İngilis mason yazarlarından Kristofer Nayt (Christorher Knight) və Robert Lomas (Robert Lomas) artıq haqqında danışdığımız "The Hiram Key" (Hi-ram Açarı) adlı kitablarında Qədim Misirin masonluğun mənşəyində çox böyük bir yer tutduğunu anladırlar. Onlann fikrincə, Qədim Misirdən çağdaş masonlara miras qalan ən önəmli düşüncə "təsadüfiər nəticəsində özü-özü-nə yaranan kainat" fikridir. Belə ki, qədim misirlilər kainatın əzəli və əbədi olduğuna inanırdılar. Onlar üçün bir Yaradıcının nəyisə yoxdan var etməsi məntiqdən kənar sayılırdı. Hesab edirdilər ki, dünya xaosun içindən düzə-in doğmasıyla yaranıb. Bu xaos "Nun" adlandırılırdı; eynilə Şumerlərdə olduğu kimi, misirlilər də həmin xaosu qaranlıq, Günəşsiz, sulu bir dərinlik kimi təsəvvür edirdilər; bu dərinliyin öz içində bir gücü vardı, bu yaradıcı güc öz-özünə düzənin başlamasını əmr etmişdi; xaosun içində yerləşən bu gizli güc öz varlığını dərk etmirdi, o, qarışıqlığın təsadüfləri nəticəsində formalaşmış bir potensial idi.
Əgər diqqət yetirsəniz, bu inanc günümüzün materialist filosoflannın "kainat nəzəriyyəsi", "xaos nəzəriyyəsi", "maddənin özü-özünü yaratması" kimi fikirlərilə son dərəcə uyğun gəlir. Bunu qeyd edən Nayt və Lomas daha sonra yazırlar: "Qəribədir ki, bu yaradılış təsəvvürləri günümüzdəki çağdaş elm tərəfindən qəbul edilən görüşlə, xüsusilə də qarışıq aləmlərin riyazi şəkildə özü-özünü modelləşdirib, təkrarlayaraq, nizam və sistem yaratmasını nəzərdə tutan "xaos nəzəriyyəsi'lə tam üst-üstə düşür".
Nayt və Lomas Qədim Misir inanclarının "çağdaş elm" ilə uyğun gəldiyini iddia etsələr də, əslində söhbət "təkamül nəzəriyyəsi" və "xaos nəzəriyyəsi" kimi materialist təlimlərdən gedir. Bu nəzəriyyələrin heç bir elmi əsasları olmasa da, son iki əsr ərzində zorla elmlə improvizasiya edilir, elmi görüşlər kimi çatdırıhrlar (Bu işin kimlər tərəfindən görüldüyünü isə sonrakı bölümlərdə incələyəcəyik).Kitabın bu yerində artıq önəmli bir məqama yetişmişik. Görək, bura qədər öyrəndiklərimiz nələrdir:
1) Mövzuya masonluğun təməli sayılan Tampliyerlər Ordenindən başladıq. Dəqiqləşdirdik ki, tampliyerlər bir xristian təriqəti kimi qurulsalar da, Qüdsdə öyrəndikləri gizli təlimlər onlara böyük təsir göstərərək, Xristianlıqdan tamamilə uzaqlaşdırıb, sapqın ayinlər həyata keçirən mistik təşkilat halına gətirib.
2) Tampliyerlərə təsir göstərən təlimin nə olduğunu soruşanda isə Kabbala ilə rastlaşdıq.
3) Kabbalaya diqqət yetirəndə bəlli oldu ki, bu təlim nə qədər Yəhudi mitstikası kimi görünsə də, əslində Yəhudilikdən daha qədimə - bütpərəstliyə gedib çıxan bir tarixə malikdir. O, Yəhudiliyə sonradan gəlib, köklərini isə Qədim Misirdən götürür.
4) Firon rejimilə idarə edilən və tipik bir "inkarçı sistem" olan Qədim Misirdə isə günümüzün materialistlərinin əsas fəlsəfəsi olan "özü-özünə yaranan və təsadüfiər nəticəsində formalaşan kainat" fikrilə qarşılaşdıq. Şübhəsiz ki, bütün bunlar təsadüfi deyil və mənalı bir panoram əmələ gətirir. Qədim Misir sehrbazlannın fəlsəfəsinin hələ də canlı olması və bu işdə böyük rol oynamış bir zəncirin (Kabbala-Tampliyerlər-Masonluq) varlığı dedi-yimiz fikri təsdiqləyir.
...Amma hər bir halda, doğrudanmı, 18-ci əsrdən bu yana dünya tarixinə damğasını vuran, fəlsəfələr, inqilablar, sistemlər quran masonluq Qədim Misir sehrbazlarının mirasıdır?! Bu sualın cavabının daha da açıq şəkildə ortaya çıxması üçün bura qədər qısaca izlədiyimiz tarixi prosesləri bir az dərindən araşdırmalıyıq.