Gecə yuxu görmədiyini sanan insanlar çox böyük səhv edirlər. Əslində, hamı yuxu görür, amma çoxumuz unuduruq. Yadda saxlayanlar isə gələcək üçün balaca bir ipucu yaxalamış olurlar. Beləliklə, ən çox görülən 13 yuxu:
1.Qovalanmaq
Bəzən yuxularda arxamızca kiminsə qaçdığını görürük. Bu bir şeydən qaçmaq və qurtulmaq istədiyinizi bildirir.
2.Çılpaq qalmaq
Yuxuda çılpaq qalmaq, müdafiəsizliyi ifadə edir. İnsan özünü yalnız və qorunmağa möhtac hiss edəndə bu tip yuxular görür.
3.Gizli bir yer kəşf etmək
Gizli bir şey tapmaq, bir yer kəşf etmək gözlənilməyən hadisələr, sürprizlərlə qarşılacağınıza işarədir.
4.Maşının idarəetməsini itirmək
Həyatdakı idarəetməni itirmək və bəzi xoşagəlməzliklərlə rastlaşmaq mənasındadır.
5.Yüksəklikdən düşmək
Özünü idarəetməyə aludə olan insanların daha çox gördüyü yuxudur. Hadisələri öz axışına buraxsalar, daha bu yuxuları görməyəcəklər.
6.Ölüm
Yuxuda öldüyünü görmək incinməkdən qorxmaq deməkdir. Hansısa insanın öldüyü görmək isə onun ömrünün uzanmasına yozulur.
7.Dişin düşməsi
Dişin düşməsi insanın özünə inamını itirməsi və ya xəstələnmək kimi mənalar verir.
8.İmtahana girmək, əvvəlki imtahanları görmək
Tələbəlik, məktəb illərindən qalma qorxudur. Uğura öyrəşmiş tələbələrin qorxusudur.
9.Tələyə düşmək və ya qeyd olmaq
İnsanın qərar verməkdə çətinlik çəkəcəyi mənasını verir.
10. Avtobusa və ya təyyarəyə gecikmək
Vacib bir fürsəti qaçırmaq deməkdir.
11.Suda boğulmaq
İnamsızlıq mənasında başa düşülür.
12. Saç kəsmək!
Çox da yaxşı hadisələrin baş verəcəyinə işarə deyil. Xəbərdarlıq xarakterli yuxudur.
13. Göyə yüksəlmək
Göyə doğru liftlə və ya başqa yolla yuxarıya qalxmaq xeyirə yozulan yuxulardandır. Yüksək mövqeyə yüksələcəksiniz.