"Nesin" soyadını necə seçdim?

"Nesin" soyadını necə seçdim?

Türkiyə Cumhuriyyəti qurulanda ilk qəbul olunan qanunlardan biri də «Soyad qanunu» idi. Hər bir Türkiyə vətəndaşı özünə soyad almalı idi. Böyük ustad Aziz Nesin də onlardan biri idi. Yazıçının öz dilindən «Nesin» soyadını necə seçdiyini təqdim edirik.

«1934-cü ildə soyad haqqında qanun qüvvəyə mindi. Hər bir türk özünə soyad almalı idi. Hərə öz soyadını özü seçdiyi üçün də insanların gizli hissləri ortaya çıxdı. Dünyanın ən xəsisləri „səxavətli“, dünyanın ən qorxaqları „ürəkli“, dünyanın ən təmbəlləri „çalışqan“ kimi soyadları aldı.

Bir məktub yazıla biləcək dövrdə ancaq imzasını çəkə bilən bir müəllimimiz özünə „çevikel“ soyadını almışdı. İrqçiliyin yayıldığı günlərdə, xüsusilə türklüyü qarışıq olanlar irqçiliyi göstərən soyadları seçmək üçün canfəşanlıq edirdi.
Hər cür qarətdə geridə qaldığım üçün soyad qarətində də ən sona qalmışdım. Mənim üçün hər kəsin qarşısında fəxr edə biləcəyim soyad qalmadığına görə »Nesin" soyadını götürdüm. Hər kəs «nesin» deyə çağıranda, bunu sual kimi dərk edib, nə olduğunu düşünüb özümə gəlmək istəyirəm."

Mənbə: pahoo.az
Top