Masonlar haqqında

Masonlar haqqında

Dünyanın ağalığını arzulayan qüvvələr öz missiyalarını həyata keçirmək üçün müxtəlif vasitələrə əl atırlar.Quldarlıq dövründə, feodalızm quruluşu zamanı və indiki dövrdə hədəfləri eyni proqrammları müxtəlif olmuşdur. İndiki dövrdə dünyanın ağalığını arzulayan qüvvələr artıq bəzi dövlətləri belə əllərində saxlamağa müvəffəq olmuşlar. Bu ölkələrin bu dövrdə ağalıq iddiaları neokolonizm istəklərinə söykənmişdir. Artıq onlar dövlətləri öz bayraqları altında deyil məhs dövlət rəsmilərini öz əmrləri altında saxlayırlar.

Masonluq Amerikada
Lakin bu ağalıq iddialarını daha çox reallaşmasına çalışanlar nəhayət bir neçə əsr əvvəl Mason lojaları adlı təşkilat qurdular. ABŞ-da fəaliyyətə başlayan masonların hamısı vahid federal mərkəzə tabe edilirdi. Həmin mərkəz isə ABŞ-ın yarandığı ilk gündən masonlar tərəfindən formalaşdırılmışdı və onların tam nəzarəti altında idi.
Birləşmiş ştatların demək olar ki, bütün mason lojalarında mason geyimində olan millət atalarının şəkilləri və xüsui olaraq da ən ali mason fərqlənmə nişanlarının tam dəstini taxmış ilk ABŞ prezidenti C.Vaşinqtonun portreti asılmışdı.
Bir dövlət kimi ABŞ-ın yaradılmasına dair ilk layihəni 1747-ci ildə Amerika masonluğunun banisi və başçısı B.Franklin işləyib hazırlamışdı. Yüksək vəzifəli bu mason bütün ömrü boyu yəhudi dairələri ilə bağlı olmuşdu və özünü yəhudi kapitalının «nökəri» sayırdı. Onun «pul – sikkələnmiş azadlıqdır» qanadlı ifadəsi azadlığın nəyin bahasına olursa-olsun pula yiyələnməkdən ibarət olmasına dair amerikasayağı, daha dəqiq desək, yəhudi mason anlanmının özünəməxsus simvoluna çevrildi. B. Franklinin və digər millət atalarının tamahkarlığa açıq-aşkar sitayişi bir-başa ona dəlalət edir ki, elə ilk andan bu dövlətin təməlini xristian deyil, yəhudi-talmudi prinsipləri təşkil etmişdir.
ABŞ-ın yaradılmasının təməlini qoyan deklarasiyanı bir çox masonlar, o cümlədən də artıq adını çəkdiyim amerikanın ilk masonu B.Franklin də imzalamışdı.
1823-cü ildə Amerikanın iki yüksək vəzifəli masonu-prezident D. Monro və dövlət katibi C. Adams sonradan «Monro doktirinası», yaxud «Amerika amerikalılar üçün» adı almış sənət hazırladılar. Burada ABŞ-ın planetin bütün qərb yarımkürəsində hökmranlıq iddiası bəyan edilirdi. Sənəd bütün mason lojaları tərəfindən bəyənildi və təbliğ edildi. Masonlar onu Şimali və Cənubi Amerikanın bütün ölkələrini ABŞ-a birləşdirilməsi yolunda ilk addım kimi qiymətləndirirdilər.
Əlbəttə ki, Amerikanın qüdrəti başqa ölkələrin müflisləşməsi hesabına çiçəklənir. Digər ölkələrdəki 100 milyonlarla insan üçün məhvedici olmaq baxımından, ABŞ-ın tərəqqisi faşist almaniyasının iqtisadi inkişafı ilə tutuşdurula bilər. O vaxt istila etdiyi ölkələrin ehtiyatlarını təmərküzləşdirmək hesabına Almaniya nəhəng vəsait toplamağa və görünməmiş nəticələr əldə etməyə nail olmuşdu. Amerika iqtisadi sistemi bəşəriyyətin bədəninə daraşan zəli kimidir — bəşəriyyət üçün nə qədər pisdirisə, onun üçün bir o qədər yaxşıdır.
Sənaye fəaliyyəti nəticəsində atmosferin karbon oksidi (dəm qazı) ilə çirkləndirilməsinin üçdə bir hissəsi ABŞ-ın payına düşür. Amerika TMŞ-nin xaricdəki fəaliyyəti də nəzərə alındıqda, bu ölkənin təbiətə vurduğu ziyan ümumi ziyanın 40 faizini təşkil edəcək, başqa sözlə, onun dünya gəliri sistemindəki payına təxminən bərabər olacaq.
1990-cı ildə Avropa parlamenti Honduras və Qvatemala gecəqondularında uşaqları pulla satın aldığına və onların bədən orqanlarından köçürmələr üçün istifadə etdiyinə görə ABŞ-ı qınayan qətnamə qəbul etdi. Lakin təəccüblənmək əbəsdir. Bir çox amerikalının dəstəklədiyi patoloji (zooloji) xudpəsəndlik və fərdiyyətçilik şəxsən onların rifahına xidmət edən istənilən cinayətə bəraət qazandırır.

Masonların ABŞ höküməti adı altında cinayətləri
Başqa ölkələri istismar etmək hüququnu təsdiqləmək və qoruyub saxlamaq üçün Amerika vaxtaşırı olaraq zorakılığın ən ifrat formalarına, ilk növbədə hərbi zorakılığa əl atır. İkinci dünya müharibəsindən sonrakı onilliklər ərzində ABŞ bəşəriyyətə qarşı o qədər cinayət törədib ki, bunlara görə Amerika sistemi Nürnberq prosesinə, onun administrasiyası isə hitlerçi canilərin taleyinə layiqdir.
1948-1953-cü illər — Filippində hərbi əməliyyatlar. Filippin xalqına qarşı cəza əməllərində həlledici iştirak. Minlərlə filippinlinin qətli.
1951-1953-cü illər — 1 milyona yaxın Amerika əsgərinin Koreyaya silahlı müdaxiləsi. 100 minlərlə koreyalının həlak olması.
1964-1973-cü illər — Vyetanama qarşı hərbi təcavüz. Yarım milyondan artıq vyetnamlının məhv edilməsi. Hitlerin nümunəsilə bütöv kəndlər məhv edilir, sakinləri ilə birlikdə rayonlar napalmla külə döndərilir. Qadınların və uşaqların kütləvi qırğını.
1964-cü il — Panama kanalı bölgəsində Panamanın hüquqlarının bərpasını tələb edən milli qüvvələrin qanına qəltan edilməsi.
1964-1973-cü illər — 50000 ABŞ əsgərinin Laos respublikasına qarşı cəza əməliyyatlarında iştrakı. Yenə minlərlə qurban.
1982-1983-cü il — 800 ABŞ dəniz piyadasının Livanda hərbi təcavüzü. Yenə çoxsaylı qurbanlar.
1986-cı il — Liviyaya xaincəsinə basqın. Tripoli və Benqazinin bombardman edilməsi. Çoxsaylı qurbanlar.
1989-cu il — Panamaya silahlı basqın. Minlərlə panamalı həlak oldu.
1991-ci il — İraqa qarşı genişmiqyaslı hərbi əməliyyat. 450000 hərbi qulluqçu və minlərlə müxtəlif müasir hərbi texnikadan istifadə. 150 minədək dinc sakinin öldürülməsi. İraq əhalisini qorxutmaq məqsədilə dinc obyektlərin bilərəkdən bombardman edilməsi.
1992-1993-cü illər — Somalinin silahlı işğalı. Dinc əhali üzərində silahlı zorakılıq, mülki şəxslərin qətli.
2003-dən başlamış işğal, milyonlarla insan tələfatı qeydə alınmışdır.
Lakin iş təkcə açıq silahlı müdaxilərlə bitmir. Onilliklər boyu ABŞ Salvador, Kuba, Qvatemala, Əfqanıstan, İran əleyhinə elan olunmamış müharibələr aparmış, əldəqayırma amerikapərəst hökumətləri dəstəkləmək, yaxud bölgədə Amerikanın hökmranlığını qəbul etməyən qanuni hökumətləri yıxmağa can atan qiyamçılara yardım göstərmək üçün nəhəng xərclər çəkmişdir.
Əlbəttə ki, güc istifadə etməkdən başqa masonlar bir çox ölkələrdə siyasi qüvvələr də yaratmağa başlamışlar.

Masonların İsrail üçün “Milxemet haatsmaut” müharibəsi
Masonların dünyada güclərini göstərmək üçün ilk addımları, 1948-ci ildə İsrail dövlətini elan edərək ərəb dünyasına meydan oxuması ilə başladı. Belə ki, Misir, Səudiyyə Ərəbistanı, Suriya, İraq, Livan, İordaniyanın buna üzdə etirazı sonda müharibə ilə nəticələndi. Masonlar bu hökümətləri əlbəttə ki, öz əsarətləri altına ala bilmişdi. Çünki bu müharibədən əvvəl bu ölkələrin dövlət başçılarının masonların liderləri ilə görüşdüyü qeyd edilir. Beləliklə İsrail 6 gün ərzində bu ərəb ölkələrinin ordusunu məğlub edərək, dünyada məğlubedilməz bir ordu kimi özünü tanıda bildi. Böyük ərazilər İsrailin əsarəti altına keçdi. “Milxemet haatsmaut” (yəni azadlıq uğrunda müharibə) adlı xsus KİV-lərinin idarə edilməz hala düşməsi üçün iqtisadi, siyasi və digər vasitələrdən istifadə Türkiyədəki masonlara əsas tapşırıqlardan biri olur. İsrail mason lojası tərəfindən verilən bu tapşırıqların əksəriyyəti yüksək dərəcədə yerinə yetirilir. Çox sayda islamçı müxtəlif maddələrlə həbsə məhkum edilir.
Ordunun içində çoxsayda masonların olmasını ortaya çıxaran türk yazarların faktlarından sonra Türkiyə Ordusunun Qərargahı türk hərbiçilərin masonluğa üzvlüyü qadağan edilir.
Bu dönəmdə göründüyü kimi masonluqla mübarizə edən güclü rəqib kimi Nəcməddin Ərbəkan və Rəfah partiyası masonların qara siyahısına salınır.
Lakin Ərbəkan buna baxmayaraq Ramazan ayında «Qüds və Sionizm» və «Anarxiya və Sionizm» başlıqlı iki məqalə qələmə alır. Birinci yazıda Ərbəkan sionist və masonların Türkiyəni hədəfə aldığı digər yazısında isə masonları sionizmin bir qolu kimi dəyərləndirir. Məqaləni yazdıqdan sonra 1980-ci il 6 sentyabrda Konyada möhtəşəm bir Qüds və anti-sionist mitinqi təşkil edilir. Lakin 6 gün sonra hərbi çevriliş və kütləvi həbslər bu hərəkatı müəyyən müddətə dayandıra bilir.

Lakin masonların Türkiyədə güclü təsirinə baxmayaraq 7-8 il sonra İslami müqavimət Türkiyədə baş qaldırır. Bundan başqa Rəfah partiyasına qadağa edildikdən sonra partiya bağlanır və yeni Səadət partiyası yaradılır. Anti mason və İslami təbliğatların nəticəsində Türkiyədə İslamı sevənlər masonluğu və ya sekulyarizmi sevənlərdən qat-qay çoxalır.
Bir müddət əvvəl Nəcməddin Ərbəkanın siyasi fəaliyyətinə olan qadağanın da aradan götürülməsi, masonların hədəflərinin zəiflədiyindən bir işarə kimi görünür.Həmçinin Ergenekon terror təşkilatının fəaliyyətinin dondurulması və üzvlərinin həbsi və bəzi gizli mətləblər də, bu şəxslərin Masonların döyüşçüləri kimi fəaliyyət göstərməsinə daha çox ehtimal edilir.

Azərbaycanda masonlar və ya missiyası
Azərbaycanda masonların rəsmi fəaliyyətinə deyilənə görə qadağa mövcuddur. Lakin bəzi ehtimalların olması buna inanmamağa əsas verə bilər. Masonların Azərbaycanda öz lojalarını qurmaq istəkləri, buna dövlətin rəsmi “yox” deməsi və s. Mətbutda da dərc edilmişdi. Lakin masonlara rəsmi icazə verilmədiyini göstərmək də masonların öz istəkləri ilə ola bilər. Çünki İsrail üçün çalışan mason lojalarının əsas məqsədləri mason lojaları qurmaq deyil(bu onların qanunlarında da qeyd edilmişdir), onlar üçün əsas məqsəd öz hədəflərini həyata keçirməkdir. Bu baxımdan İsrail ilə olan əlaqələrin pis olmaması, İslama olan bəzi qısqanclıq(Azan qadağası, hicab qadağası), həmçinin pozğunçuluğun yayılmasına mane olmamaq və əksinə buna imkan yaratmaq kimi faktlar masonların ölkəmizdən uzaqda olmadığının işarəsi kimi də dəyərləndirmək olar.

P.S. Əslində araşdırmasına başladığım bu mövzu çox böyük mövzudur. Bir çox ölkələrdə də masonların faəliyyətləri vardır ki, biz bu mətləblərə toxunmamışıq. (xüsusilə Rusiya). Lakin biz çox dərinliklərə girmədən mövzunu buradaca bitiririk.
islamazeri.az
Top