hissələrinə iqta bağışlayırdı. İqta sahibləri dövlətə vergi vermədən azad idilər, xəzinəyə 50 Təbriz manı miqdarında bəxşiş verirdilər.
Qazan xan kəndlilərin kütləvi qaçqınlığına son qoymaq üçün onları torpağa təhkim etmək haqqında fərman verdi. Fərmana görə, keçən 30 il müddətində öz iqtidarlarını qoyub gedən kəndlilər axtarılıb tapılaraq öz əvvəlki yerinə qaytarılmalı idi. Qaçqın kəndliləri qəbul etməyə və gizlətməyə icazə verilmirdi.
İslahat vergi sistemində də qayda yaratdı, onun toplanılmasının icarəyə verilməsi məhdudlaşdırıldı. Verginin toplanması üçün vaxt məhdudiyyəti qoyulurdu.
Qazan xan monqol feodallarının ilk nümayəndəsi idi ki, islam dinini rəsmi şəkildə qəbul edərək onu dövlət dininiə çevirmişdi. İslam dini qəbul edilərkən hülakülər dövlətinin torpaqlarından bütün bütpərəst məbədləri uçurulub yerlə yeksan edilmişdi. Qazan xan bu addımı atmaqla islam ruhanilərini və yerli islam feodallarını öz tərəfində çəkməyə müvəffəq olmuşdu.
Mərkəzləşmiş dövlət aparatını gücləndirmək məqsədilə həyata keçirilmiş islahatlar imperiyanın məhvini aradan qaldıra bilmədisə də, onun süqutunu 20-30 il geçikdirdi.
İslahatlar ölkənin iqtisadi həyatında dirçəliş yaratdı, daxili və xarici ticarətin inkişaf sürətləndi. Hülakülərin paytaxtı istisna olmaqla qalan şəhərlərin dirçəlişi çox ləng gedirdi. Avropa və Asiyanın bir sıra ölkələrindən: şimaldan Dərbənddən keçərək, Uzaq Şərqdən, Orta Asiyadan, Hindistan vəİraqdan gəlib Təbrizə qovuşan tranzit karvan yolları Avropa ilə Asiyanı birləşdirirdi. Qərblə Şərq arasında ticarətdə vasitəçilik edən Venetsiya və Genuya tacirləri də tez-tez Azərbaycana gəlirdilər.
Məhəmməd Xudabəndinin vəsiyyətinə görə, baş sərkərd əƏmir Çoban Əbu Səidin qəyyumu təyin edilmişdi. Əmir Çoban Əbu Səidə sədaqət andına axıradək sadiq qalmış, Elxanilər dövlətini daxili və xarici müdaxilədən məharətlə qorumuşdu. Əmir Çobanın və onun dörd oğlunun artmaqda olan nüfuzu yetkinlik yaşına çatmış Əbu Səidi olduqca narahat edirdi. 1328-ci ildə saray intriqası nəticəsində Əmir Çoban və oğlanları Əbu Səid tərəfindən öldürüldü, 1335-ci ildə isə Qızıl Orda qoşunlarının Azərbaycana hücumu zamanı Sultan Əbu Səid arvadı Bağdad xatun (Bağdad xatun Əmir Çobanın qızı idi, Əbu Səidi öldürməklə atasının və qardaşlarının intiqamını aldı) tərəfindən zəhərləndi. Əbu Səidin ölümündən sonra XIV əsrin 30-cu illərinin sonlarında Elxanilər dövləti iki hissəyə parçalandı: Azərbaycanda Təbriz şəhəri paytaxt olmaqla Çobanilər, Ərəb İraqında isə paytaxtı Bağdad olmaqla Cəlairlər dövlətləri meydana gəldi. Çobanilər dövlətinə Əmir Çobanın nəvəsi Həsən Kiçik (Əmir Şeyx Həsən Çobani), Cəlairlər dövlətinə isə Baydu xanın nəslindən Musa padşah başçılıq edirdi, az sonra o Şeyx Sənan İlkani (Cəlairi) tərəfindən taxtdan salındı.
İbn Bəttutə, Hafiz Əbru və başqalarının yazdığına görə, Çobanilərin nüfuz dairəsinə Azərbaycan, İraqiƏcəm, Həmədan, Qum, Kaşan, Rey, Vəramin, Furğan, Gürcüstan vilayətləri və Ermənistanın böyük bir qismi daxil idi.
Çobanilərin hakimiyyət dövründə (1338-1357) Elxanilərin dövlət quruluşunda heç bir dəyişiklik baş vermədi. Əvvəllər olduğu kimi, Hülakülər nəslindən olan padşahlar bişçılıq edirdi. Şeyx Həsən və qardaşı Məlik Əşrəf növbə ilə Satibəy xatunu, Süleyman xanı, Ənuşirəvan –Adili Elxani taxtına oturtmuş, onların adına pul zərb etdirmişdilər.
Çobani feodallarının özbaşınalığının həddi-hüdudu yox idi. Həmdullah Qəzvini yazırdı ki, Məlik Əşrəf son dərəcə xəsis, qaniçən, hiyləgər və zalım şəxs idi. O, 13 illik hakimiyyəti dövründə keçirdiyi saysız-hesabsız müsadirələr, toplanan vergilər hesabına Azərbaycanda 17 xəzinə yaratmışdı. Təbrizdən qaçdığı zaman həmin xəzinənin bir hissəsini aparmaq üçün ona min dəvə və dörd yüz qatır lazım olmuşdu.
Yaranmış şəraitdə Məlik Əşrəfin zülmündən cana doymuş sənətkarlar, kiçik feodal və ruhanilər Şirvanşahlar dövlətinə gəlirdilər. Belə qaçqınlardan biri də Qazi Mahiyyəddin Bərdən idi. O, Şirvanşah Kavusla razılığa gəldikdən sonra Qızıl Orda dövlətinə gedərək Cani bəylə görüşərək Azərbaycandakı vəziyyəti ona bildirir. 1357-ci ildə Cani bəy 100 minlik hərbi qüvvə ilə Təbrizə yaxınlaşır və Məlik Əşrəfin 17-18 minlik hərbi qüvvəsini pərən-pərən salır. Məlik Əşrəf xəzinəsini və ailə üzvlərini Mərəndə göndərərək Təbrizin müdafiəsini təşkil etmək istəyirsə də, müvəffəq olmur. Qoşun hissələri, bütün yaxın adamları, hətta anası da onu tərk edir.
Məlik Əşrəf Təbrizdən Xoy şəhərinə gedərkən Şeyx Məhəmməd Balıqçının evində gecələyir. Şeyx Məlik Əşrəfi tanıyır və onu Canı bəyə təslim edir. Məlik Əşrəf Şirvanşah Kavusun təkidi ilə Təbrizdə edam edilir və bununla da Elxanilər dövlətinin varlığına son qoyulur. Canı bəy Təbrizi tərk etdikdən az sonra Azərbaycan Cəlairlərin istilasına məruz qaldı. Qeyd edildiyi kimi, Cəlairilər dövlətinin əsasını Şeyx Həsən İlkani (Cəlairi) qoymuşdu. Cəlairilər dövləti 1340-1411-ci illər arasında mövcud olmuşdur.
Şeyx Həsən Cəlairinin ölümündən sonra Şeyx Üveys (1341-1374) Cəlairi səltənətinə sahib oldu. Canı bəy Təbrizi tərk etdikdən sonra Azərbaycanda daxili və xarici vəziyyətli gərginliyindən istifadə edən ŞeyxÜveys 1359-cu ildə Təbrizi ələ keçirərək Cəlairilərin hakimiyyətini Azərbaycana da yaydı. Cəlairilərin hakimiyyəti illərində feodal ara müharibələrinə son qoyuldu, mərkəzi hakimiyyəti gücləndi, ölkənin təsərrüfat hayatında canlanma yarandı.
Şeyx Üveysin oğlu Sultan Hüseynin hakimiyyəti illərində (1374-1382) Mərkəzi dövlət hakimiyyəti yenidən zəiflədi ki, Teymurləngin yürüşləri ərəfəsində bu olduqca ağır nəticələr verə bilərdi. Lakin onun qardaşı Sultan Əhmədin Təbriz şəhərini əlinə keçirərək hakimiyyətə yiyələnməsi (o, fasilələrlə 1382-1410-cu illər arasında hakimiyyətdə olmuşdu) hərc-mərcliyi aradan qaldırdı. Azərbaycanın bütün vilayətləri yenidən (Şirvan istisna olmaqla) Cəlairilər dövlətinin tərkibinə qatıldı.
Tədqiqatçılar Sultan Əhmədin hakimiyyəti illərinin XIV əsrin ən çətin dövrlərindən, ölkənin daxili və xarici həyatında çoxlu mühüm və nəhəng hadisələrlə dolu olan dövrlərdən biri kimi səciyyələndirirdilər. Azərbacyanın strateji mövqeyi, ölkənin təbii coğrafi şəraiti, yeraltı və yerüstü zənginlikləri, feodal ara müharibələri nəticəsində zəifliyi Qızıl Orda xanlarının Azərbacyana yürüşə həvəsləndirirdi. 1386-cı ilin əvvəllərində Qızıl Orda xanı Toxtamış (1367-1395) 90 minlik ordu ilə Dərbənd keçidindən Azərbaycana yürüş etdi. Şirvanşah I İbrahim monqollarla döyüşdə məğlub olaraq geri çəkildi. Qızıl Orda qoşunları Təbrizi mühasirəyə aldılar. H.Qəzvinin yazırdı ki, təbrizlilər öz küçə və məhəllələrinin yolunu ağaclarla kəsdilər və mövqelərini möhkəmlətdilər. Toxtamışın qoşunları 8 gün şəhərin ətrafında dövrə vurdular, lakin şəhərə daxil olmağa imkan tapa bilmədilər. Belə olduqda o hiyləyəəl atdı. 250 tümən qızıl pul aldıqdan sonra mühasirədən əl çəkəcəyinə söz verdi. Lakin vədini xaincəsinə pozaraq şəhərə soxuldu və Təbriz on gün qəraət edildi. Naxçıvan, Marağa və Mərənd şəhərləri də monqol-tatarlar tərəfindən talandı. Müasirlərinin dediyinə görə istilaçılar Azərbaycandan 200 minədək adamı qul edib aparmışdılar. Beləliklə, Teymurləngin işğalları ərəfəsində feodal ara müharibələri nəticəsində iqtidardan salınmış Azərbaycan torpaqları demək olar ki, müdafiəsiz qalmışdı.
1358-1368-ci illər arasında Şirvanşahlar yenidən müstəqilləşdilər. 1369-cu ildə Sultan Üveys Cəlairinin Bayram bəyin başçılığı altında göndərdiyi Cəlairi qoşunları Şirvanşah Kavusu əsir toplayaraq Bağdada göndərir. O üç ay Bağdadda qaldıqdan və Sultan Üveysin hakimiyyətini qəbul etdikdən sonra yenidən Şirvana qayıtdılar. 1373-cü ildə Kavusun ölümündən sonra onun Sultan Üveysin yanında girov olan oğlu Huşən Şirvanşahlar taxtına çıxarılır (1373-1382).
Şirvan feodalları Huşəngin əmisi oğlu Məzdədilər sülaləsindən olan yoxsullaşmışəyan İbrahim Dərbəndini hakimiyyət başına gətirdilər (1382-1417). I İbrahimləŞirvan taxtında Dərbəndilər sülaləsinin (13821538) hakimiyyəti başlayır.
I İbrahim uzaqgörən dövlət xadimi və bacarıqlı diplomat idi. Onun hakimiyyəti illərindəŞirvanşahlar dövlətində feodal ara müharibələrinə son qoyuldu. Şirvanın daxili müstəqilliyi saxlandı. I İbrahim sənətkarlığı, ticarəti və elmi himayə edirdi. Beləliklə, Teymuri işğalları ərəfəsində qədim Azərbaycan torpaqlarından yalnız Şirvanşahlar dövlətində iqtisadi və siyasi sabitlik təmin edilmiş oldu. I İbrahimin uzaqgörən siyasəti nəticəsində Şirvan torpağı Teymurləngin dağıdıcı yürüşlərindən xilas oldu.
Teymuri qoşunlarının hüquqi ərəfəsində Gürcüstan və Ermənistanda da sosial-siyasi vəziyyət mürəkkəb olaraq qalırdı.
1221-ci ilin əvvəllərində monqollar Təbrizdən xərac aldıqdan sonra Muğana doğru hərəkət edərkən gürcü qoşunu ilə rastaşdılar və on mindən yuxarı gürcü əsgərini qıraraq qalanların pərən-pərən saldılar. Monqollar Muğanda orakən gürcü çarı IV Georgi Laşan Atabəy Özbəklə birlikdə monqolların üzərinə qəfləğən hücum etmək üçün gizli ittifaq bağladı. Lakin bundan xəbərdar olan Atabəy Özbəyin Arandakı hakimi Nəsrəddin Aquş monqolların tərəfindən keçərək həmin sirri onlara bildirdi. Vaxtında xəbərdar edlmiş Cebə Bahadır sürətlə Gürcüstana irəliləyərək feodal knyazlarına amansız divan tutdular. Ölkə başdan-başa qarət edildi, Tiflis şəhərinə isə amasız divan tutuldu.
1245-ci ildə Qərbi Gürcüstana qaçmış çariça Rüsudan monqolların hakimiyytini qəbul etməyə məcbur oldu. Gürcü çarları monqol xanı tərəfindən təyin olunmalı, 1246-cü ildən etibarən kişi əhalinin 20% -i monqol yürüşlərində iştirak etməli idi.
Qeyd edildiyi kimi Gürcüstan Hülakülər imperiyasının tərkibinə daxil edildikdən sonra 1257-ci ildə burada əhalinin siyahıya alınması keçirildi. Məqsəd vergi sisteminin qaydaya salmaq idi. Gürcüstanın ərazisi 8 tümənə bölündü, tümənlərin idarə işləri bütünlükdə monqol nümayənədələrinə həvalə edildi.
XVIII əsrin 60-cı illərindən etibarən gürcü xalqlının monqol- işğallarına qarşı mübarizəsi yeni vüsət aldı. 1259-cu ildə Davud Narinin başçılığı altında (o, çariça Rüsudanın oğlu idi) güclü üsyan baş verdi. Hülakü xanın əmri ilə Argün xan böyük qoşunla yenidən Gürcüstanı xarabazara çevirdi. Davud Narinin Qərbi Gürcüstanda gizlənməkdən başqa çarəsi qalmadı.
1260-cı ildə Hülakü xanın fərmanı ilə Gürcü çarı V Davud Ulu öz ordusunun başında Misirə hücum etməli idi. V Davud bundan boyun qaçırdıqda Argün xan yenidən Gürcüstana yürüş təşkil etdi, Qori yaxınlığında gürcü qoşunları ağır məğlubiyyətə uğradılar və Argün xan Cənubi Gürcüstanı işğal edərək viran qoydu.
Gürcü çarı II Demetre (1270-1289) 1288-ci ildə Argün xanı ortadan götürmək üçün qəsd hazırladı. Lakin qəsdin üstü açıldı və II Demetre Ordaya çağırıldı. Tərəfdarları onu Ordaya getməkdən daşındırmağa çalışsalar da müvəffəq olmadılar, çünki II Demetre yaxşı bilirdi ki, əgər Ordaya getməsə Gürcüstan monqollar tərəfindən təkrar yandırılacaqdır. 1289-cu ildə Ordaya gedən II Demetre orada öldürüldü. Özünü bilərəkdən qurban verdiyi üçün adı tarixdə «Tavdadebuli» kimi qaldı.
1297-ci ildə Demitrenin oğlu II Davud monqollara qarşı üsyan qaldıraraq dağlara çəkildi. Üsyan bir neçə il davam etdi və monqol istilaçılarına ağır zərbələr vurulsa da, Gürcüstan özü də var-yoxdan çıxdı. Müasirləri yazırdı ki, Kartli başdan başa xarabazara çevrilmişdi.
XIV əsrin əvvəllərində Gürcüstanda monqol ağalığı xeyli zəiflədi. Monqollar yalnız sərhəddə 10 min nəfərlik hərbi qüvvə saxlayırdılar. V Əzəmətli Georginin hakimiyyəti illəri (1314-1346) Gürcüstan üçün olduqca uğurlu olmuşdu. Monqol vəziri ilə dostluq edən V Georgi ölkəyə monqol yürüşlərinə son qoymuş XVI əsrin 20-ci illərindən etibarən Gürcüstanın birləşdirilməsinə başlanmışdı. 1327-ci ildəİmeretiya, 1334-cü ildə Samexin, sonralar Kaxeti Tao-Klarceti və s. torpaqlar onun hakimiyyəti altında birləşdirilmişdi.
XIV əsrin ortalarında Elxanilər dövlətinin süqutundan sonra Gürcüstan istila boyunduruğundan xilas olaraq tam müstəqilləşdi. Lakin V Georginin ölümündən sonra mərkəzi hakimiyyətin zəifləməsi feodal pərakəndliyini yenidən gücləndi.
XII əsrin 30-40-cı illərindən etibarən Ermənistan monqol ulusları arasında mübarizə meydanına çevrilmişdi. 1236-cı ildə Ermənistanın şərq torpaqları, 1242-1243-cü illərdə isə cənubi və qərb hissələri monqollar tərəfindən işğal olundu.1
Ermənistan Elxanilər dövlətinin tərkibinə qatıldıqdan sonra burada ayrı-ayrı knyazlıqların da müstəqilliyinə son qoyuldu. Teymurləngin istilaları ərəfəsində erməni əhalisini miqrasiyası geniş yayılmışdı, bu bir tərəfdən bütün orta əsrlər boyu ermənilərin ticarətlə bağlı oluqdarı və buna görə də beynəlxalq karvan yollarının kəsişdiyi yerlərdə məskunlaşması ilə bağlı idisə, (sonradan həmin yer «qədim erməni torpağıdır» demək üçün), digər tərəfdən isə kiçik erməni knyazlıqlarının vahid dövlətdə birləşə bilməsindən irəli gəlirdi.
Beləliklə, Teymurləngin işğalları ərəfəsində Cənubi Qafqazda davam edən feodal pərakəndliyi, ara müharibələri, habelə monqolların istilaları nəticəsində ölkənin var-yoxdan çıxarılması teymuri ordularının müzəffər yürüşü üçün əlverişli zəmin yaratmışdı.
Mənbə: BEYNƏLXALQ MÜNASİBƏTLƏR TARİXİ (ən qədim dövrlərdən XIX yüzilliyin 70-ci illərinin sonuna qədər) dərsliyi,Bakı 2009