Artıq dediyimiz kimi, təkamül nəzəriyyəsi canlıların yaradılmadığını, təsadüflər və təbiət qanunları nəticəsində öz-özünə meydana gələrək, inkişaf etdiyini iddiа edirlər. Bu nəzəriyyəni elmi cəhətdən sübut etmək üçün iddia edilən dövrün hər mərhələsinə baxmaq və keçmişdə həqiqətən də belə bir təkamülün yaşanıb-yaşanmadığını, bunun mümkün olub-olmadığını araşdırmaq lazımdır. Həmin mərhələnin ilk pillələri isə cansız maddədən öz-özünə canlı orqanizmin yaranması ssenarisidir.
Bu ssenarini araşdırmazdan öncə biologiyada Lui Pasterdən bugünədək məşhur olan bir fikri xatırlatmaq lazımdır: "Canlı canlıdan doğur!" Bunu təbiətin hər yerində görmək mümkündür. Məsələn, məməli heyvanları anaları dünyaya gətirir, bitkilər toxumlardan cücərir, təkhüceyrəli canlılar, məsələn bakteriyalar bölünərək çoxalırlar və s. Bundan fərqli bir hal heç vaxt heç yerdə görünməyib. Dünya tarixi boyunca heç kim cansız maddələrin bir araya gələrək, canlı yaratdığının şahidi olmayıb. Hərçənd, Qədim Misirdə, Qədim Yunanıstanda, hətta orta əsrlərdə belə əcaib fikirlərə inanan insanlar olub; məsələn, misirlilər qurbağaların Nil çayının palçığından yarandığını zənn edirdilər, Aristotel kimi filosof bu inancı dəstəkləyib, orta əsrlərdə isə hətta siçanların çirkli paltarlardan əmələ gəldiyi ehtimаl olunub. Halbuki, tədricən bütün bunların cəhalətdən başqa bir şey olmadığı ortaya çıxıb və sonda tanınmış bioloq-alim Lui Paster məşhur təcrübələri ilə hətta ən bəsit canlılar sayılan bakteriyaların belə öz-özünə ortaya çıxmadığını, yəni cansız maddənin canlı yaratmadığını sübuta yetirib.
Amma təkamül nəzəriyyəsinin bu boş nağıllara ehtiyacı var. çünki canlıların heç bir yaradıcı müdaxilə olmadan əmələ gəlməsini və inkişafını iddia edir, bunun üçün isə ssenarinin ilk pilləsini, yəni birinci canlının təsadüfən yaranmadığını iddiа etməlidir. Həyatın mənşəyi mövzusu bаrəsində səthi bilgilərə sаhib olаn Dаrvin "həyat kiçik, isti bir döldə yaranmalıydı" deyərək, bir cümləlik izahla üstündən keçməyə çalışsa da, onun davamçıları məsələnin ciddiliyini anlayaraq, bu yöndə xüsusi səylər göstəriblər. Ancaq bütün XX əsr boyunca həyatın mənşəyinə dair təkamül nəzəriyyəsinə uyğun heç bir dəlil tapmaq mümkün olmayıb. Bütün araşdırmalar məsələni daha da dolaşıqlığа sаlıb. Cansız maddənin həyat əmələ gətirə biləcəyinə dair ən kiçik fakt tapmaq bir yana qalsın, təkamülçülər bunun heç nəzəri izahını da verə bilməyiblər. çünk ən kiçik canlı kimi qəbul edilən təkhüceyrəlilərin quruluşu da son dərəcə mükəmməl komleksə sahibdir: hələ hüceyrənin qalanını bir qırağa qoyaq, onun təməl hissələri olan zülallar, DNT və ya RNT-nin belə təsadüflər nəticəsində yaranması riyazi olaraq mümkünsüzdür. Bu isə birbaşa onların yaradıldığını sübuta yetirir. Nobel mükafatı laureatı, ingilis riyaziyyatçısı və astronomu Fred Hoyl (Fred Hoyle) bununla bağlı yazır:
“əslində həyatın ağıl sahibi olan bir varlıq tərəfindən yaradılması o qədər aşkardır ki, bütün insanların bu gerçəkliyi niyə qəbul etmədikləri, sadəcə, təəccüblüdür. Bunun (qəbul edilməməsinin) səbəbi elmi deyil, psixolojidir".
Hoylun söz açdığı psixoloji səbəb təkamülçülərin Allahın varlığına dəlalət edən bütün əlamətləri əvvəlcədən rədd etmələrilə nəticələnir. Onlar özləri də bunu dəfələrlə etiraf ediblər ki, sadəcə Allahın varlığını qəbul etməmək üçün kor-korаnə ağlasığmaz ssenarilərə inanırlar. Təkamül nəzəriyyəsinə aid kitablarımızda bu məsələni geniş araşdırmışıq. Indi isə diqqətimizi mason lojalarına çevirərək, onların məsələ ilə bağlı fikirlərini nəzərdən keçirəcəyik. "Əslində həyatın ağıl sahibi olan bir varlıq tərəfindən yaradılması bu qədər aşkar" olduğu hаldа, masonlar niyə ayrı cür fikirləşirlər? Ustad mason Səlami Işındağ "Təkamül yolu" adlı kitabında bunu belə izah edir:
“əxlaq məktəbimizin ən əsas xüsusiyyəti elm və ağıldan ayrılmamaq, Teizmin məchulluğuna, gizli mənalarına və ehkamlarına girməməkdir. BUNA ƏSASƏN DEYIRIK KI, həyatın ilk əmələ gəlməsi bu gün bilmədiyimiz, kəşf etmədiyimiz şəraitdə kristallarda başlamışdı. Təkamül qanunu ilə canlılar əmələ gəldi və yavaş-yavaş yer üzünə yayıldılar. Təkamülün nəticəsində bugünkü insan formalaşdı. Elmi və ağlıyla heyvanları üstələdi”.
Bu sitatda işlədilən səbəb-nəticə əlaqəsinə diqqət yetirmək gərəkdir: Işındağ masonluğun əsas xüsusiyyətinin Teizmi, yəni Allah inancını qəbul etməmək olduğunu vurğulayır. Və ardınca da bildirir ki, "BUNA ƏSASƏN" həyatın cansız maddədən öz-özünə yarandığını, sonra təkamül keçirdiyini və bu prosesin insanın yaranmasına qədər davam etdiyini düşünürlər. Diqqət edin ki, onun təkamül nəzəriyyəsinə verdiyi dayaq hansısa bir elmi fakt deyil. (Belə bir faktın olmadığını, o, əslində "bu gün bilmədiyimiz, kəşf etmədiyimiz şəraitdə" ifadəsilə üstüörtülü şəkildə etiraf edir). Təkamül nəzəriyyəsinə verilən dayaq sadəcə odur ki, "masonluq Teizmi qəbul edə bilməz". Yəni masonlar təkamül nəzəriyyəsinə yalnız ona görə inanırlar ki, Allahın varlığını qəbul etmək istəmirlər.
33-cü dərəcəli Türk masonlarının keçirdiyi "Türkiyə Yüksək Şurası"nın qeydlərində isə təkamül ssenarisi izah ediləndən sonra masonların "yaradılış izahını rədd etmələri" belə açıqlanır:
“çox qədim dövrlərdə qeyri-üzvi maddələr mühitində üzvi həyat ortaya çıxmışdı. Zülallar təkhüceyrəli orqanizmləri əmələ gətirmək üçün qruplaşdılar. Sonra şüur meydana gəldi və insan yarandı. Amma haradan? Bu sualı öz-özümüzdən dəfələrlə soruşuruq. Doğrudanmı, Allahın palçığa üfürməsindən? Biz anormal yaradılış prosesini, insandan xaric yaradılışı rədd edirik. Həyat və həyat ağacı var olduğuna görə, biz filogenetik silsiləni izləyərək, bu böyük prosesi hiss etməli, anlamalı, duymalıyıq. Həyatın yaranmasının bir inkişaf prosesi olduğunu, müəyyən anda bir müstəvidən başqa müstəviyə keçdiyini qəbul etməliyik”.
Bu sitatın müəllifi "Biz anormal yaradılış prosesini, insandan xaric yaradılışı rədd edirik" deməklə, humanist fəlsəfənin təməl ehkamını - "insan var olan ən uca varlıqdır" müddəasını təkrarlayır. "Anormal yaradılış prosesi" deyəndə isə canlıların Allah tərəfindən yaradılmasını nəzərdə tutur və bunu rədd edir. (Halbuki, əslində anormal olan, yəni ağla, elmə, təcrübəyə, eksperimentlərə zidd gələn düşüncə cansız maddənin öz-özünə canlı yaratdığını iddia edən masonların inancıdır.) Diqqət etsəniz, görərsiniz ki, masonların izahlarında heç bir elmi dəlil, arqument yoxdur. Onlar sadəcə "Təkamülə dair elmi arqumentlər var, buna görə də yaradılışı rədd edirik" - deyib, dururlar. Sadəcə qərəzli və kor-korаnə bir inanc...
Bu inanc mason nəşrlərində israrla vurğulanır. Ustad mason Səlami Işındağ "Təbiətdən kənarda bizi idarə edən, qarşısında məsuliyyət daşıdığımız heç bir gücün olmadığını" iddia edir, sonra da "həyatın tək hüceyrədən başlayıb, təkamül yolu ilə bugünkü mərhələyə çatdığını" bildirir. Ardınca isə təkamül nəzəriyyəsinin masonlar üçün nə demək olduğunu belə izаh edir: "Təkamül baxımından insanla heyvan arasında heç bir fərq yoxdur. Insanın yaranması və təkamülünə təsir göstərən qüvvə heyvanlara təsir göstərən qüvvədən fərqli deyil".
Bu iddia masonların təkamül təliminə niyə önəm verdiklərini açıqca göstərir. Onların məqsədi insanın yaradılmağı fikrini müdafiə etmək, bununla da öz humanist və naturalist fəlsəfələrini kəsərli göstərməkdir. Bu yöndə yeganə arqumentləri isə təkamül nəzəriyyəsidir. Ona görə də masonluq necə və nəyin bahasına olursa-olsun, təkamül nəzəriyyəsinin yayılmasına və dəstəklənməsinə çalışır. Bu isə biz dindarları daim "ehkamçı" olmaqda günаhlаndırаn masonların özlərinin ehkamçı olduqlarını göstərir.
Mason ehkamçılığı
Ehkamçılıq (doqmatizm) - doğruluğuna dair heç bir arqument olmayan fikri psixoloji səbəblərdən israrla və kor-korаnə müdafiə etməkdir. Ehkamçılar (doqmatiklər) öz inandıqları fikri qeyd-şərtsiz, sübutsuz qəbul edir və müzakirəyə çıxarmırlar. Masonlar və dinə qarşı çıxan digər qruplar həmişə dindarları ehkamçılıqda suçlayıblar. Bu ittihamlar indinin özündə də davam edir. Məsələn, təkamül nəzəriyyəsi ilə bağlı mübаhisələrdə təkamülçülər bu təlimi qəbul etməyənləri ehkamçılıqda günаhlаndırır, elmin doqmatizmi yaxına buraxmadığını bildirərək, özlərini elmli elan edirlər. Halbuki bu, saxtakarlıqdan başqa bir şey deyildir. çünki Allahın varlığına və Onun bütün həyаtı yaratmasına inanmaq elmi sübutlara əsaslanan bir inancdır - təbiətdə möhtəşəm bir tarazlıq, sistem və layihələndirilmə var ki, onun şüurlu şəkildə qurulduğu açıq-aşkardır. Elə Qurani-Kərimdə də insanlar Allahın varlığına inanmağa çağırılarkən, bu sistem tarazlıq üzərində düşünməyə dəvət edilir. Bir çox ayələrdə Allahın göylərdəki və yerdəki dəlilləri üzərində düşünmək əmr olunur. Ayələrdə diqqətə çatdırılan bu dəlillər kainatdakı tarazlıq və düzən, dünyanın insan yaşamına uyğun yaradılması, bitki və heyvanların optimal quruluşu, insanın ruhi özəllikləri kimi məsələlərdir ki, çağdaş elm bütün bu sahələrdə Allahın varlığını göstərən açıq sübutlar ortaya qoyur. (Ətrаflı məlumаt üçün Harun Yəhyanın "Allah ağılla tanınır", "Kainatın yaradılışı", "Möcüzələr zənciri", "Həyatın gerçək mənşəyi", "Düşünən insanlar üçün" kitablarına baxın.)
əsil doqmatizm isə bütün bunları görməzliyə vuraraq, Allahı inkar edən, kainatın və canlıların təsadüflər nəticəsində yarandığını deyib duran inkarçılara aiddir. Masonlar eynilə bu cür hərəkət edirlər. Allahın varlığının dəlillərini aşkar görmələrinə rəğmən, humanist və materialist fəlsəfə uğrunda bütün bunları rədd edir, görməzliyə vururlar. Allah Quranda o cür insanlardan belə bəhs edir:
“Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini aşkar və gizli nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? Insanlar içərisində eləsi də vardır ki, nə bir elmə, nə bir doğru yol göstərən rəhbərə, nə də bir nurani kitaba əsaslanmadan Allah barəsində mübahisə edir. Onlara: "Allahın nazil etdiyi Qurana tabe olun!", - deyildikdə, onlar: "Xeyr, biz atalarımızın getdiyi yola tabe olacağıq!", - deyə cavab verərlər. Bəs şeytan onları cəhənnəm odunun əzabına çağırırsa, necə? Yenədəmi həmin yolla gedəcəklər?” (“Loğman” surəsi, 20-21).
Ayədə inkarçıların Allahın dəlillərini görə-görə Onun dininə qarşı savaşdıqları bildirilir. Bunun səbəbi isə həmin inkarçıların "atalarının inandıqları şeylərə inanmaları", yəni kor-koranə bir ənənəni davam etdirmələridir. Bu "ənənə" anlayışının kitabın əvvəlindən bəri incələdiyimiz mason tarixi və fəlsəfəsilə çox sıx bağlı olduğunun fərqinə vardınızmı? Bəli, masonluq ənənəçiliklə olduqca sıx bağlıdır. çünki masonluq min illər əvvəl bütpərəstlikdən qаynаqlаnаn bir ənənə şəbəkəsindən başqa heç nə deyildir. Onlar Qədim Misir fironlarının, fironların sehrbazlarının, Qədim Yunanıstanın materialist filosoflarının, hermetiklərin, kabbalaçıların, tampliyerlərin, gül-xaçlıların və özlərindən əvəlki digər mason dərnəklərinin ənənələrini kor-koranə davam etdirirlər. Günümüzün mason lojalarında hələ də min illər əvvəlki əfsanələr, simvollar, kəlmələr işlədilir. Masonlar hamısı yüksək təhsil görmüş insanlar olmalarına, cəmiyyətin yüksək təbəqələrindən gəlmələrinə rəğmən, əllərinə ulduzlu qılınclar, quru kəllələr alır, Qədim Misir dilində sözlər mırıldanaraq, Qədim Misir paltarları geyir, əcaib, qəribə mərasimlər keçirirlər. Masonluğun nə olduğunu bilməyən insan lojaya girsə, tragikomedik tamaşa səhnəsinə düşdüyünü zənn edəcək, gözləri bağlı, boyunda ip gəzdirən, bir ayağı yalın gəzişən masonu görəndə isə bəlkə də, gülməkdən uğunub gedəcək. Amma öz dünyalarına qapılıb yaşayan masonlar bu qəribəlikləri çox normal qarşılayır, lojaların mistik atmosferində psixoloji rahatlıq duyur, sonra da oturub bir-birlərinə "atomların ruhu var, onlar bir araya gəlib, canlıları yaradırlar", "dünya maqmanın görünməz zəkası nəticəsində yarandı", "Ana Təbiət bizləri nə gözəl yaradıb" kimi xürafatlar danışır, üstəlik, bunlara da inanırlar. Sadəcə ənənələri qorumaq üçün baş verən bütün bu komediya o qədər böyük bir zırramalıqdır ki, belə bir fikir sisteminin hələ də yaşadılmasına ancaq heyrətlənmək olar.
Masonların öz ənələrinə kor-koranə bağlılıqları onların böyük əhəmiyyət verdikləri "landmark" anlayışında ortaya çıxır. Ingilis kəlməsi olan "landmark" tarixi önəm və mənanı simvollaşdıran quruluş anlamına gəlir. Mason leksikonunda isə "landmark"lar təşkilatın qurulduğu gündən bəri dəyişmədən gələn qaydalardır. Bəs onlar niyə heç dəyişməyib?
Masonların bu suala çox maraqlı cavabları var. "Memar Sinan" dərgisinin 1992-ci ildə çıxan saylarının birində bununla bağlı yazılıb:
“Masonluğun landmarkları çox qədimdən gələn qanunlardır. Onlar dövrdən-dövrə, nəsildən-nəslə keçib. Heç kim onların nə zaman ortaya çıxdığını bilmir. Kimsənin onları dəyişdirməyə və ya ləğv etməyə haqqı yoxdur. Onlar cəmiyyətin yazılı və yazılmamış qanunlarıdır. Yazılı olmayan landmarklar heç bir başqa yerdə öyrənilməsi mümkün olmayan loja ritualları və təlimləridir. Yazılı landmarklar isə altı dənədir və ilk dəfə 1723-cü ildə Böyük Britаniyаdа qəbul edilmiş Konstitusiyadа "Azad masonun mükəlləfiyyətləri" başlığı altında oxunula bilər”.
Gəlin, bu sözləri ağıl süzgəcindən keçirərək, düşünək: ortada masonluq adlı təşkilat var. Onun üzvləri əsrlərdir ki, kim tərəfindən qəbul edildiyi bəlli olmayan qaydalara əməl edirlər. Özü də qəti olaraq bu fikirdədirlər ki, həmin qaydaları heç kim dəyişdirə bilməz. Və aralarından heç kim "niyə bütün bunlara əməl edirik" deyə soruşmur!.. Üstəlik, bu əcaib mərasimlərə əməl etmək uğrunda elmi kəşfləri də görməzliyə vururlar. Belə bir icmanın "elm və ağıl" yolunda olduğuna inana bilərsinizmi?
Yuxarıda sitat gətirdiyimiz məqalənin başqa bir yerində isə bir masonun landmarklara "soruşmadan itaət etmə" yanaşması belə izah olunur: "Mənim üçün landmark masonluğun o qədər qədimdən mövcud olan bir hissəsidir ki, nə lojada olаn, nə də azad mason olaraq davranışımla bağlı onun haradan gəldiyini heç düşünməmişəm; mən heç bir narahatlıq duymadan onunla yaşayıram".
Haradan gəldiyini heç düşünmədikləri qaydalara inanan və bunlarla yaşayan insanlardаn ibаrət dərnəyi "ağıllı" saya bilərsinizmi?
Şübhəsiz, masonluğun "ağıllı və elmli" olmaq iddiası tamamilə boşdur. Onlar da digər materialistlər kimi daim "elm və ağıl" kəlmələrini işlətmələrinə rəğmən, əslində, heç bir məntiqi və elmi əsası olmayan fəlsəfəni müdafiə edir, elmin ortaya qoyduğu gerçəklərə isə göz yumurlar. Bu durum onu göstərir ki, masonluq insanları Allaha iman gətirməkdən uzaqlaşdıran, onları boş qaydalar, xurafatlar, əfsanələrlə aldadıb, yanlış yola salan bir yalan şəbəkəsidir. Quranda Allahı qoyub, Günəşə səcdə edən bütpərəst Səba qövmü ilə bağlı deyilən "Şeytan onları yoldan azdırıb, ona görə də hidayətə qovuşa bilmirlər" (“Nəml” surəsi, 24) sözləri masonluq üçün də keçərlidir. Masonlar ulduzlu simvollarla, mistik inanclarla bəzənən köhnə bir təlimə görə Allahın dinini rədd edirlər. Özü də təkcə rədd etməklə kifayətlənmir, həm də dinə qarşı savaş aparırlar. Və bu savaş çox uzun bir müddətdir ki, davam edir.