Böyük coğrafi kəşflər və müstəmləkəçilik erasının başlanması

Böyük coğrafi kəşflər və müstəmləkəçilik erasının başlanması

Böyük coğrafi kəşflərin səbəbləri aşağıdakılardır:
  1. Avropada əmtəə istehsalı çoxaldı, ticarət inkişaf etdi, pula tələbat artdı, əmtəəni satmaq üçün bazar lazım idi.
  2. Feodalların və şəhərlilərin qızıla hərisliyi artmışdı. XV əsrdə avropalılar qızıl əldə etmək üçün uzaq ölkələrə səfərə çıxırdılar.
  3. Çin və Hindistanla ticarət əvvəllər ərəblərin, sonralar isə osmanlıların əlinə keçdi. Kiçik Asiya və Suriyadan keçən ticarət yollarına türklər yiyələnmişdilər. Gömrük haqqı o qədər yüksək idi ki, tacirlər bu yolla ticarət aparmırdılar.
  4. Avropalılar şərqə birbaşa ticarət etmək, ticarətdən gələn böyük gəlirə sahib olmaq istəyirdilər. Bu səbəbdən avropalılar Hindistana dəniz yolları axtarmağa başladılar.
  5. Dəniz cihazlarından, kompasdan istifadə, karavella gəmilərinin düzəldilməsi avropalıların uzaq dəniz səyahətlərinə çıxmasına imkan verdi.

Hindistana gedən dəniz yollarının kəşfi


XV əsrin əvvəlindən başlayaraq Portuqaliya kralları Atlantik okeanına və Afrikanın qərb sahillərinə ardıcıl gəmilər göndərdi. Bu gəmilər Afrikanın qərb sahilləri ilə üzürdü. 1441-ci ildə portuqaliyalılar ilk dəfə kölə alverinə başladılar. Onlar yerli əhaliyə şüşə parçaları, kiçik güzgü verir, yerinə qızıl tozu, fil sümüyü alırdılar. Qızıl sahili, Fil dişi sahili, Kölə sahili adı buradan yaranmışdı.
böyük coğrafi kəşflərBartalomey Diaş (1487-1488)öz ekspedisiyası ilə Afrikanın qərb sahili boyu üzüb, qitənin cənub qurtaracağından keçərək Hind okeanına çıxdı. Lakin yolun çətinliyi və uzunluğu dənizçiləri yorduğuna görə onlar geri qayıtdılar. Afrikanın cənub burnunu Ümid burnu adlandırdılar (indi İynə burnu adlanır).
Portuqaliya kralı Hindistana dəniz yolunu kəşf etmək üçün 1497- ci ildə Vasko da Qamanınbaşçılığı ilə ekspedisiya göndərdi. Vasko da Qama ərəb İbn Məcidin köməyi ilə Hindistanın Kəlküttə (Kalikut) şəhərinə gəlib çıxdı və Hindistanı kəşf etdi.
Hindistanla ticarəti öz əllərində saxlayan, portuqaliyalıların bura gəlişindən narahat olan ərəb tacirlərinin məsləhəti ilə racə sahilə çıxan portuqaliyalıları həbs etdi. Buna cavab olaraq, Vasko da Qama gəmiyə baxmağa gələn hind əyanlarını buraxmadı.
Racənin əyanlar üçün göndərdiyi qayığı portuqaliyalılar atəşə tutdu. Vasko da Qama çoxlu ədviyyat aldı və Avropaya qayıtdı. Portuqaliyalılar ekspedisiyaya çəkilən xərcdən 60 dəfə çox qazanc götürdülər.
Portuqaliyalılar donanma və odlu silahdan istifadə edərək, Ərəbistan və Hindistan yarımadasını, Afrikanın Hind okeanı sahillərini müstəmləkəyə çevirdilər. Onlar şəhərlərin əhalisini qırır, yerində qalalar tikirdilər. Ərəbləri Hind okeanından tamamilə sıxışdırıb çıxartdılar. Onlar bununla kifayətlənmədilər və Şərqə doğru irəlilədilər. Daha çox ədviyyat növləri becərilən Zond və Molukk adalarını tutdular. Onlar Çinə və Yaponiyaya gedib çıxdılar. Beləliklə, böyük coğrafi kəşflər ilk müstəmləkə işğallarının başlanmasına zəmin yaratdı.

Fernando Magellanın başçılığı altında ispan gəmiləri 1519-cu ildə dünya səyahətinə çıxdı və onu 1522-ci ildə başa çatdırdı. Magellanın ekspedisiyası Cənubi Amerika sahilləri boyu üzüb qərbə doğru gedən bir boğaza çatdılar və oradan keçib okeana çıxdılar. Bu okeanda 4 ay üzdükləri müddət ərzində heç bir hadisə baş vermədiyinə görə ona «Sakit okean», keçdikləri həmin boğaza isə «Magellan boğazı» adı verildi.
Magellanın ilk dünya səyahəti yerin kürə şəklində olduğunu və vahid dünya okeanının mövcudluğunu sübut etdi. Magellandan sonra dünya səyahətini dəniz qulduru ingilis Frensis Dreyk təkrar etmişdir.
Avropalıların müstəmləkə işğallarında cəngavərlər, tacirlər, keşişlər, var-dövlət sahibləri iştirak edirdilər.1519-cu ildə zadəgan Ernando Kortes Meksikada asteklərin üzərinə hücum etdi. Asteklərin zülmündən narazı olan yerli qəbilələr də avropalılara qoşuldular. İspanlar at və toplardan istifadə etdilər, hiylə yolu ilə asteklərin başçısını tutub əsir etdilər. Ölkəni onun adından idarə edən Kortes onun sərvətlərini çapıb-taladı.
Fransisko Pissaronun başçılığı ilə ispanlar Perunu tutdular, inklərin padşahım xəyanət yolu ilə ələ keçirdilər. Çoxlu qızıl alsalar da, hökmdarı öldürdülər. İspanlar Braziliyadan başqa, bütün Cənubi Amerikanı işğal etdilər. Yalnız Braziliya portuqaliyalıların əlində idi.

İspanlar Amerika xalqlarını, onların qədim mədəniyyətlərim məhv edirdilər. Lakin yerli əhali gəlmələrə tabe olmur, torpağı əlindən alınır, xristianlığı qəbul etməyəndə edam edilirdi. Sağ qalmaq istəyən əhali dağlara və meşələrə çəkilirdi. XVI əsrin ortalarında ispanlar Kubada və Karib dənizinin digər adalarında yerli əhalini tamamilə məhv etdilər. Yerli əhalinin kütləvi şəkildə məhv edilməsi Amerikada qula ehtiyacı artırdı. İşçi qüvvəsi çatışmadığına görə Afrikadan zənci qullar gətirməyə başladılar. Qul alveri — bu çirkin əməllə əvvəlcə portuqaliyalılar, sonra isə ispaniyalılar, hollandiyalılar, ingilislər məşğul oldular.
Həmçinin bax:
Böyük coğrafi kəşflərə hazırlıq dövrü (XV əsr)
Böyük coğrafi kəşflərin birinci dövrü (1492-1550-ci illər)
Böyük coğrafi kəşflərin ikinci dövrü (1550-1650-ci illər)
Böyük coğrafi kəşflər dövrü (XV-XVII əsrlər)
Top