Orta əsrlər dövründə həm Qərbdə, həm də Şərqdə feodalizm cəmiyyətinin hakim ideologiyası dindən ibarət olmuşdur. Fəlsəfi fikrin əsas çıxış nöqtəsini və obyektini müqəddəs yazıların ehkamları təşkil edirdi. Orta ğsrlər dövrünün fəlsəfi fikri isə öz kökləri ilə monoteizmlə, təkallahlılıqla bağlıdör. Fəlsəfənin inkişafı udaizm, xristianlıq və islam dini ilə bilavasitə bağlıdır. Qədim dövrlərin fəlsəfəsindən fərqli olaraq orta əsrlər fəlsəfəsi monoteizmə əsaslanan teosentrik xarakter daşıyır. Burada bütün mövcud olanların əsasında təbiət deyil, ilkin əsas və səbəb olan Allah durur.
Bütün filosoflarda hər bir şeyin dərk edilməsi dörd suala müncər edilir:
1) Şey mövcuddurmu?
2) O, nədən ibarətdir?
3) O, necədir?
4) Niyə və ya nə üçün mövcuddur?
Orta əsrlərdə fəlsəfənin ən mühüm və xarakterik cəhətləri nominalizm və relizmin realizmin polemik mübarizəsində öz əksini tapmışdır.
Nominalistlər və relistlər universalilərin mənşəyi haqqında ümumi mübahisə edirdilər. Relistlər predmet və hadisələrə nisbətdə universalilərin ilkin olduğunu israr edir. Hominalistlər isə universalilərin şeylərin adları, onların mövcudluğundan sonra onlara aid edilən ifadələr adlandırır və onlar real deyildirlər.
Sxalastika məktəbinin görkəmli nümayəndəsi Foma Akvinski olmuşdur. Onun fikrincə, Allah bütün varlıqları ideyalar şəklində özündən bərqərar etmiş mütləq ruhi varlıqdır, o, əbədi, qeyri-maddi xalıs ruhi formadır və bütün formaların əsasıdır. Onun fikrincə bütün şeylərdə nə qədər varlıq varsa, bir o qədər də də aktuallıq mövcuddur. Aktuallığa görə 4 səviyyə vardır. Birinci pillədə formanın varlığı yalnız şeylərin zahiri müəyyənliyini təşkil edir. Bura qeyri-üzvi stixiyalar daxildir. İkinci pillədə forma şeylərin son səbəbi kimi qarşıya çıxır. Üçüncü səviyyə fəaliyyətdə olan səbəbdən ibarətdir. Bura məqsədə malik olan və hərəkətə , faliyyətə başlayan heyvanlar aiddirlər. Dördüncü pillədə forma materiyadan asılı olmayan özü özlüyündə materiyanın təşkil edən prinsip kimi çıxış edir. Bu isə ruh və ya zəkalı ruhdur, xəlq edilən varlıqlardan ən alisidir. Materiya ilə əlaqəsi olmayan insanın ağıllı ruhu bədənin ölməsi ilə məhv olmadığından, o, «özündə varlıqdan» ibarətdir.
İnsan görünüşlər vasitəsilə ayrıca şeyləri, əqli əqli görünüşlər vasitəsilə ümumi, qrup halında olan şeyləri dərk edir. İnsan allah tərəfindən xəlq edilən hissi şeyləri dərk etmək yolu ilə Allahın özünü dərk etmək səviyyəsinə yüksəlir. Allah insanı özünə oxşar və öz surətində yaratmaqla onu bütün mövcud olanların hakimi etmişdir. Allah insana ağıl və iradə, xeyir və şəri bir-birindən fərqləndirmək qabiliyyətini vermişdir. Bu insanınn mahiyyətini təşkil edir.