a) XIX– XX əsr rus fəlsəfəsinin ənənələri və xüsusiyyətləri;
Rus mədəniyyətinin inkişafında mühüm mərhələ XVII əsrin sonundan başlayır. Bu proses XX əsrin əvvəlinə qədər yüksələn xətlə getmişdir. I Pyotrun islahatları Rusiyanı ayaq üstə qaldırdı, onu Avropaya istiqamətləndirdi. XVII əsrin Qərb– Avropa maarifçiliyi rus fəlsəfəsinin inkişafına mühüm təsir göstərmişdir. M.Lomonosov, N.Radişşevin ənənələri rus inqilabçı– demokratlarının– A.İ.Gertsen (1812– 1870), N.Q.Çernışevski (1828– 1889) və başqalarının əsərlərində daha da inkişaf etdirilmişdir. Lakin bununla yanaşı, qeyd etmək lazımdır ki, XIX əsrin sonuna qədər rus fəlsəfəsi üzvi, tam, bütöv kimi hələ də formalaşmışdı. Həmin dövrdə rus fəlsəfəsi müxtəlif fəlsəfi məktəblərdən və sistemlərdən ibarət olmuşdur. Onlardan ikisini xüsusi qeyd etmək olar. L.Tolstoyun (1828– 1910) yaradıcılığı ruhun və qəlbin psixologiyası, dini mənəviyyat və özünü təkmilləşdirmə problemlərinə müraciətinə görə dünya mədəniyyətinə mühüm təsir göstərmişdir. Vl.Solovyov (1853– 1900) XIX əsrdə geniş yayılmış rus dini fikrinin əsas ideyalarını öz fəlsəfəsində əks etdirə bilmişdir. Xristian allah– insan prosesinin istoriosof nəzəriyyəsini də o yaratmışdır. Vl.Solovyovun idealı «azad teokratiya», yaxud «ümumdünya kilsəsi» olmuşdur ki, bu ideal da pravoslavlıq, protestantizm və katolikliyin vəhdətinə əsaslanmışdır. Tarixin son mərhələsi Solovyovda «Allah bəşəriyyətdir». Onun «Hər şeyin vəhdəti»– metafizikası Allah eşqinə və xristian birliyi naminə «xeyirxahlığa haqq qazandırılması» ideyasından ibarətdir.
XX əsrdə Rusiyada Tolstoyun və Solovyovun fəlsəfi axtarışları N.Berdyayevin (1874– 1948) təlimində inkişaf etdirilmişdir. Berdyayev özündən əvvəlki iki görkəmli həmvətəninin axtarışlarının dini xarakterini irs almışdır. Esxatologiya– dünyanın sonu haqqında təlim (yunanca: esxotos– axırıncı, son və loqos– elm, təlim). Sekulyar (lat. Sekulyaris– dünyəvi)– dünyəvi, kilsənin təsirindən azad olan. Sakral (lat. sakri)– müqəddəs, dini kult, mərasimlə müşayiət edilən.
b) L.N.Tolostoyun fəlsəfi təlimi;
c) V.Solovyovun «rus ideyası» və metafizikası;
ç) N.Berdyayev.a) XIX-XX əsr rus fəlsəfəsinin ənənələri və xüsusiyyətləri
«Totallıq (yaxud birlik) fəlsəfə»si və «Fərdiyyətçilik fəlsəfəsi». Rus fəlsəfəsinin əsas xüsusiyyətini də bununla izah etmək olar. Doğrudur, başqa milli fəlsəfələr kimi, rus fəlsəfəsi də dünya fəlsəfəsinin ayrılmaz hissəsi olduğundan onun problematikasını özünə daxil etmişdir.
Yuxarıda qeyd etiyimiz kimi, XIX əsr rus fəlsəfəsi fransız maarifçilik fəlsəfəsinin (Volter, Russo, Didro), həmçinin klassik alman fəlsəfəsinin (Kant, Şopenhauer, Hegel, Feyerbax) təsiri altında olmuşdur.
Rus tarixi ənənələri və Qərb dünyagörüşünün böyük təsiri Rusiyada mədəni– tarixi alternativin təzahürünə imkan vermişdir. Bu alternativ «Slavyanofillik» və «Qərbçilik» tendensiyalarında özünü göstərmişdir.
«Slavyanofillər» (İ.Kireyevski, A.Xomyakov, K.Aksakov, Y.Samarin) «totallıq fəlsəfəsi» möaqeyində durmuşdular. Onlara görə, dünyagörüşünün fundamenti– pravoslaviya; ideal idarəçilik– monarxiya; ideal iqtisadi strukturu kəndli icması olmalıdır. «Qərbçilər» (M.Bakunin, V.Belinski, A.Gertsen) «fərdiyyətçilik fəlsəfəsi» mövqeyini tutaraq, Qərbi Avropa sivilizasiyasına istiqamət götürmüşdülər. Onlar pravoslavlığı və kilsəni tənqid edir, Feyerbaxın materializmi və ateizminə, eləcədə də Hegelin dialektikasına rəğbət bəsləyirdilər. Hər iki böyük fəlsəfi tendensiyanın ənənələri böyük rus mütəfəkkirləri– L.Tolstoyun, V.Solovyovun və N.Berdyayevin təlimlərinə mühüm təsir göstərmişdir. Bu mütəfəkkirlər XIX və XX əsrin başlanğıc dövrünə rus fəlsəfəsinin klassikləri hesab olunurlar. Onların hər biri digərindən fərqlənən orijinal fəlsəfi təlim yaratmışdır.b) L.Tolstoyun fəlsəfi təlimi
Həyatın mənası məsələsi L.Tolstoy üçün şəxsiyyətin mənəvi yüksəlişini müəyyən edən «başlıca» məsələ olmuşdur. Onun ən gözəl əsərləri elə bu problemə həsr olunmuşdur. «Tövbə», «Mənim etiqadım nədir?», «Allahın məkanı bizim daxilimizdədir» və s. əsərləri bu qəbildəndir. O, «insan nə üçün yaşayır?» sualına dönə– dönə qayıtmışdır. Bədii obrazlarda, pritça, nağıl, elmi biliklərdə bütün dövrlərin müdriklərin bir və yeganə sualla müraciət edir. İnsan həyatının mənası varmıdır? Əgər varsa nədədir? Əgər yoxdursa, insanlar nə üçün yaşayırlar? və s.
Onu sarsıdan bu idi ki, insanlar gündəlik qayğıları ilə yaşayır və nə üçün həyatda yaşadıqları haqqında düşünmürlər. Həyatın mənası sualı Tolstoyda olum və ölüm problemi ilə əlaqədar olmuşdur. Bu problemi özünün «İvan İliçin ölümü» əsərində dahiyanə şəkildə verə bilmişdir. Tolstoyda həyatın mənası problemi onun mənəvi təkmilləşməsi problemi ilə çulğalaşmışdır. Buraya həmçinin şəxsiyyətlərin təsnifatını da aid etmək olar. O, mənəvi təkmilləşmə və mənəvi yüksəlişi təbiətin insana verdiyi nemət, insana daxilən xas olan daxili keyfiyyət kimi başa düşmüşdür. Burada müxtəlif seçim üsulu var. Dini, yaxud dünyəvi– bu, insanın özündən asılıdır və o qədər də vacib deyildir. Vacib olan odur ki, insan «bitki», yaxud «heyvan həyatı» («cisimdə həyat») mərhələlərində qalmasın. Vacib odur ki, ki, insan mənəvi, ruhi həyatını yaşasın. Onun üçün həqiqi din odur ki, həmin din mənəvi həyat qaydalarına əsaslansın.
Tolstoyun sosial– siyasi baxışları mənəviyyatın bu tələbləri ilə əlaqədar olmuşdur. Bu baxımdan mərkəzi prinsip qeyri– zorakılıq prinsipidir. Tolstoy üçün əxlaqdan kənarda (əxlaqsız) siyasət yoxdur. O, sinfi mübarizə ideyasını inkar etmişdir. Onun fikrincə, sinfi mübarizə adamları birləşdirmir, onları ayırır, bir– birinə qarşı qoyur. Lakin «şərlə» «şəri» aradan qaldırmaq olmaz. Bu, daha çox şər yaradır, zorakılıq doğurur. Zorakılıqla zorakılığı aradan qaldırmaq olmaz. Bütün zorakılıqlar mənəviyyatsızlıqla bağlıdır. Tolstoy qeyri– zorakılığı mütilik və tabeliklə (kvietizm) eyniləşdirmir. Onu zorakılığı aradan qaldırmaq vasitəsi hesab edir. O, sosial şərin aradan qaldırılmasında inqilabi yox, başqa vasitələri irəli sürürdü. Tolstoy dövləti (eləcə də başqa) zorakılıqların aradan qaldırılmasının bütöv proqramını hazırlamışdır. Həmin proqramı hind azadlıq hərəkatının məşhur liderlərindən biri olan M.Qandi praktikada tətbiq etmişdir. Təsadüfi deyildir ki, M.Qandi özünü Tolstoyun şagirdi hesab edirdi.
Tolstoy özünün sosial konsepsiyasını dini anarxososializm adlandırmışdır. Onun da mərkəzi ideyası bütün zorakılıq formalarından, dövlət strukturlarından (çünki bu strukturlar mütləq zorakılığa aparıb çıxarır) imtina edilməsi, cəmiyyətin bünövrəsi kimi xeyir və məhəbbət prinsipləri əsasında yaradılan kənd icmalarının müdafiə edilməsi və s. idi.c) V.Solovyovun «rus ideyası» və metafizikası
Hər iki mütəfəkkir– L.Tolostoy və Vl.Solovyov xristian mənəviyyatı və insanların birləşməsi yollarının axtarılması problemləri ilə məşğul olmuşlar. Lakin onların təlimləri bir– birindən kökündən fərqlənirdi. Tolstoy insana və xeyirxahlığa müraciət edirdi. Allah onun üçün məqsəddən çox vasitə hesab olunurdu. Vl.Solovyov isə xeyirxahlığa Allahla haqq qazandırırdı və ona görə Allah xristianlıq birliyi onun üçün məqsəd idi.
Vl.Solovyovun L.Tolstoyla polemikaya girdiyi iki əsəri vardır. Bunlar «Müharibənin mənası» və «Müharibə, tərəqqi və ümumdünya tarixinin sonu haqqında üç söhbət» adlı əsərləridir. L.Tolstoy zorakılığı rədd edir, müharibəni qeyri– əxlaqi və qeyri– təbii hal kimi qiymətləndirir. Vl.Solovyova görə isə əgər müharibə gələcək birliyi və xeyirxahlığı şərtləndirirsə, ona haqq qazandırmaq olar. Solovyov hesab edirdi ki, şərin müvəqqəti təntənəsi və Antixristin gəlişi haqq qazanmışdır. Solovyovun xristian esxatologiyası «Yerdə Allah Hakimiyyəti»ni bütün xalqlar üçün xeyirxahlıq və sülh kimi başa düşən L.Tolstoyun prinsipini qəbul etməmişdir.
Vl.Solovyovun «Rus ideyası» adlı əsəri də vardır. Həmin əsərində filosof Rusiyanın Avropa sivilizasiyasından fərqləndirən baxışlarını şərh etmişdir. Avropa sivilizasiyasını Rusiya ikinci dərəcəli məsələlərlə əlaqədar qəbul etmişdir. Onun üçün başlıca məsələ xristian milləti olmasıdır. Ona görə də söhbət «millət ideyasından» gedir.
Bu ideya necədir? İnsan nəslinin birliyi mühüm dini həqiqətdir. Bu substansional birlik bütövlükdə bəşəriyyət, yaxud, müxtəlif millətləri təmsil edən üzvləri olan sosial orqanizmdir. Xristos dünyaya gəldikdən sonra bu ideya reallığa çevrilmişdir. Həmin vaxtdan böyük bəşəri vəhdət, Allah insanın ümumdünya cismi kimi real olaraq yerdə mövcuddur. Bəşəriyyət artıq abstrakt varlıq deyildir, onun substansional forması xristian dünyasında, ümumdünya kilsəsində reallaşır.
Rus ideyası sosial üçlüyün qəbul edilməsidir ki, burada da üç başlıca üzvü birlikdən– kilsə, dövlət və cəmiyyətdən– hər biri azaddır və yerdə qalan ikisindən ayrılmadan, daxili əlaqələri təsdiq edərək, onları məhv edərək və yaxud udaraq mövcud ola bilər. İlahi üçlüyün həmin obrazını yer üzərində bərpa etmək– bax rus ideyası budur.
Beləliklə, millilik və xristianlığın ümumdünya (pravoslav) kilsəsi ətrafında birləşməsi yollarının axtarılması variantlarından biri rus ideyasıdır.ç) N.Berdyayev
Doğrudur, rus fəlsəfi fikrini dediyimiz üç böyük dahi ilə məhdudlaşdırmaq olmaz. Lakin onlar fəlsəfi ideyalarının dərinliyi və spesifikliyinə görə ümumdünya şöhrəti qazanmışlar.
N.Berdyayevin ən böyük əsərləri «Yaradıcılığın mənası», «Rusiyanın taleyi», «Qeyri– bərabərlik fəlsəfəsi» və «Özünü dərketmə» hesab olunur. Axırıncı əsəri ölümündən 8 il əvvəl yazmışdır. Bu əsər unikal bir janra– fəlsəfi avtobioqrafiya janrına həsr olunmuşdur. Əsərin girişində yazılırdı: «Filosof üçün həddən artıq hadisələr baş vermişdi: Mən dörd dəfə həbsxanada olmuşam, iki dəfə köhnə rejimdə, iki dəfə də yeni rejimdə, üç ilə şimala sürgün olunmuşam, məni əbədi olaraq Sibirə köçürülməyimlə bağlı prosesdə olmuşam. Vətəndən sürgün olunmuşam. Yəqin ki, ömrümü xaricdə də başa vuracağam. Bütün bunlarla yanaşı mən heç vaxt siyasət adamı olmamışam».
«Qeyri– bərabərlik fəlsəfəsi» (1918) yeni sosialist dövlətinə hamıdan qabaq verilən obyektiv qiymətdir. «Sosialist dövləti demokratik dövlət kimi sekulyarist dövlət deyildir. Bu sakral dövlətdir. Bu dövlət prinsipcə nə din azadlığına yol verə bilər, nə də hər hansı bir azadlığı qəbul edə bilər. Bu dövlət sağ etiqadı, sosialist etiqadını qəbul edənləri tanıyır. Bu avtoritar teokratik dövlətə oxşayır. Sosialist dövləti satanakriyadır (satana– şeytan sözündəndir). Sosializm məsiha etiqadı təmsil edir. Proletariat məsiha sinfidir. Proletariatın məsiha «ideyalarının» mühafizəçisi xüsusi ierarxiya– ifrat dərəcədə mərkəzləşmiş və diktator hakimiyyətinə yiyələnmiş kommunist partiyasıdır. Xalqın heç bir iradəsi qəbul edilmir. Xalqı proletariatın «müqəddəs» iradəsinə zorakılıqla tabe etmək, proletariatı isə proletariat «ideya»sına tabe etmək zəruridir. Həqiqəti bilirlər və həqiqətə çox az adam tabe olur».
Demokratiya problemi onun «Rusiyanın taleyi» adlı kitabında toplanmış və 1914– 1918– ci illərdə qəzet və jurnallarda çap olunmuş məqalələrdən ibarət məcmuədə öz əksini tapmışdır. Bu ideyaya Berdyayev onu düşündürən dixotomiya– cəmiyyət və şəxsiyyət mövzusu ilə əlaqədar gəlmişdir. İştirakçısı və müşahidəçisi olduğu rus inqilabı hərəkatının təhlilinə həsr olunan əsərlərdə Berdyayev şəxsiyyətin «xalq», «millət» tərəfindən udulduğunu göstərmişdir. O, şəxsiyyəti «kütlədən», «sinifdən» ayırmaq və həmin nöqteyi– nəzərdən tarixi hadisələrə nəzər yetirməyə çalışmışdır.
Demokratiya və sosializmin, indinin və gələcəyin təhlilini Berdyayev rus vətənpərvərliyi və xristian personalizmi mövqeyindən çıxış edərək vermişdir. Böyük alim italyan faşizminin, alman nasional– sosializmin və stalinizmin bərqərar olmasını ürək ağrısı ilə izləmişdir. O, «rus kommunizminin mənbələri və mahiyyəti» (1937), «İnsanın azadlığı və köləliyi haqqında (1939) əsərlərində yuxarıdakı məsələlərə öz münasibətini bildirmişdir. Əsərlərində şəxsiyyətin əxlaqı ilə millətin əxlaqı anlayışlarının köklü fərqini göstərmişdir. Millətin əxlaqı– millətçilikdir. Bu zaman insani baxımdan millətə hər şeyə icazə verilir, hətta cinayətə də. Bu əxlaqdan fərqli olaraq Berdyayev şəxsiyyətin əxlaqını– personalizm müdafiə etmişdir.
XX əsrdə rus fəlsəfi fikrində bunlardan əlavə xeyli filosofun adını çəkmək olar. Rus kosmizmin ən böyük nümayəndəsi V.İ.Vernadski (1863– 1945) olmuşdur. Müxtəlif elm sahələrində tanınmış alim V.İ.Vernadski fəlsəfi sahəsində də öz sözünü deyə bilmişdir. Onun biosfer və noosfer haqqında təlimi bu qəbildəndir.