Masonluq | Dünyanın qaranlıq üzü 1

Masonluq | Dünyanın qaranlıq üzü 1

masonlugun simvoluTürkiyənin “Yeni şəfəq” qəzeti Azərbaycan müdafiə nazirinin müavini Rail Rzayevin qətlində masonların əli olması ilə bağlı fikirlər açıqladı. Hətta qətlin Türkiyədəki mason lojaları tərəfindən həyata keçirildiyini dolayısı ilə təsdiqləyən fikirləri açıqlamaqdan da çəkinmədi. İstintaqda önəmli bir gəlişmə olmadığından mason versiyası ilə bağlı bəzi detallara açıqlama gətirmək maraqlı olardı. Yəqin ki, bir çoxlarında masonluqla bağlı müxtəlif suallar var. O suallara mümkün qədər cavab tapmağa çalışacağıq.

Masonluq sirr pərdələrini necə yırtır?
Çox yaxın keçmişə qədər bu sualın cavabını sıradan bir insanın bilmək şansı yox idi. Çünki “masonluq” anlayışı bir çoxları kimi bizim üçün də dünyanın bir çox təhlükəsizlik orqanlarının işi qədər məxfi və qapalı idi. Günümüzdə bunlar artıq tarixə çevrilib. Çünki masonluqla bağlı tam olmasa da yetərincə bilgi əldə etmək mümkündür. Ən başlıcası, bu “sirr pərdəsinin” müəyyən qatlarını masonların özləri qaldırmağa qərar verib. Hazırda İnternet səhifələrində dünyanın bir çox dillərində masonluq, onun təməl prinsipləri, fəaliyyəti, idarə olunması, strukturları barədə ümumi məlumatlar yayılır ki, bu da masonların təşəbbüsü ilə həyata keçirilir.

Görünür, masonluğun dönəmlə ayaqlaşaraq həyata keçirdiyi son böyük fəaliyyətlərdən biri özlərini toplumlara tanıtmaqdır. Təbii ki, “kimsə ayranına turş deməz” prinsipinə arxalanaraq masonlar özlərini müsbət yönlərdən tanıtmağa çalışır. Ancaq tanıtımlarını incələdikcə adamın ağlına ən böyük sual indi gəlir: “Bu qədər bəsit bir şeysə, niyə əsrlərcə məxfiliyini bu qədər ciddiyyətlə qoruyurdu?” Hər halda, hələlik öz yorumlarımızdan qaçmağa çalışaraq, rus və türkcə mənbələrə əsaslanıb çoxluq təşkil edən sualları cavablandıraq.

Masonluq nədir və nəyə xidmət edir?
Ad sahiblərinə görə, masonluq bütün insanlara barış və xoşbəxtlik arzulayır və bunun üçün inkişafı vacib sayır. Masonluq inkişaf üçün araşdırma və çalışmanın önəmli olduğunu və buna bir insan ömrünün yetməyəcəyini də vurğulayır. Mason olmağa çalışan insanın ömrü yetməsə də, insan olma və bütün insanlara sevgi bəsləmənin qüruru ilə bu idealı ürəyində və beynində səylə bəsləyərək mükəmməl insan olmağa çalışır. Özlərini bu tərəfdən tanıdan masonların dediklərinə rəğmən, hələ də informasiya ortamında masonların dünyanın terror təşkilatlarını bir mərkəzdən idarə etməsi kimi fikirlər də yer alır.

“Mason” kəlməsinin anlamı
Yetərincə şifrələr, kodlar, sirlər olan masonların adının mənası da bir şeylərə dayanır. Fransızcadan tərcümədə “mason” — “azad bənna” deməkdir. Masonluq da, başqa sözlə, “Azad Bənnaların Qardaşlığı” deməkdir.

Yəhudilər tərəfindən dəyişdirilmiş Tövratda yəhudilərin dünya millətlərinə qarşı əmr edilən vəhşət və qətliam formaları, diqqət çəkməyəcək gizli üsullar, müfəssəl şəkildə anladılmış çeşidli yollar göstərilir. Hansı ki, bu üsullar tətbiq ediləndə millətlər daxildən çökdürüləcək; nə hədəfdə olan millətlər bunu fərq edəcək, nə də olayların arxasında bir yəhudi adı keçməyəcək.
Yalnız öz rituallarında yəhudiliklə bağlantıları anlaşılan MASONLUQ Tövratın təlqinlərini olduğu kimi mənimsəyən yəhudiliyin gizli qollarından biridir. Masonlar yəhudilərlə əlaqələrini gizli tutmağı lazım bilir. Çünki onlara görə, sionizmlə eyni məqsəd güdüldüyünü anladaraq fəaliyyət göstərmək yerinə yardım təşkilatları kimi maskalanaraq xoşməramlı görüntüsü altında məqsədlərinə xidmət etmək daha məhsuldar nəticələrə gətirib çıxarır. Masonluq yəhudiliklə birbaşa əlaqəli olduğu üçün mason cəmiyyətlərində tətbiq olunan ritual və tədbirlər, eyni zamanda mason düşüncələri Tövratdan alınmış olacaq. XX əsrin II yarısında Türkiyədə masonların təbliğatçısı kimi tanınaraq çap olunan “Mimar Sinan” jurnalı 1983-cü ildə yazırdı: “Rituallarımızda Tövratdan saysız nümunələr var”.
Tövratın təhrif olunmuş əmrlərinə görə, yəhudi dünyagörüşü — sionizm
Yəhudiliyin qaynağını təşkil edən təhrifə uğramış Tövrata görə, tanrıları Yəhova tərəfindən oğullarına miras olaraq verilmiş yer üzünə sahib olmaq, dövlət qurmaq və hürriyyət sahibi olmaq yalnız yəhudi olanların haqqıdır. Yəhudi olmayan üçün bu haqlardan bəhs etməyə dəyməz və bu fəlsəfəyə görə, Adəm oğulları Yəhova oğullarının mülkü olan torpaqları işğal ediblər və ondan istifadə edirlər. Yəni bu görüşə görə, yəhudilərdən başqa qalan bütün millətlər anadangəlmə günahkardır. Yəhovanın oğulları tərəfindən “Sion”da (Qüds  yaxınlığındakı bir dağın adı və Tanrı Yəhovanın yer üzündə qurulacaq krallığının nişanıdır) qurulacaq “Dünya krallığı” yer üzünün yəhudilərin əlinə keçməsi və bu gizli savaşın sonunda bu millətin “Yer üzünün Allahı” elan edilmələri din anlayışlarının təməlini təşkil edir.

Masonluğun yaranma tarixi
Masonluğun tarixi XVIII əsrə dayanır. Bu dini-mənəvi hərəkat XVIII əsrin əvvəllərində Böyük Britaniyada yaranıb. Masonların ilk lojası olan Böyük Loja da 1717-ci ildə Londonda yaradılıb. Masonların Böyük Fransa inqilabına hazırlıqda böyük rolu olub. Katolikliyin yayğın olduğu ölkələrdə masonlar təqiblərə məruz qalıb. İtaliya, İspaniya və katolikliyin mövcud olduğu digər ölkələrdə liberal partiyaları “mason partiyaları” adlandırıblar.

Mason metafizikası və simvolikası mədəniyyət və incəsənətə böyük təsir göstərib. Motsartın “Sehrli fleyta” əsəri, Londondakı Müqəddəs Pavel kilsəsi, Moskvadakı bir çox kilsələr, ABŞ dollarının dizaynı və s. kimi misallar göstərmək olar. Ancaq masonlar da dünyanın tanınmış fəlsəfi cərəyanlarından çox yararlanmışlar. Rus qaynaqlarına görə, masonlar dünyagörüşlərində Pifaqor, Komfutsi, Zərdüşt və bir çox başqa mütəfəkkirlərin fikirlərini mənimsəyiblər.

Masonluq bir sistemdir?
Masonlara görə, onların konkret bir təqdimatını tətbiq etmək mümkün deyil. Bunun səbəbini onda görürlər ki, masonluğa hansı niyyətlə baxarsansa, o tərəfdən tanına bilinir. Məsələn, masonluğun başqa xüsusiyyətləri bir tərəfə buraxılıb yalnız məqsədləri göz önünə gətirilərsə, bunu demək mümkündür: masonluq bütün insan və toplumların barış və rifahı naminə fərdlərin bu yolda irəliləməsinə yardım edən bir sistemdir.

Onlar bu təqdimatın yanlış olmasa da, nöqsanlı olduğunu hesab edirlər. Çünki masonluğun məqsədlərinin hamısını tanıtmaq imkansızdır. Masonluq məqsədləri ilə yanaşı prinsipləri, tarixçəsi, struktur özəllikləri, iş mexanizmi, dünyagörüşü (və ya fəlsəfəsi) və hər biri mason olaraq anılan üzvlərinin fərdi keyfiyyətlərinin hamısı bir arada olmaqla bir bütündür. Masonluğu dərk etmək üçün onu ayrıntılı bir şəkildə incələmək gərəkdir. Onlara görə, hətta masonluğun  nə olduğunu anlamaq üçün masonların özlərinin belə illərcə çalışması gərəkdir.
masonlugun simvolları 

Masonluq, sadəcə, mafiyadır
Hələ prezident Ruzvelt bütün zamanlarda, xüsusilə də onun dövründə heç zaman olmadığı kimi dünyanı gizli cəmiyyətlərin idarə etdiyini deyirdi. Rus tədqiqatçısı Vladimir İstarkov masonluğun mafiyadan başqa bir şey olmadığını yazır. Yazara görə, masonluğun üç əsas məqsədi var: birincisi, bütün xristian ölkələrində şovinist xarakterli idarəetməni gizlətmək, kölələrin idarə olunmasının alt strukturuna başqa insanları cəlb etmək və tək yönətimin gizli qalmasını təmin etmək. V.İstarkova görə, təbii ki, heç bir xalq başında açıq-aşkar yəhudilərin durmasını qəbul etməzdi. Hər şeyə rəğmən mason təşkilatlanmasının bir piramida təşkil etdiyini söyləyən yazar hesab edir ki, əslində 99 dərəcəli olan bu piramidanın 1-33-cü dərəcələrini beynəlxalq mafiya, 1-66-cı dərəcələrini yəhudi mafiyası, 1-99-cu dərəcələrini isə dini mafiya idarə edir. Yazar sonuncu pillədə hətta satanistlərin olduğunu iddia edir və mason ritualları içində insan qanı içilməsinin də olduğunu iddia edərək bunun hannibalizm oluğunu vurğulayır. Bu, masonluğu kənardan yetərincə kəskin xarakterizə edən bir yazarın fikridir. Masonlar isə özlərini qismən tanıtmaqla yanaşı, sirr pərdəsinin çoxunu əslində qaldırmırlar.

Mason necə bir insandır?
Hər bir mason cəmiyyətimizin içindəki sıravi insanlardan biridir. Bizlərdən heç nə ilə fərqlənmir. Nə mükəmməl deyilə biləcək qədər çox üstün xüsusiyyətləri olan, nə də pis birisi deyil. Hər bir masonun da başqaları kimi doğruları və yanlışları var. Müsbət tərəfləri ilə bərabər nöqsanları da var. Bir mason bu hərəkatın məqsəd və prinsiplərini mənimsəmək, digər masonların bilik və bacarıqlarını əxz etməklə özünü inkişaf etdirə bilər.

Hər hansı bir mason və ya hətta hər hansı bir mason təşkilatı təkbaşına bütünlükdə masonluğu təmsil edə bilməz. Onlar hesab edir ki, barələrində söylənən mənfi və tənqidi fikirlər boşboğazlıqdan başqa bir şey deyil. Və illərcə masonlara qarşı olan ittiham xarakterli fikirlərə reaksiya verməmələrini də bununla əlaqələndirirlər.
Masonluq özünə xas bir quruluş və təşkilatlanma şəkli olan sosialyönlü dərnəkdir. Formalaşmaq və təkmilləşmək yolunda irəliləmək istəyənlər üçün zehni və ənənəvi, humanist xüsusiyyətli bir qurumdur. Masonluq əsasən ağılla və elmi üsullarla gerçəkləşən araşdırma metodu və sənətidir. Masonluq məqsədlərinin gerçəkləşməsinə könül vermiş, prinsiplərini daxildən mənimsəmiş “mason” deyilən insanların topluluğudur. Masonluq azad fikirlərin istehsal edildiyi, bunların azad paylaşılıb müzakirə olunduğu bir mühitdir. Masonluq yaxşı, gözəl, doğru olanı mənimsəməyə üstünlük verən bir həyat tərzidir. Ancaq bunlarla bərabər masonluq təkbaşına bunlardan heç biri deyil. Masonluq bunların hamısıdır və hətta bunlardan daha artığıdır.
Masonlar etiraf edir ki, tam ən pislik, dinsizlik, şeytanlıq, tanrıtanımazlıq, mənafelərini güdən və bunlara bənzər bir çox mənfi xarakterlərlə eyniləşdirilmişlər. Masonluğu bəzi doktrinaları özününküləşdirən, masonları bəlli olan bir ölkənin peykləri kimi göstərməyə çalışanlar da olub. Masonlar hesab edir ki, bütün bunlar masonluğun nə olub-olmadığının toplumlarda anlaşılmasından qorxanların taktikası olub. Nədənsə masonlar da uzun illər bütün bunlara dözümlülük nümayiş etdirib susmuşlar və yalnız son dövrlərdə masonluğun nə olub-olmadığını anlatmağa, üstündəki duman pərdəsini qaldırmağa qərar veriblər.

Masonluq gizli təşkilat və gizli təşkilatlanma deyil
Masonlara görə, özləri və üzvü olduqları təşkilatlar barədə ictimaiyyətə açıqlama vermədikləri haqdakı fikirlər doğru deyil. Sadəcə, bunları açıqlamaqda bir az çəkingən davrandıqlarını bildirirlər. Guya ictimaiyyət də masonların anlatdıqlarına çox da inanmaq istəməyib və onlara qarşı olanlara daha çox önəm veribmiş. Guya masonların uzun müddət içlərinə qapanmasının və özlərini anlatmaqdan vaz keçmələrinin də səbəbi bu olub ki, sonda ətraflarında sonu olmayan halqa yaranıb. Ətraflarında yaranmış halqanı qırıb özləri barədə fikirləri paylaşmağa qərar verən masonlar  özlərinin təşkilatlanma sistemini aşağıdakı kimi izah edirlər.

Loja — masonluqdakı çalışmaları ilə bir-birinə birbaşa bağlı olmayan müstəqil qurumlardır. Ancaq masonluqda “loja” kəlməsi həm də toplantıların keçirildiyi məkana deyilir.
lojalar 

Struktur
Böyük Loja — lojaların öz aralarında birləşərək yaratdığı federativ xarakterli təşkilat. Lojanın qurulması üçün onu idarə edə biləcək xüsusiyyətdə və yetərli sayda masonun bir araya gəlməsi gərəkdir. Lojanın müstəqilliyinə gəlincə isə o, müstəqil çalışacaqsa, yaranan hər hansı bir yeni lojanın heç bir mason təşkilatından izin almasına gərək yoxdur. Ancaq əgər bəlli bir böyük lojaya bağlanacaqsa, sonuncunun qəbul etdiyi qaydalara uyması gərəkdir. Hər lojanın 10-15 görəvlisi var. Bu görəvlilər loja üzvləri tərəfindən adətən  bir il müddətinə seçilir. Onlar loja toplantılarında bəlli bir məsuliyyət daşıyır.

Lojanın idarəçiliyinə gəlincə, qurum rəhbərinə “hörmətli ustad” kimi ifadələrlə müraciət olunur. Onun yardımçılarına isə “birinci nazir” və “ikinci nazir” titulları verilir. Bundan başqa, lojada “katib”, “ritual ustadı” olur. Lojadakı vəzifələrlə bağlı bütün titullar yalnız seçildiyi müddət ərzində keçərlidir və sonra qüvvəsini itirir. Ən azı üç müstəqil loja birləşərsə, Böyük Loja qura bilər. Dünyadakı mason təşkilatlarından bəzilərinə görə, yeni bir Böyük Loja qurmaq üçün heç bir mason təşkilatı ilə bağlantı yaratmaq vacib deyil. Bəziləri isə hesab edir ki, yeni Böyük Loja yalnız başqa düzənli böyük lojalar tərəfindən “düzənli” kimi qəbul edildiyi halda mason təşkilatı sayıla bilər. Masonluqda böyük bir loja tərəfindən ona bağlı olan lojaya “patent” kimi anılan “Quruluş arayışı” verilir. Yeni qurulmuş böyük bir lojanı da tanıyan Böyük lojalar hər biri ona “tanıma arayışı” verir ki, bu da “patent” kimi tanınır. Çox zaman bu “patent” amili yanlış anlaşılaraq bir izin, təsdiqləmə arayışı kimi qəbul edilir və bütün mason təşkilatlarının mərkəzdən yönəldilməsini əsaslandırmaq üçün vasitə kimi göstərilir. Masonlara görə, patent heç də bunu deməyə əsas verəcək sənəd deyil, sadəcə, patent verilmiş lojaya “düzənli” olduğunun tanındığını göstərən sənəddir. Məntiqlə isə yenə də mason təşkilatlarının dünyada bir-biri ilə sıx bağlı olduğunu deməyə əsas verən bir məsələdir. Masonlar isə iddia edir ki, dünya miqyasında mason təşkilatları arasında bəzi uyğunsuzluqlar var ki, bu da masonluğun tək bir mərkəzdən idarə olunmadığını deməyə əsas verir.
Ölkələr daxilindəki qanunlara görə şəkil alan mason təşkilatları mövcud olduqları ölkələrə görə, formalaşsa da, hərəkatın təməl prinsiplərindən kənara çıxmır. Masonluğun məqsəd və prinsiplərinə əməl edərək fəaliyyət göstərən hər bir Böyük Loja düzənli bir mason təşkilatıdır. Bir Böyük Lojaya bağlı olan lojaların düzənli sayılması üçün isə onun birincinin qərarlarına uyğun fəaliyyət göstərməsi gərəkdir. Əks halda, loja düzənsiz sayılır. Tərkibində düzənsiz bir loja olan Böyük Loja da düzənliliyini itirmiş sayılır.
 

Top