Lakin bütün bunlara baxmayaraq ilk velosipedlərin populyarlıq qazanmasına hələ çox qalmışdı. Çünki velosipedin ilk ixtirasında iki əhəmiyyətli element nəzərə alınmamışdı. Bunlardan biri velosipedin pedalları 1861-ci ildə ilk öncə qabaq təkərlərə taxılmış, 1888-ci ildə isə pedallar arxa təkəri hərəkətə gətirən zəncir ilə birlikdə bərkidilmişdir. 1842-ci ildə velosipedlərin təkərlərinə rezin şinlər taxmaq ideyası ortalığa çıxanda artıq velospedlərin görünüşü müasir formaya düşmüşdür.
1819-cu ildə İsveçdə ilk velosiped yarışı keçirilir. Almaniyada belə yarış 1829-cu ildə keçirmişdir. Daha sonra Avropa ölkələrinin əksəriyyətində velosiped yarışları keçirilməyə başlayır. 1893-cü ildən velosiped idmanı üzrə dünya, Avropa və digər yarışları keçirilir. Velosiped yarışları ilk Olimpiya Oyunları proqramına daxil olub.
Velosiped idmanında şose, trek, dağ velosiped idmanı və BMX (velosiped motokrosu) kimi növlər var.
1900-cü ildə Parisdə Belçika, ABŞ, Fransa, İtaliya və İsveçrənin velosiped idmanı təşkilatları tərəfindən Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) əsası qoyulmuşdur. UCI beynəlxalq səviyyədə keçirilən velosiped yarışlarını təşkil edir. Təşkilatın baş ofisi Cenevrədə yerləşir. İşçi dili fransız dilidir. Beynəlxalq Velosipedçilər İttifaqı Həvəskar Velosiped İdmanı və Professional Velosiped İdmanı üzrə iki beynəlxalq federasiyadan ibarətdir. İttifaqın üstün orqanı olan konqres ildə 3 dəfə toplaşaraq cari məsələləri, ittifaqa üzvlüyü, yarışların təqvimini və s. müzakirə edir. Hazırda velosiped üzrə dünyada ən nüfuzlu yarışlar Fransada keçirilən “Tur de Frans”, “Dofine Libere”, “Kriterium du Dafin”, İspaniyada keçirilən “Vuelta”, İtaliyada keçirilən “Giro de İtalio” turniri hesab olunur.