Fəlsəfədə insan problemi

Fəlsəfədə insan problemi

İnsan və cəmiyyət qırılmaz vəhdətdə meydana gəlib formalaşmışdır. İnsanın bioloji qanunauyğunluqlarla yanaşı birləşməsi ilə ictimai-tarixi qanunauyğunluqlar da təsir göstərməyə və formalaşmağa başlamışdır. Sosial varlıq olan insan təbiətin yetirməsidir. İnsanda bioloji və sosial cəhətlər qırılmaz vəhdət təşkil edirlər, onun tərəfləri isə sosial keyfiyyət olan şəxsiyyətdən, təbii əsası isə orqanizmdən ibarətdir. İnsanda qabiliyyətlər ümumi şəkildə üç cür amillərin vəhdətindən təşkil olunmuşdur:

  1. bioloji;
  2. sosial;
  3. psixik.

İnsan və şəxsiyyəti öyrənməkdə bir-biri ilə əlaqədar olan, mahiyyət etibarı ilə eyni olan və çox hallarda eyni olan və çox hallarda eyni mənada işlədilən şəxsiyyət, fərd, fərdiyyət anlayışlarından istifadə edilir.
Şəxsiyyət dedikdə, hər şeydən əvvəl ictimai münasibətlər sahəsində şüurlu fəaliyyət subyekti kimi çıxış edən insan tutulur. İkincisi, şəxsiyyət dedikdə onun sosial mənası, sosial-əxlaqi və psixoloji siması başa düşülür. Şəxsiyyət dünyaya ictimai münasibətlər vasitəsilə çıxır. Şəxsiyyət öz rolunu yalnız ictimai münasibətlər sistemində yerinə yetirə bilər. Şəxsiyyətin strükturu aşağıdakı şəkildə müəyyənləşdirmək mümkündür:
1) Bioloji amillərlə şərtlənən aşağı strüktur (bura şəxsiyyətin cinsi, yaş xüsusiyyətləri, temperament və psixik pataloji cəhətləri daxildir).
2) Psixik məntiqi strükturdur (ona yaddaş, emosiyalar, duyğu, qavrayış, təfəkkür və iradə daxildir).
3) Sosial təcrübə strükturudur (bura biliklər, vərdiş və qabiliyyətlər, adət və ənənələr daxildir).
4) Şəxsiyyətin istiqamətliliyi strükturudur (bura arzular, mənafelər, ğqidələr və s. daxildir).
Sosial mühitin şəxsiyyətə təsirindən danışarkən onun müxtəlif təbəqələrini bir-birindən fərqləndirmək mümkündür. Cəmiyyətlə şəxsiyyətin münasibətlərinə geniş miqyasda yanaşdıqda, bunlar meqa, makro və mikro mühitdən ibarətdirlər. Meqa mühit dövrün mənəvi, sosial-psixolojio atmosferini təyin edən insanın əerafındakı nəhəng miqyaslı sosial aləmdir. Makromühitin insanların doğulduğu, tərbiyə olunduğu və şəxsiyyət aləminə daxil olduğu böyük cəmiyyətdir, mikromühit isə insanların təmasda olduğu bilavasitə əhatədir, ailə, ilkin kollektiv, tədris, əmək və arzu kollektividir. Bütün hallarda şəxsiyyət yetişir və sosiallaşır. Sosiallaşma prosesində insan şəxsiyyətə çevrilir, onda özünü dərk etmə, yəni başqalarından fərqli olan mən obrazı meydana çıxır.
Şəxsiyyətin azadlığı çoxplanlı və çoxaspektlidir. Onlardan iqtisadi, siyasi və mənəvi aspektlər şəxsiyyətlə, onun cəmiyyətlə münasibətlərində çox mühümdür. İqtisadi azadlıq hər şeydən əvvəl istismardan azad olunmalı, siyasi azadlıq isə müsir sivilizasiyalı cəmiyyətlərdə ümumi və bərabər seçki hüququna malik olmasıdır. Mənəvi azadlıq sistemində isə vicdan azadlığı geniş yer tutur. Şəxsiyyət eyni zamanda mülkiyyətçidir, istehlakçıdır və vətəndaşdır.

Top