Yerlilər ölülərinə olan hörmətlərini nümayiş etdirmək və onları şərəfləndirmək üçün hər 3 ildən bir onların qəbirlərini açır. Açılan qəbirdən çıxarılan ölünün geyimi təmizlənir, ehtiyac olsa yeniləri geyindirilir. Bir ailənin üzvləri bütün qohumlarının məzarlarını açaraq onları bir-bir bayıra çıxarırlar. Sakinlər üstünü təmizlədikləri və ya geyimini dəyişdirdikləri ölüləri kəndin ətrafında gəzdirirlər. Bu kəndin əhalisi əsrlər keçsə də, ölülərin onlarla bərabər olduğuna inanırlar.