Böyük loja idarəçiliyi
Hər böyük loja mövcud olduğu ölkənin qanunlarına uyğun olaraq qurulmuş hər hansı bir dərnək, ictimai təşkilat kimi fəaliyyət göstərir. Hər loja aid olduğu böyük lojada onu təmsil edəcək nümayəndələr seçir. Nümayəndələr bir araya gələrək böyük lojanın idarə heyətini təşkil edir. Böyük lojanın görəvliləri bu heyətə demokratik üsullarla seçilir. Böyük lojaların görəvliləri lojalardan fərqli olaraq bir illik deyil, iki illik müddətə seçilir.
Masonluqda yalnız lojaların deyil, bütün üzvlərin də düzənli olması vacibdir. Bir masonun düzənli intizamını qoruması onun masonik öhdəlikləri yerinə yetirməsinə bağlıdır.
Masonik öhdəliklər
Ölkənin qanun və toplumun ənənələrinə uymaq, masonluğun amac və prinsiplərini mənimsəmək, üzvü olduğu mason təşkilatının qərarlarına əməl etmək, təşkilatın toplantılarını axsatmamaq, üzvlük haqlarını zamanında vermək, tapşırıqları zamanında yerinə yetirmək, masonluqda verdiyi sözə sadiq qalmaq və bir masona yaraşan şəkildə yaşamaq.
Masonlara görə, masonluğa girdiyi kimi masonluqdan çıxmaq da mümkündür.
İstefaya getmiş mason sadəcə “yatmış masondur”
Ancaq masonların bu barədə açıqladıqları fikirlərdə ziddiyyət var. Bir tərəfdən, masonluqdan çıxmanın mümkün olduğunu söyləsələr də başqa bir tərəfdən də masonluqdan çıxmış birisinin sadəcə “yatmış mason” olduğunu bildirirlər. Öz arzusu ilə masonluqdan çıxmış bir mason üçün dönüş qapısı açıq tutulur və bu səbəbdən də o, çıxandan sonra da üzvlüyünü davam etdirmiş sayılır.
İntizam qaydalarına əməl etməyən bir masonun masonluqdan çıxarılması da baş verə bilər. Belə halda buna “intizamsız elan edilmiş” deyilir. O da öz istəyi ilə masonluqdan ayrılıb “yuxuya getmiş” mason kimi bir gün “oyana” bilir. Masonluqda “yatmış” kəlməsi simvolik məna daşıyır. Bu ifadə hətta qapanmış bir loja üçün də istifadə olunur. Yatmış mason və ya lojanın təkrar hərəkətə gəlməsi üçün onun bu barədə istəyinin müsbət qarşılanması şərtdir.
Obediyans
“Böyük loja” ilə eyni məna daşıyan bu kəlmə əslində masonluqda bir termin kimi istifadə olunur. Böyük lojalara bağlı olaraq fəaliyyət göstərən lojaların böyüyün nizamnaməsinə tabe olduğunu vurğulayan bir sözdür.
Böyük lojalar bəzən mövcud olduğu ölkənin sərhədlərindən kənarda olan lojaları da obediyansına qatmış ola bilir. Ölkə daxilində böyük lojanın yurisdiksiyası ölkə sərhədləri içində olduğu halda ölkə xaricindən olan lojaları obediyansına qatdıqda yurisdiksiyası mövcud olduğu ölkə sərhədlərini aşmış olur. “Yeni Şəfəq” qəzetinin yazdıqlarına əsaslansaq, Türkiyədəki Böyük Mason Lojası ölkə sərhədlərini aşmağa qərar vermiş və Azərbaycanda loja qurulması üçün hərəkətdə bulunmuşdu. Qəzetin yazdığına görə, Böyük Mason Lojası 2003-cü il iyunun 14-də keçirdiyi toplantıda bu barədə qarar almış, işlərin sürdürülməsi üçün komissiya təşkil etmiş, başına da bir azərbaycanlı gətirmişdi. Diqqət etsək, masonların bura qədər özlərini anlatdıqlarında yeni bir lojanın (həm də ölkə sərhədlərindən kənarda) qurulması haqda başqa lojaların qərar verməsinin gərək olduğunu söyləmir. Böyük lojanın qurulması üçün ən azı üç lojanın olması gərək idi ki, bunun da Azərbaycanda hələ ki, biri də yox idi.
Yüksək dərəcədə təşkilatlanma
Masonluğun yüksək dərəcədə təşkilatlanma sistemi böyük lojaların təşkilatlanma sistemindn bir az fərqlidir. “Yüksək dərəcələr” olaraq izah edilən bölümlərdəki fəaliyyət ümumi üzvlük baxımından böyük loja və lojaların fəaliyyətindən çox da fərqli deyil. Masonlara görə, onların əsl fəaliyyətləri lojalarda davam etdirilir. Lojaların toplantılarının çox öncədən saatı, yeri və gündəliyi müəyyənləşdirilmiş olur. Loja toplantılarının gündəliyində yer ala biləcək məsələlərlər ümumilikdə üçə ayrılır. Birincisi, idari məsələlər (masonluğa namizədləri, üzvlərlə bağlı, dərəcələri yüksəldiləcək masonlarla və yeni görəvlilərlə və s.), ikincisi — zehni məsələlər (sosial, elmi, mədəni, fəlsəfi və gündəlik həyatla bağlı açıq müzakirələr), üçüncüsü — rituallar (yeni üzv qəbul edilməsi, dərəcələrə keçirilmə, yeni görəvlilərin işə başlaması ilə bağlı və s). Lojanın daxili işləri ilə bağlı toplantılara yalnız üzvlər qatılır ki, bu da “ailə toplantısı” adlanır. Başqa toplantılara isə başqa lojaların da üzvləri qatıla bilir və onlarla loja üzvləri arasında hər hansı ayrı-seçkilik olmur.
“Mason olmayanlar girməz”
Masonlar toplantıları keçirilən qapıların üstünə bunu yazmasalar da başqa tərəfdən bunu uyğulayırlar. Lojaların toplantılarına bəzən mason olmayanların da qatıla bildiyini söyləyən masonlar başqa bir tərəfdən də bunu yalnız üzv masonların qan qohumları qatıla bir kimi bir şərtlə məhdudlaşdırırlar. Yəni ümumilikdə digər ictimai qurumlar kimi mason təşkilatlarının toplantıları cəmiyyətin hamısı üçün açıq deyil. Masonların qan qohumları isə ən azı ildə bir dəfə keçirilən “açıq toplantı”lara qatıla bilir. Toplantılar protokollaşdırılır və protokollar lojanın arxivində saxlanır. Lojanın bağlı olduğu böyük loja varsa, bir surəti də ora göndərilir. Masonlara görə, protokol və digər sənədlərlə lojanın mövcud olduğu ölkənin yetkili orqanları maraqlana və onlarla tanış ola bilər.
Masonlar qapalılıqlarını belə izah edirlər ki, sıradan insanlar da evinin qapısını hər kəs üçün açmır və hər kəsi ailəsinin içinə almır. Hətta bu yerdə dünyanın bir çox yerlərində kommersiya strukturları kimi tanına biləcək klubların qapısına “üzv olmayan girməz” yazıldığını da xatırladırlar. Bir tərəfdən, topluma açıq olduqlarını deyən və öz haqlarında informasiya ortamında xeyli bilgi dağıdan masonlar əslində yenə də çox qapalı və sirli olmağa davam etməkdədirlər.
Masonluq toplantılarının hamısı bəlli bir ritualın təkrarlanması kimi başlar, davam edər və bitər. Bu rituallar çap olunub və onların nümunələri aidiyyatı dövlət orqanlarında var. Bu rituallar dünyanın hər yerində eyni deyil və lojaların özü tərəfindən hazırlanır.
Masonluqdakı fəaliyyət üç dərəcəlidir. Hər mason öncə “usta yanında şagird”, sonra “usta köməkçisi” və sonda “ustad” olur. Bu üç dərəcə simvolik sayılır. Bundan sonra isə yüksək dərəcələr sayılan fəlsəfi dərəcələr gəlir. Simvolik dərəcələrdə masonluğun əsasları və təlimləri öyrənilir, yüksək dərəcələrdə isə bunun fəlsəfəsi yaradılır.
Türkiyədə Şotland Riti
Türkiyədə yüksək dərəcə mason fəaliyyəti qəbul edilmiş köhnə Şotland Ritinə uyğun aparılır. Bu dərəcələrdə fəaliyyəti “Suprem Kosey” adını daşıyan bir mason təşkilatı tənzimləyir. Masonluğun yüksək dərəcələri üzərində açıqlamalarda bulunmaq yalnız bu konseyin yetkisindədir. “Rit” masonluğun anlatmalarına bir dərəcələr silsiləsi içində toplayaraq bəlli bir üsulla verilməsinə yardım edən kimi tanınan anlayışdır. Türkiyədə tanınmış Rit də masonluğun ən çox yayılmış ritlərindəndir. Şotlandiya ilə hər hansı bir əlaqəsi yoxdur. Sadəcə təməli XVIII yüzilin ortalarında Fransada yaşayan şotland əsilli masonlar tərəfindən qoyulub. Bundan başqa çox yayılmış “İngilis Masonluğu Sistemi”, “York Riti”, “Modern Fransız Riti”, “İnsan Haqları Karma Riti” kimilərini də saymaq olar.
Ezoterik sistem
Masonluğun bu sistəmə uyğun yürütüldüyünü etiraf edən masonlar başqa bir tərəfdən yenə də qapalı olmadıqlarını iddia edirlər. “Ezoterik” tərcümədə çölə qapalı, öz içinə dönük və ya açıq olmayan anlamını verir. Sistemin özəlliyi isə bundadır ki, masonlara bilgilər zamanla və dərəcələrinə uyğun olaraq verilir, üzvlərin öyrəndiklərini sirr kimi saxlamaları lazım bilinir, öyrədilən şeylər tam açıq olaraq deyil, simvollar, alleqorik təriflərlə verilir. Masonluq ənənələrə bağlı bir təşkilatdır və masonluğu yalnız yaşayaraq öyrənmək mümkündür.
Türkiyədə masonluğun tarixi
Bu tarix 1721-ci ilə təsadüf edir. İlk loja hələ Osmanlı dönəmində fransızlar tərəfindən və o zamandan başlayaraq XIX yüzil boyunca bir çox mason lojaları qurulmuşdu. Qərb ölkələrində olan lojalara bağlı olaraq çalışan bu mason lojalarına türklərin də üzv olduğu bildirilir və hətta onların arasında çox ünlü ismlərin də olduğu vurğulanır. İlk böyük Türk lojası isə 1857-ci ildə İzmirdə qurulub. Türkcə çalışan Orhaniyə lojası isə milli mason lojası olub və ömrü çox qısa sürüb. Abdulhəmidin padşahlığı dövründə 32 il boyunca mason lojaları üzərində böyük təzyiqlər olub. Səbəbsə padşahın qardaşı Sultan V Muradın mason olması idi. 1935-ci ildən sonra türk masonluğu 13 il “yatmış” vəziyyətdə olub. Bəzi mənbələr Atatürkün mason lojalarını qapatdığını bildirir. 1948-ci ildən Türkiyədə masonluq yenə oyanmağa başlayıb.
Süleyman Dəmirəlin də adı masonluqda keçirdi
1964-cü ildə Ədalət Partiyasının sədrliyinə namizədliyini gözdən salmaq və seçilməsini əngəlləmək üçün Süleyman Dəmirəlin mason olduğu iddiası irəli sürülür. Masonlar 1956-cı ildə Dəmirəlin masonluğa girdiyini etiraf etsə də sonra marağın itirən Dəmirəlin lojadan ayrıldığını vurğulayırlar. Ancaq masonların dili ilə desək, Süleyman Dəmirəl “yatmış” mason sayılır. Maraqlıdır ki, Ankaradakı Böyük Ustad yardımçısı Enver Necdat Egeran Türk Yüksəltmə Dərnəyində qeydiyyatının olmaması barədə bir arayış verir. Türk masonlara görə, belə bir arayışın verilməsi masonluğun siyasətə alət edilməsi kimi qəbul edilir. İki il civarında müzakirə və mübahisələrə səbəb olan bu arayış sonunda Türkiyədə masonluğun parçalanmasına səbəb olur. Nəticədə bir qrup mason ayrılaraq 6 yeni müstəqil loja qurur. İzmirdəki lojalardan biri bütün üzvləri ilə birgə böyük lojadan qopur və bu 7 loja bir araya gələrək 1966-cı ildə Türkiyə Böyük Mason Mahfili (Cəmiyyəti) adlı böyük loja qurur.
Bölünmələr Türkiyədə masonluğun böyük dərəcələrinə qədər gedib çıxır. Bölünmə sonrası isə yenidən inkişaf və özünü Avropadakı Anqlosakson Masonluğa tanıtmaq öbnündə işlər aparıldı. 70-ci illərin əvvəllərində “Türkiyə” kəlməsi çıxarılaraq Böyük Mason Mahfili adı ilə tanınan loja işinə davam etməkdə idi. 80-ci illərdə isə Türkiyədə qadınların masonluğa girə bilməsi üzrə çalışmalar başladı. Türkiyədəki qəbul edilmiş Masonlar Böyük Lojasının 154 lojası və 10 700 üzvü, Özgür Masonlar Böyük Lojasının 36 lojası və 2300 üzvü, Qadın Masonlar Böyük Lojasının 9 lojası və 550 üzvü var.