Rənglərin təsiri

Rənglərin təsiri

Rənglərin insan davranışına və psixologiyasına əhəmiyyətli dərəcədə təsir etdiyi artıq dəqiqləşmişdir. Kanadada bir məktəbdə edilən təcrübədə otaqların rəng və işıq nizamlarının dəyişdirilməsi ilə bəzi şagirdlərin zəka səviyyələri və intizam problemlərinin müsbət şəkildə təsirləndiyi təsbit edilmişdir. Ancaq insan gözünün işıq və rəngi qəbul edən şəbəkə təbəqəsinin görmə sinirləri vasitəsiylə bunu beynə çatdırdıqdan sonra beyində necə fizioloji təsirlər yaratdığını alimlər hələ açıqlaya bilmir.
Əslində gözümüzə gələn görünüş iki növ görmə hüceyrəsi vasitəçiliyi ilə daranır. Silindr və ya çomaq şəklində olanlar işığı, konus şəklində olanlar isə rəngi qəbul edir. Gözümüzdə 7 milyon konik və 100 milyona qədər silindirik hüceyrə vardır.
Rəngə həssas konik hüceyrələr ağ təbəqəsinin ortasında, işığa həssas silindirik hüceyrələr isə kənarında daha sıxdır. Bu səbəblə gecə səmada gözümüzün kənarından gördüyümüz bir ulduzu, ona birbaşa baxanda görə bilmərik. Çünki burada işığa həssas silindirik hüceyrələr daha az olduğundan görünüş itir. Eyni şəkildə gözümüzün kənarıyla baxdığımız şəkillərdə rənglər itir.

  • Edilən təcrübələrdə, çəhrayı rəngə baxan kəslərin rahatladıqları, qırmızı, narıncı və sarı kimi isti rənglərə baxanlarda təzyiqin yüksəldiyi, nəbzin və tənəffüsün sürətləndiyi, tərləmənin çoxaldığı, mavi rəngin isə tam tərsi təsir yaratdığı təyin olunmuşdur.
  • Araşdırmalar insanların ən çox mavi rəngi sevdiklərini, bunu qırmızı və yaşılın izlədiyini göstərməkdədir. Kişilər yaşıl, dəniz mavisi, narıncı və tünd bənövşəyi rəngləri seçərkən, qadınlar firuzə yaşılı, açıq mavi, çəhrayı kimi açıq-uçuq rəngləri, uşaqlar isə mavi, qırmızı, yaşıl, sarı və narıncı kimi canlı rəngləri daha çox sevirlər.
  • Bir binada sarı rəngə boyanmış bir tavan, otağı daha yüksək, sarı rəngli divarlar isə daha geniş göstərir. Klinikaların isti rənglərə rənglənilməsi, ağ rəngin xəstələrdə yaratdığı hüzn duyğusunu azaldır. Ayaqüstü hazır yemək satan dükanların divarları iştah açan portağal rənginə boyanır, yarış avtomobillərində qırmızı və ya narıncı-sarı rənglər seçilir. Əslində bir rəng olmayan, daha doğrusu rəngsizliyi olan qara da mövqe vasitələrinin klassik rəngidir.
  • Qırmızı rəng qan rəngidir, əsrlər boyu təhlükənin və təxribatın simvolu olmuşdur. İşıqforlarda 'dayan' siqnalı olaraq istifadə edilməsinin səbəbi də budur. Əməliyyatxanalarda qan rəngini müəyyən etməyəcəyi üçün məntiqi qırmızı geyim istifadə edilməsi lazım olsa da, təskinlik verici mavi və yaşıl rənglər üstünlük verilir.
Top