Biosfer (bio-canlı, sfera-təbəqə) — Yerin 4 xarici təbəqəsindən biri olub, canlıların yaşadıqları təbəqədir. Maksimum qalınlığı 36 km-dir. Biosfer atmosferin alt 2 km-lik, litosferin üst 3-4 km-lik və bütün hidrosfer (11 km) qatını əhatə edir. Yaşı 3,5 mld. il olub, təkhüceyrəli → çoxhüceyrəli → bitki → onurğalılardan ibarətdir. Ilk canlıların okeanda yaranması güman edilir. Müəyyən ərazidə formalaşan və bir-biri ilə sıx əlaqədə inkişaf edən bitki, heyvan və mikroorqanizmlərin davamlı qrupuna
biosenoz deyilir. Tərkibinə görə biosenozlar: a) fitosenoz (bitki): b) zoosenoza (heyvan) ayrılır.
Qidalanmasına görə biosenozlar 3 yerə ayrılır:
1.
Prosudent (bitki aləmi) — Günəşdən gələn enerjisi toplayır. Qeyri-üzvi maddələri üzvi maddələrə çevirir.
2.
Konsument (heyvanlar) — təbiətdəki hazır məhsullarla (bitki və heyvanlarla) qidalanırlar;
3.
Redusent — mikroorqanizmlər (göbələk və bakteriyalar) produsent və konsumentləri parçalayaraq qidalanırlar.
Canlı orqanizmlərin tərkibinə 70%-ə qədər kimyəvi element var. Onların arasında oksigen (65-70%), karbon (15-18%), hidrogen (10%) əsas yer tutur.
Təbiətdə daim
bioloji dövran baş verir. Yəni bitki → heyvan → mikroorqanizm. Başqa sözlə, ot yeyən heyvanlar bitkilərlə, yırtıcı heyvanlar isə ot yeyən heyvanlarla qidalanırlar. Sonradan bu canlılar məhv olaraq mikroorqanizmlər tərəfindən parçalanır, torpağa qarışır və yenidən bioloji dövrana qayıdırlar.
Biosfer müxtəlif təbəqələrə təsir edir.
1.
Hidrosferə. Yosunlar sudan karbon qazını udaraq sudakı canlıların tənəffüsü üçün vacib olan oksigeni buraxırlar. Canlıların hidrosferə ən böyük təsiri isə onların okeanda duzluluğu sabit saxlamasıdır.
2.
Atmosferə. Bitkilər oksigeni, heyvanlar karbonu, mikroorqanizmlər azotu yaradır.
3.
Litosferə. Canlılar məhv olduqda çürüyərək torpağa qarışır və çökmə süxurlara çevrilirlər. Bitki kökləri süxurları parçalayaraq üzvü aşınmada iştirak edirlər.
Yer kürəsində 500 min bitki növü var. Onlar ibtidai və ali qruplara ayrılır. Ibtidai bitkilər çox sadə quruluşa malik olub şibyə, mamır, göbələk, yosun və bakteriyalardan ibarətdir. Bitkilər yer səthdə iqlim, relyef və torpaqdan asılı olaraq yayılıblar. Işığa həssaslıq bitki örtüyündə çox mərtəbəlilik (yarus) yaradır. Bitkilər fotosintez prosesi nəticəsində qeyri-üzvi maddələri üzvi maddələrə çevirir, havanı oksigenlə zənginləşdirirlər. Bitkilər suya tələbkarlığına görə 3 qrupa
hidrofitlərə (suya daha tələbkar — su zanbağı, çəltik, qamış),
mezofitlərə (rütubətlə doymuş — meşə, çəmən, otlaq və s.), və
kserofitlərə (quraqlığa davamlı quru-çöl, yarımsəhra və səhra bitkilərinə) ayrılırlar.
Dünyada yaşayan heyvanlar 65 sinifə ayrılır ki, bunun da 57-si okean və dənizlərdə yaşayır. Zahirən bitki və heyvanlar aləmi müxtəlif olsa da bir-biri ilə sıx bağlıdır. Bitki və heyvanlar aləmi –mülayim, subtropik, ekvatorial zonada daha zəngin; soyuq qurşaqda, tropik səhralarda və uca dağ zirvələrində daha kasıbdır. Bitki və heyvanlar aləminin cəmi
biokütlə adlanır.
Yerin forması və ərazinin mütləq hündürlüklərinin müxtəlif olması, Yer səthində su və quru səthinin, istiliyin, rütubətin və torpaq örtüyünün qeyri-bərabər paylanması — Yer kürəsində bitki örtüyü və heyvanlar aləminin müxtəlifliyinə səbəb olmuşdur.
Atmosferin alt qatı (troposfer), litosferin üst qatı, hidrosfer və biosferi birləşdirən maddi sistemə
coğrafi təbəqə deyilir. Coğrafi təbəqə dünyanın ən mürəkkəb quruluşa və ən sıx daxili əlaqəyə malik təbəqəsidir. Coğrafi təbəqədə bütün komponentlər bir-birinə nüfuz edir. Coğrafi təbəqədə təbii proseslərin baş verməsinin əsas səbəbi Günəş enerjisi və Yerin daxili enerjisidir. Coğrafi təbəqənin əsas qanunauyğunluqları- bütövlük, ritmlik və zonallıqdır.
a) Bütövlük. Coğrafi təbəqənin bütün komponentləri bir-biri ilə sıx bağlıdır. Bunlardan birinin dəyişməsi, digərlərinin də dəyişməsinə səbəb olur.
b) Ritmlik. Oxşar hadisələrin zaman etibarı ilə təkrarlanmasına deyilir. Məs. Yerin öz oxu və Günəş ətrafında hərəkəti, fəsillərin təkrarlanması və s.
c) Zonallıq- coğrafi təbəqənin bütün komponentlərinin ekvatordan qütblərə doğru qanunauyğun dəyişməsinə deyilir.
Coğrafi təbəqənin inkişafı 3 mərhələdən ibarətdir.
I mərhələ ən uzun müddətli (3 mld. il) olub,
biogenə qədərki dövr adlanır. O, zaman ancaq ibtidai orqanizmlər mövcud olmuşdur. Havada oksigen az, karbon isə çox olmuşdur.
II mərhələ 570 mln. il davam etmiş və
biogen mərhələsi adlandırılmışdır. Müxtəlif sanlılar yaranmış, hava oksigenlə zənginləşmişdir. Bu dövrün sonunda insan yaranıb.
III mərhələ —
müasir mərhələ adlanıb, 40 min ildir ki davam edir. Bu mərhələ fəal antropogen təsir ilə səciyyəvidir.
Yer kürəsinin biosferi haqqında çox yaxşı təsəvvür almaq üçün
bura baxmaq tövsiyə olunur.Diqqət,həcmi böyükdür.