Dünyanın ağalığını arzulayan qüvvələr öz missiyalarını həyata keçirmək üçün müxtəlif vasitələrə əl atırlar.Quldarlıq dövründə, feodalızm quruluşu zamanı və indiki dövrdə hədəfləri eyni proqrammları müxtəlif olmuşdur. İndiki dövrdə dünyanın ağalığını arzulayan qüvvələr artıq bəzi dövlətləri belə əllərində saxlamağa müvəffəq olmuşlar. Bu ölkələrin bu dövrdə ağalıq iddiaları neokolonizm istəklərinə söykənmişdir. Artıq onlar dövlətləri öz bayraqları altında deyil məhs dövlət rəsmilərini öz əmrləri altında saxlayırlar.
Böyük loja idarəçiliyi
Hər böyük loja mövcud olduğu ölkənin qanunlarına uyğun olaraq qurulmuş hər hansı bir dərnək, ictimai təşkilat kimi fəaliyyət göstərir. Hər loja aid olduğu böyük lojada onu təmsil edəcək nümayəndələr seçir. Nümayəndələr bir araya gələrək böyük lojanın idarə heyətini təşkil edir. Böyük lojanın görəvliləri bu heyətə demokratik üsullarla seçilir. Böyük lojaların görəvliləri lojalardan fərqli olaraq bir illik deyil, iki illik müddətə seçilir.
Masonluqda yalnız lojaların deyil, bütün üzvlərin də düzənli olması vacibdir. Bir masonun düzənli intizamını qoruması onun masonik öhdəlikləri yerinə yetirməsinə bağlıdır.
Masonik öhdəliklər
Ölkənin qanun və toplumun ənənələrinə uymaq, masonluğun amac və prinsiplərini mənimsəmək, üzvü olduğu mason təşkilatının qərarlarına əməl etmək, təşkilatın toplantılarını axsatmamaq, üzvlük haqlarını zamanında vermək, tapşırıqları zamanında yerinə yetirmək, masonluqda verdiyi sözə sadiq qalmaq və bir masona yaraşan şəkildə yaşamaq.
Masonlara görə, masonluğa girdiyi kimi masonluqdan çıxmaq da mümkündür.
Türkiyənin “Yeni şəfəq” qəzeti Azərbaycan müdafiə nazirinin müavini Rail Rzayevin qətlində masonların əli olması ilə bağlı fikirlər açıqladı. Hətta qətlin Türkiyədəki mason lojaları tərəfindən həyata keçirildiyini dolayısı ilə təsdiqləyən fikirləri açıqlamaqdan da çəkinmədi. İstintaqda önəmli bir gəlişmə olmadığından mason versiyası ilə bağlı bəzi detallara açıqlama gətirmək maraqlı olardı. Yəqin ki, bir çoxlarında masonluqla bağlı müxtəlif suallar var. O suallara mümkün qədər cavab tapmağa çalışacağıq.
Masonluq sirr pərdələrini necə yırtır?
Çox yaxın keçmişə qədər bu sualın cavabını sıradan bir insanın bilmək şansı yox idi. Çünki “masonluq” anlayışı bir çoxları kimi bizim üçün də dünyanın bir çox təhlükəsizlik orqanlarının işi qədər məxfi və qapalı idi. Günümüzdə bunlar artıq tarixə çevrilib. Çünki masonluqla bağlı tam olmasa da yetərincə bilgi əldə etmək mümkündür. Ən başlıcası, bu “sirr pərdəsinin” müəyyən qatlarını masonların özləri qaldırmağa qərar verib. Hazırda İnternet səhifələrində dünyanın bir çox dillərində masonluq, onun təməl prinsipləri, fəaliyyəti, idarə olunması, strukturları barədə ümumi məlumatlar yayılır ki, bu da masonların təşəbbüsü ilə həyata keçirilir.
Polşanın böyük bir hissəsini əhatə edən Prussiya idi. Prussiya 1860-cı illərdən digər аlman dövlətciklərini özünə birləşdirməyə başladı və 1871-ci ildə birləşmiş Almaniya Imperiyasını qurdu. Bu yeni dövlətin rəhbəri isə Prussiyanın baş naziri Otto fon Bismark idi. Bismark son dərəcə mahir diplomat olsa da, daxili siyasətdə eyni uğuru təkrarlaya bilmirdi. Bunun əsas səbəbkarlarından biri də «Beynəlxalq liberallar» adlanan və eynilə Fransadakı antikleriklər kimi dinə qarşı çıxan «ziyalılar» zümrəsi idi. «Beynəlxalq liberallar» Almaniyanın birliyinin sağlamlaşdırılması üçün xalqın dini duyğulardan qurtulmasını vacib sayırdılar. Onların təşviqilə Bismark ölkəsində katoliklərə qarşı bir kampaniyayа başlamışdı. «Kulturkampf», yəni «mədəniyyət savaşı» adlandırılan bu kampaniya «аlmanların şüuruna nəzarət etmə mübarizəsi» kimi də qələmə verilirdi. Kulturkampf zamanı, xüsusilə Almaniyanın cənubunda yaşayan katoliklər son dərəcə ciddi təzyiqlərlə üzləşdilər.
Bu ssenarini araşdırmazdan öncə biologiyada Lui Pasterdən bugünədək məşhur olan bir fikri xatırlatmaq lazımdır: «Canlı canlıdan doğur!» Bunu təbiətin hər yerində görmək mümkündür. Məsələn, məməli heyvanları anaları dünyaya gətirir, bitkilər toxumlardan cücərir, təkhüceyrəli canlılar, məsələn bakteriyalar bölünərək çoxalırlar və s. Bundan fərqli bir hal heç vaxt heç yerdə görünməyib. Dünya tarixi boyunca heç kim cansız maddələrin bir araya gələrək, canlı yaratdığının şahidi olmayıb. Hərçənd, Qədim Misirdə, Qədim Yunanıstanda, hətta orta əsrlərdə belə əcaib fikirlərə inanan insanlar olub; məsələn, misirlilər qurbağaların Nil çayının palçığından yarandığını zənn edirdilər, Aristotel kimi filosof bu inancı dəstəkləyib, orta əsrlərdə isə hətta siçanların çirkli paltarlardan əmələ gəldiyi ehtimаl olunub. Halbuki, tədricən bütün bunların cəhalətdən başqa bir şey olmadığı ortaya çıxıb və sonda tanınmış bioloq-alim Lui Paster məşhur təcrübələri ilə hətta ən bəsit canlılar sayılan bakteriyaların belə öz-özünə ortaya çıxmadığını, yəni cansız maddənin canlı yaratmadığını sübuta yetirib.