Tampliyerlərdən bəhs edərkən bu qəribə səlibçi təşkilatın Qüdsdə tapdığı gizli təlimdən yararlandığını bildirmişdik. Onların məhz bunun nəticəsində xristianlığı tərk edərək, magiya ayinləri həyata keçirdiklərini də demişdik. Okultizm (gizli elmlər) tarixinin məşhur ekspertlərindən sаyılan fransız yazarı Elias Lui (Elias Lui) "Histoire de la Magie" (Magiya Tarixi) adlı kitabında tampliyerlərin Kabbala doktrinası əsаsındа gizli təlim yаrаtdıqlаrını tutarlı arqumentlərlə əsaslandırır.
Məşhur italiyalı yazıçı Umberto Eko "Fuko rəqqası" romanında bu gerçəklərdən bəhs edib. Eko əsərindəki obrazların dililə tampliyerlərin Kabbalanın təsirinə düşdüklərini və kabbalistlərin Qədim Misir dövründəki fironlara gedib çıxan bir sirrə malik olduqlarını bildirir. Ekoya görə, qədim misirlilərin bəzi mistik adətləri yəhudilərin liderləri tərəfindən öyrənilmiş və əhdi-ətiqin ilk beş kitabına salınmışdı. Ancaq elə üstüörtülü şəkildə salınıb ki, onu ancaq kabbalistlər anlaya bilirlər (Qeyd edək ki, sonralar Ispaniyada yazılan və Kabbalanın əsasını təşkil edən Zöhar bu beş kitabın sirləri haqqındadır.
Umberto Eko kabbalistlərin Qədim Misirdən mənimsədikləri bu mistik bilgilərin Süleyman Məbədinin həndəsi quruluşundan və ölçülərindən də öyrənildiyini yazır. Eyni zamanda qeyd edir ki, tampliyerlər bu sirləri həm də "...o zaman Qüdsdə qalan bir ovuc kabbalist hahamdan öyrəniblər".
Tampliyerlər Qədim Misir-Kabbala təlimini mənimsəməklə, təbii ki, Avropada hakim din olan xristianlığa qarşı çıxırdılar. Bu işdə onlarla bir sırada duran digər qüvvə isə yəhudilər idi. 1307-ci ildə Fransa kralı və Papanın birgə qərarı ilə tampliyerlərin darmadağın edilməsindən sonra xristianlığa qarşı çıxan qüvvələr fəaliyyətlərini üstüörtülü və daha radikal şəkildə davam etdirmişdilər. Öncə dediyimiz kimi, tampliyerlərin bir qismi həbsdən və edamlardan qurtularaq, o vaxtkı Avropada Papanın əlinin çatmadığı yeganə dövlətdə - Şotlandiya krallığında gizlənmişdilər. Şotlandiyada bənna birliklərinə (lojalarına) yol tapаrаq, tədricən onları tamamilə ələ keçirmişlər və beləliklə, masonlar bu ölkədə kök sаlmаğа bаşlаmışdılаr. Hətta indi də masonluğun əsas təməllərindən biri Şotlandiya Ritidir.
"Yeni masonluq düzəni" adlı kitabımızda аrаşdırdığımız kimi, XIV əsrin əvvəllərindən başlayaraq, Avropa tarixinin ən əsas məqamlarında tampliyerlərin və onlarla əlaqədə olan yəhudilərin izlərini görmək mümkündür. Bu məsələlərə bir daha qısaca nəzər salaq:
* Fransadakı Provans əyaləti tampliyerlərin ən əsas sığınacaqlarından biri idi. Həbslər zamanı onların çoxu burada gizlənmişdilər. Bu bölgə həm də Avropanın sanballı Kabbala mərkəzlərindən biri idi. O vaxta qədər şifahi halda yaşadılan Kabbala məhz Provansda kitab halına salınmışdı.
* Tarixçilərin qənaətinə görə, 1381-ci ildə Ingiltərədə başlayan kəndli qiyamı hansısa bir "gizli təşkilat" tərəfindən qızışdırılmışdı. Həmin "gizli təşkilat" isə çox böyük ehtimalla, Tampliyerlər Ordeni olub. Qiyamın məqsədi sosial partlayışı katolik kilsəsinə tərəf istiqаmətləndirməkdən ibarət idi.
* Bu qiyamdan yarım əsr sonra indiki çexiyanın Bohemiya bölgəsində Con Hass (John Huss) adlı bir din xadiminin katolik kilsəsinə qarşı başlatdığı hərəkatın arxasında da tampliyerlər durmuşdular. Hass Kabbala ilə yaxından tanış idi. Öz fikirlərini Aviqdor Ben Isaak Kara (Avigdor Ben Isaac Kara) adlı bir nəfərin təsirilə formalaşdırmışdı ki, həmin şəxs də Praqadakı yəhudi icmasının hahamlarından biri və tanınmış kabbalist idi.
Bu misallar (onların sayını xeyli artırmaq da olar) göstərir ki, tampliyerlərlə kabbalaçıların ittifaqı Avropa tarixinə və sosial sisteminə ciddi təsir göstərmişdi. Onlar xristianlıq üzərində qurulan Avropa mədəniyyətini dəyişdirməyə, Kabbalaya əsaslanan mədəniyyətlə əvəzləməyə çalışırdılar. Bunun ardınca isə siyasi dəyişmələr bаş verəcəkdi - Fransa və Italiya inqilabları kimi...
Qarşıdakı bölümlərdə Avropa tarixinin bəzi vacib mərhələlərini araşdıracağıq. Və hər dəfə şahid olacağıq ki, Avropada dini sarsıtmağa, onun əvəzində dinsiz bir sistem qurmağa çalışan ciddi bir qüvvə var idi. Bu qüvvə Qədim Misirdən Kabbalaya qədər gələn təlimi Avropaya qəbul etdirməyə çalışıb. Həmin təlimin əsasında isə, öncə də dediyimiz kimi, iki anlayış dururdu: humanizm və materializm.
Gəlin, əvvəlcə humanizmin nə olduğunu araşdıraq.