Masonların ruhun varlığını inkar etmələri, insanı sadəcə maddədən ibarət saymaları da, dedikləri kimi, yalnız "elmin iddiası" deyil. əksinə, günümüzdəki elmi kəşflər bunun tam əksini göstərir. çağdaş alimlərə görə, insanın düşünmək qabiliyyəti beyindəki neytronlarla, onları əmələ gətirən molekul və atomlarla deyil, tamam kənar, anlaşılmaz bir substansiya ilə, qaynaqla bağlıdır. Məsələn, məşhur araşdırmaçı Uilder Penfild (Wilder Penfield) uzun illər apardığı tətqiqatlardan sonra ruhun varlığının inkaredilməz bir həqiqət olduğunu bildirir:
"Ağlı sadəcə beynin funksiyası kimi izah etmək üçün illərlə çalışandan sonra başa düşürsən ki, varlığımızın iki ünsürdən ibarət olması haqqında deyilənlərlə razılaşmaqdan başqa yol yoxdur. Ağlı yalnız beyində baş verən fiziki-kimyəvi proseslərlə izah etmək mümkünsüzdür. Demək, varlığımız iki ünsürdən - maddə və ruhdan ibarətdir".
Elm adamlarını bu qənaətə gətirən səbəb şüurun heç bir halda maddi amillərlə izah olunmamasıdır. Insan beyni 5 duyğumuzun toplandığı və analiz edildiyi möhtəşəm kompüter kimidir. Amma bu kompüterin "mənlik" duyğusuna sahib olması, hiss etməsi, düşünməsi mümkün deyil. Tаnınmış ingilis fiziki Rocer Penrouz (Roger Penrose) "The Emperor's New Mind" (Imperatorun yeni fikri) adlı kitabında bununla bağlı yazır:
“Konkret insana onun şəxsiyyət duyğusunu verən nədir? Vücudu əmələ gətirən atomlarmı? Insanın kimliyi atomları əmələ gətirən elektron, proton və digər hissəciklərin seçimindənmi asılıdır? Bunun belə olmadığını göstərən azı iki səbəb var. Birincisi, hər bir canlının bədəni durmadan dəyişir. Doğulduğumuz andan bəri vücudumuzun bütün hüceyrələri dəfələrlə dəyişilib, yeniləri ilə əvəz olunur. Ikinci səbəb isə kvant fizikası ilə bağlıdır. əgər bir kimsənin beynində hansısa elektron başqa maddədə olan elektronla əvəzlənsəydi, heç bir fərq ortaya çıxmazdı. Sistem eynilə əvvəlki kimi çalışardı. Eyni fikir protonlara və digər bütün hissəciklərə də aiddir. əgər bir insanın bədənində bütün maddə bir evin uyğun maddəsi ilə dəyişdirilsəydi, sözün həqiqi mənasında heç bir fərq ortaya çıxmazdı".
Eyni şeyi beyni əmələ gətirən maddə haqqında da demək olar. Demək, insanı insan edən nəsnə maddə deyil, onun tamamilə fövqündə olan bir şeydir. Penrouz kitabının nəticə bölməsində bununla bağlı bildirir:
"...Şüur elə bir varlıqdır ki, onun hansısa təsadüflər nəticəsində yarandığına heç vaxt inana bilmərəm. Biz bütün kainatı, onun əmələ gəlməsini şüur nəticəsində anlaya bilirik".
Yaxşı, bəs bunun qarşılığında materializm nə deyir? Materialistlər insanın sadəcə maddədən ibarət olduğunu, cansız atomların təsadüfən yan-yana gələrək, insan kimi ağlı, duyğuları, düşüncələri, xatirələri olan bir varlığı əmələ gətirdiyini iddiа edirlər. Bəs bu zaman nəyə əsaslanırlar?
Bu sual bütün materialistləri maraqlandırır, amma mason qaynaqlarında onunla bağlı daha maraqlı fikirlər var. Həmin qaynaqlara baxanda materialist düşüncəsinin əsаsında xurafat bir inаncın durduğu ortaya çıxır.
Mason materializmi:
Maddənin tаnrılаşdırılmаsı
Materialist fəlsəfənin nə olduğunu daha yaxşı başa düşmək üçün təsəvvür edin ki, onu qəbul edənlər kainatda mövcud olаn möhtəşəm sistemin və tarazlığın, dünyadakı minlərlə fərqli canlı növünün və biz, insanların yalnız və yalnız atomların təsadüfən birləşməsi nəicəsində ortaya çıxdığına inanırlar. Başqa sözlə desək, cansız və şüursuz atomların "yaradıcı" olduğunu düşünürlər. Bu fikir nə qədər modern göstərilməyə çalışılsa da, əslində qədim dövrlərdən bəri mövcud olan bütpərəstliyin təkrarından başqa heç nə deyildir. Bütlərə qulluq edənlər sitayiş etdikləri heykəllərin, totemlərin bir ruhu, qüdrəti olduğuna inanıblar, yəni cansız və şüursuz maddəyə yüksək xüsusiyyətlər qazandırıblar. Bu, şübhəsiz ki, son dərəcə səfeh bir inancdır. Allah Quranda bütpərəstlərin bu səfeh inancına diqqət yetirir. Peyğəmbər qissələrində bütpərəst qövmlərin inancının mənasız olduğu daim vurğulanır. Məsələn, Hz.Ibrahim atasına "Ata, eşitməyən, görməyən və sənə heç nədə kömək etməyən şeylərə necə inanırsan",- deyə sual edir. (“Məryəm” surəsi, /42).
Materialistlər isə dövrümüzün bütpərəstləridir. Onlar daşdan, taxtadan heykəllərə olmasa da, bunları və bütün digər cisimləri əmələ gətirən "maddə" məfhumuna inanır, bu maddənin sonsuz güc, ağıl və elm sahibi ola biləcəyini düşünürlər. Mason qaynaqlarında bununla bağlı çox maraqlı fikirlər var. çünki masonlar materializmdəki bütpərəst inancı açıq etiraf edirlər. "Mimar Sinan" jurnаlındа nəşr olunаn bir məqalədə olduğu kimi:
"Atomlar hansısa maddəni əmələ gətirmək üçün öz-özünə müəyyən bir sistemlə təşkilatlanırlar. Bunu həyata keçirən güc hər bir atomun malik olduğu ruhdur. Hər bir ruh elm olduğuna görə, hər bir məxluq dahidir. Özü də bərabər səviyyədə - bir insan, bir heyvan, bir bakteriya, bir molekul eyni dərəcədə dahidirlər".
Göründüyü kimi, burada hər bir atomun ağla və elmə sahib olduğu iddia edilir. Hər varlığın ibarət olduğu atomların sayəsində şüura sahib olduğunu bildirən və insan ruhunun varlığını rədd edən mason müəllifi insanı da heyvanlar və ya cansız molekullar kimi bir atom yığını hesab edir. əslində isə gerçək budur: cansız maddənin (yəni atomların) bir ruhu, şüuru, ağlı yoxdur. Bu, sübut olunmuş faktdır. Şüur ancaq canlılarda var ki, bunu da onlara Allah verib. Insan isə canlılar arasında ən üstün şüura sahibdir, çünki Allahın verdiyi ruhu daşımaqdadır. Başqa sözlərlə desək, şüur cansız maddədə deyil, ancaq ruhu olan varlıqlardadır. Masonlar isə Allahın varlığını qəbul etməmək üçün atomlara ruh "yapışdıracaq" səviyyədə səfeh bir inanca üz tuturlar.
Masonların qəbul və müdafiə etdikləri bu inanc, əslində "animizm" adlanan və təbiətdəki bütün varlıqların (dağların, daşların, küləyin, suyun) ruhu və şüuru olduğunu hesab edən əski paqan (bütpərəst) etiqadın yeni ifadəsidir. Bu inanc materializmə antik yunan filosofu Aristotel tərəfindən gətirilib və sonradan ayrıca cərəyan kimi formalaşıb. Mason nəşrləri bu mövzuda maraqlı izahlarla zəngindir. Məsələn, "Mimar Sinan" jurnаlındа nəşr olunаn "Gerçəyin yolu" başlıqlı məqalədə deyilir:
"Animist yanaşma ilə atomda ruhun varlığını qəbul etsək, iyerarxik inkişafla atom ruhcuqlarını yönəldən molekul, molekul ruhcuqlarını yönəldən hüceyrə, hüceyrə ruhcuqlarını yönəldən orqan və hamısının üzərində duran, bütün bədəni yönəldən ana ruh bütün ruhların tanrısı deyilmi?"
Bu batil və ibtidai inanc masonları kainatda mövcu olаn tarazlıq və sistemin cansız maddələr tərəfindən təmin olunması fikrinə gətirib çıxarır. Yenə də "Mimar Sinan" dərgisində dünyanın ideoloji inkişafındаn bəhs edilən bir məqalədə belə yazılır:
"Bu proseslər elə incə hesablarla gerçəkləşdirilib ki, birbaşa deyə bilərik: canlı yaşamın bugünkü hala düşməsi maqmanın görünməz zəkası sayəsində mümkün olub. Yoxsa sular çuxurlarda toplanmaz, Yer üzü başdan-başa bir su kürəsi halına gələrdi".
Eyni jurnalda başqa bir məqalədə isə ilk canlı hüceyrənin və ondan törəyən digər hüceyrələrin şüurlu olduqları, plan əsаsındа onu tətbiq etdikləri iddia olunur:
"Dünyada həyatın başlanğıcı bir hüceyrənin meydana gəlməsi ilə yaranıb. Bu tək hüceyrə dərhal hərəkətə gələrək, sanki üsyankarcasına ikiyə bölünüb çoxalmaqla həyatını davam etdirib. Bölünmədən yaranan yeni hüceyrələr boş-boşuna dolanmağın mənasız olduğunu dərk edərək, həyatı qorumaq üçün planlı şəkildə digər hüceyrələrlə birləşiblər".
Aydındır ki, heç bir hüceyrə plan qurub, tətbiq edəcək qədər şüuru yoxdur. Buna inanmaq, yumşaq desək, səfehlikdir. Buradan da göründüyü kimi, masonlar Allahın varlığını və yaratma sifətini qəbul etməmək üçün atomlara, molekullara, hüceyrələrə ağıl, fədakarlıq və s. gülünc sifətlər "yapışdırırlar". Təsəvvür edin ki, bir tablonun necə çəkildiyini sizə belə izah edirlər: boyalar planlı şəkildə bir-birinə xəbər yollayaraq, birgə çalışıblar, hamısı kətanda yerini alıb və şəkil yaranıb. Inanarsınızmı? əlbəttə, yox. Bax, masonların dedikləri də elə buna bənzəyir.
Masonların və digər materialistlərin batil inancının gündəlik həyatda tez-tez qarşılaşdığımız bir ifadəsi də "Ana Təbiət" anlayışıdır. Təkamül nəzəriyyəsini müdafiə edən sənədli filmlərdə, kitablarda, jurnallarda, hətta reklamlarda belə qarşımıza çıxan "Ana Təbiət" ifadəsi təbiətdəki cansız maddələrin (azot, oksigen, hidrogen, karbon kimi elementlər, onların əmələ gətirdiyi torpaq, su, hava və s.) şüura və gücə sahib olduğunu, insanlar da daxil olmaqla bütün canlıları yaratdığını ifadə etmək üçün işlədilir. Heç bir məntiqə və savadlı analizə əsaslanmayan bu xurafat sadəcə təlqin yolu ilə bəzi fikirləri insanların beyninə yeritmək niyyəti daşıyır. Məqsəd isə аydındır, insanlar gerçək yaradıcıları olan Allahı unudаrаq, əvəzində, təbiətə sitаyiş etmək kimi bütpərəst inancın arxasınca getsinlər. Masonluğun bütün səyləri məhz buna yönəlib. "Mimar Sinan" jurnаlındа təkamül nəzəriyyəsi ilə bağlı yayımlanan bir məqalədə "Ana təbiətin qurduğu sirli uyğunluqdan" söz açılır, bu düşüncənin masonluğun humanist fəlsəfəsinin əsası olduğu vurğulanır və masonluq tərəfindən tam dəstəkləndiyi bildirilir: "Canlılar aləminin həyatında maddələr mübadiləsi baxımından yer üzündə və içimizdə yaşayan yararlı mikrobların, bütün bitkilərin, heyvanların və "ana təbiət"in qurduğu sirli ahəng içində yaşaması masonluğun barış, güvən, xoşbətlik ideyaları ilə tam üst-üstə düşür".
Masonluğun öz ideologiyasını təlqin etmək üçün istifаdə etdiyi vasitələrdən ən önəmlisi isə materializmin və humanizmin "elmi dayağı" olan təkamül nəzəriyyəsidir. Qarşıdakı fəsildə Darvinin həyatından dövrümüzdəki təkamül təbliğatına qədər olan proseslərin iç üzünü açacaq və bütün dövrlərin ən böyük elmi yalanının masonluqla gizli əlaqəsini ortaya çıxaracağıq.